İQTİSADİYYAT
Bakı Banklararası Valyuta Birjasında hərracların yekunları
Bakı, 1 may (AZƏRTAC). Bakı Banklararası Valyuta Birjasının elektron hərraclar sistemində (BEHS) aprelin 30-da keçirilmiş hərracların yekunlarına görə, USD/AZN orta hesablanmış birja məzənnəsi 1 dollar üçün 0,7834 AZN-ə bərabər olmuşdur.
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, elektron hərraclar sistemində (BEHS) səhər sessiyasının açılışında USD/AZN məzənnəsi 1 dollar üçün 0,7836 AZN-ə bərabər idi.
Səhər sessiyasında USD/AZN T+0 aləti üzrə 1.958.500 AZN-ə bərabər məbləğ qeydə alınmışdır.
Səhər sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7834 AZN təşkil etmişdir.
Gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 2.064.282,60 AZN-ə bərabər məbləğ qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7834 AZN təşkil etmişdir.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə hərracların ümumi məbləği 5.131.000 dollar, yaxud 4.022.782,60 manat təşkil etmişdir.
SWAP-USD/AZN, USD/AZN T+1, T+2 alətləri üzrə əqdlər bağlanmamışdır.
BEHS-də EUR/AZN və RUB/AZN alətləri üzrə sifarişlər verilməmişdir.
EUR/USD-TOD və EUR/USD-TOM alətləri üzrə bank sifarişləri verilmiş, lakin bu alətlər üzrə əqdlər bağlanmamışdır.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 11,50 faiz, ABŞ dolları üzrə isə 12,42 faiz təşkil etmişdir.
Birjada banklar arasında kredit alətləri üzrə əqdlər aprelin 30-da qeydə alınmamışdır.