İQTİSADİYYAT
Bakı Banklararası Valyuta Birjasında hərracların yekunları
Bakı, 25 may (AZƏRTAC). Bakı Banklararası Valyuta Birjasının elektron hərraclar sistemində (BEHS) mayın 24-də keçirilmiş hərracların yekunlarına görə, USD/AZN orta hesablanmış birja məzənnəsi 1 dollar üçün 0,7836 AZN-ə bərabər olmuşdur.
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, elektron hərraclar sistemində (BEHS) səhər sessiyasının açılışında USD/AZN məzənnəsi 1 dollar üçün 0,7836 AZN-ə bərabər idi.
Səhər sessiyasında USD/AZN T+0 aləti üzrə 3.590.253 AZN-ə bərabər əqdlər qeydə alınmışdır.
Səhər sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7836 AZN təşkil etmişdir.
Gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 2.866.143,80 AZN-ə bərabər əqdlər qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7836 AZN təşkil etmişdir.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə hərracların ümumi həcmi 8.234.000 dollar, yaxud 6.456.396, 40 manat təşkil etmişdir.
SWAP-USD/AZN-TOD-2 MONTH aləti üzrə 6.284.800 AZN-ə bərabər məbləğ qeydə alınmışdır. Orta hesablanmış məzənnə 1 USD üçün 0,7856 AZN təşkil etmişdir.
BEHS-də EUR/AZN və RUB/AZN alətləri üzrə sifarişlər verilməmişdir.
EUR/USD-TOD və EUR/USDTOM alətləri üzrə bank sifarişləri verilmiş, lakin bu alətlər üzrə əqdlər bağlanmamışdır.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 9,90 faiz, ABŞ dolları üzrə isə 10,75 faiz təşkil etmişdir.
Mayın 24-də birjada banklar arasında kredit alətləri üzrə əqdlər qeydə alınmamışdır.