İQTİSADİYYAT
Bakı Banklararası Valyuta Birjasında hərracların yekunları
Bakı, 7 mart (AZƏRTAC). Martın 7-də Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilmiş hərracların yekunlarına görə, USD/AZN-in orta hesablanmış birja məzənnəsi 1 ABŞ dolları üçün 0,7924 AZN olmuşdur.
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Birjanın elektron hərraclar sistemində (BEHS) səhər sessiyasının açılışında USD/AZN-in məzənnəsi 1 ABŞ dolları üçün 0,7937 AZN-ə bərabər idi.
USD/AZN aləti üzrə qeydə alınmış əqdlərin həcmi 1.976.562 AZN olmuşdur. Səhər sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7937 AZN-ə bərabər idi.
Gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə qeydə alınmış əqdlərin həcmi 9.967.280 AZN olmuşdur. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7924 AZN-ə bərabər idi.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə, qeydə alınmış əqdlərin həcmi 14,69 milyon ABŞ dolları, yaxud manat ekvivalenti ilə 11.643.842 AZN olmuşdur.
USD/AZN T+1, T+2, SWAP_USD/AZN alətləri üzrə əqdlər qeydə alınmamışdır.
Banklar BEHS sisteminə EUR/AZN və RUB/AZN alətləri üzrə sifariş verməmişlər.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 13,92 faiz, ABŞ dolları ilə illik 14,50 faiz təşkil etmişdir.
Martın 7-də birjada banklararası kredit alətləri üzrə heç bir əqd qeydə alınmamışdır.