İQTİSADİYYAT
Bakı Banklararası Valyuta Birjasında hərracların yekunları
Bakı, 18 avqust (AZƏRTAC). Birjanın elektron hərraclar sistemində (BEHS) avqustun 18-də keçirilmiş hərracların yekunlarına görə, USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,7862 AZN-ə bərabər idi.
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, elektron hərraclar sistemində (BEHS) səhər sessiyasının açılışında USDAZN məzənnəsi 1 dollar üçün 0,7866 AZN-ə bərabər olmuşdur.
USDAZN T+0 aləti üzrə 786 200 AZN-ə bərabər məbləğ qeydə alınmışdır. Səhər sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7862 AZN təşkil etmişdir.
Gündüz sessiyasında USDAZN T+0 aləti üzrə 786 400 AZN-ə bərabər məbləğ qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7862 AZN olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə, hərracların ümumi məbləği 2 milyon dollar, yaxud 1 572 600 AZN olmuşdur.
USD/AZN T+1, T+2, SWAP_USDAZN alətləri üzrə də əqdlər qeydə alınmamışdır.
AVR/AZN və RUB/AZN alətləri üzrə banklar sifariş verməmişlər.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 12,50 faiz, ABŞ dolları üzrə isə 12,79 faiz təşkil etmişdir.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında avqustun 18-də əqdlər qeydə alınmamışdır.