İQTİSADİYYAT
Bakı Beynəlxalq Avtovağzal kompleksinin qarşısından keçən hissədə hərəkət məhdudlaşdırılacaq
Bakı, 26 iyul, AZƏRTAC
Bakı-Sumqayıt yolunun şəhər istiqamətində, Bakı Beynəlxalq Avtovağzal Kompleksi qarşısından keçən hissəsində asfalt örtüyünün yenilənməsi işləri ilə əlaqədar olaraq iyul ayının 28-i səhər saat 10:00-dan iyul ayının 29-u səhər 05:00-a qədər avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, hərəkət istiqaməti Beynəlxalq Avtovağzal kompleksinin yanından Stend Atıcılığı İdman Kompleksinə gedən yol vasitəsi ilə “Bakı-Dairəvi-1” avtomobil yoluna yönəldiləcək.
Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.