İQTİSADİYYAT
Bakı Beynəlxalq Avtovağzalından bir gündə 18 minə yaxın sərnişin daşınıb
Bakı, 4 yanvar, Elvin Camalov, AZƏRTAC
Bakı Beynəlxalq Avtovağzalından bir gündə 18 minə yaxın sərnişin daşınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən bildirilib.
Qeyd edilib ki, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ilə əlaqədar avtovağzal dekabrın 25-dən yanvarın 4-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. Bayram ərəfəsində ən çox sərnişin sıxlığı yaşanan gün dekabrın 30-u olub. Həmin gün təxminən 18 minə yaxın sərnişin daşınıb. Hazırda da Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejimində çalışır.
Bildirilib ki, bayramdan sonrakı günlərdə gün ərzində təxminən 11-12 min sərnişin daşınıb. Həmçinin ötən illərlə müqayisədə onlayn bilet satışında aktivlik müşahidə olunub. Təyin edilmiş qrafiklər üzrə öncədən bilet satışının təxminən 40 faizini onlayn satış təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]