Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Bakı Beynəlxalq Humanitar Forumunun Belarusdan olan iştirakçısı Azərbaycanın uğurlarını yüksək qiymətləndirmişdir

Minsk, 10 yanvar (AZƏRTAC). Bu günlərdə Belarusun nüfuzlu “SB-Belarus seqodnya” (www.sb.by) qəzeti Bakı Beynəlxalq Humanitar Forumunun və onun çərçivəsində AZƏRTAC-ın İTAR-TASS ilə birlikdə təşkil etdiyi “dəyirmi masa”nın iştirakçısı olmuş tarix elmləri doktoru Kiril Şevçenkonun “Xəzər sahillərinin incisi” adlı məqaləsini dərc etmişdir.

Müəllif yazır: “Bakının füsunkarlığı elə səmada ikən, təyyarə aeroporta enməyə başlayarkən hiss olunur, illüminatordan Xəzər dənizinin sahilində yerləşən böyük bir şəhərin valehedici mənzərəsi açılır. Təpəlik landşaftı Azərbaycanın paytaxtına xüsusi gözəllik verir, elə bil şəhər pillə-pillə dənizə tərəf aşağı enir.

Bakıya gələn qonaqlar haqlı olaraq müxtəlif dövrlərin və sivilizasiyaların qovuşuğunda yerləşən şəhər adlandırılan Azərbaycan paytaxtı ilə tanış olarkən maraqlı yeniliklərlə qarşılaşır, unudulmaz hisslər keçirirlər. Uzaq qədimliklə müasirliyin, Qərblə Şərqin qəribə üzvi birləşməsi Bakıda xüsusi kolorit və ab-hava yaratmışdır. Orta əsrlərdə Asiya ilə Avropanı birləşdirən məşhur Böyük İpək Yolunun mühüm bir hissəsi olmuş və sonradan Rusiya imperiyasının neft hasilatı mərkəzindən gənc müstəqil dövlətin paytaxtınadək böyük təkamül yolu keçmiş bu şəhərin zəngin tarixi Bakının simasına və onun sakinlərinin xarakterinə ciddi təsir göstərmişdir”.

K.Şevçenko fikirlərini davam etdirərək yazır ki, hətta Avropanı və Asiyanı gəzib dolaşmış, qədim abidələrin ən tələbkar və məharətli bilicisi belə Köhnə Bakının qala divarlarına, gümbəzlərinə, minarələrinə və sahilə tərəf uzanan dolanbac küçələrinə valeh olar. Vaxtilə qorxunc və alınmaz istehkam olmuş bu qala indi sülhsevər və əmin görünür. Bakının rəmzinə çevrilmiş məşhur Qız qalası və Şirvanşahlar sarayı Azərbaycan paytaxtının memarlıq incilərinə aid edilir. Yerli bakılılar “Brilyant əl” adlı sovet filmindən ən məşhur səhnələrin çəkildiyi küçəni də qədim şəhərin qonaqlarına həvəslə göstərirlər. Yuri Nikulinin ifa etdiyi obrazı - sürüşüb qolunu sındırmış uğursuz vətəndaş Qorbunkovu qaçaqmalçıların çəkib içəri saldıqları evin qapısı da olduğu kimi qalmışdır. Burada kişilərin küçədə asudə vaxt keçirmək, çay içib nərd oynamaq ənənəsi də qədim Bakıya ev rahatlığı və koloriti verir.

Orta əsr memarlığının çoxsaylı abidələri ilə yanaşı, hər cür zövqü oxşayan böyük sayda teatr və muzeylər də Bakıya gələn qonaqları valeh edir. İçərişəhərin ərazisində yerləşən Miniatür kitab muzeyi ən qeyri-adi muzeydir. Burada Avropa və Asiyadan gətirilmiş müxtəlif dövrlərin miniatür kitablarından ibarət gözəl kolleksiya toplanmışdır, özü də ən zəngin ekspozisiyalardan biri Belarusun ekspozisiyasıdır. Muzeyin əməkdaşları Belarus-Azərbaycan mədəni əlaqələrinin inkişafına böyük töhfəsinə görə bu nadir muzeyin banisi Zərifə Salahovanı mükafatlandırmış Belarus Prezidenti A.Lukaşenkonun təşəkkürnaməsini xüsusi qonaqpərvərliklə qarşıladıqları belaruslu qonaqlara həvəslə nümayiş etdirirlər. Altı min kitab fondu olan bu muzeyin eksponatları Zərifə Salahovanın 30 il ərzində topladığı şəxsi kolleksiyasını təmsil edir.

Son illər öz ənənəvi simasını büsbütün dəyişmiş Azərbaycan paytaxtının sosial-iqtisadi inkişafında yeni sürətli sıçrayış dövrü olmuşdur. Müasir Bakı Azərbaycanın əzəmətli tərəqqisinə sübutdur. Şəhərdə paralel surətdə iki proses gedir: yeni Bakının dinamik tikintisi və şəhərin köhnə məhəllələrinin bərpası və abadlaşdırılması. Bu gün Bakı supermüasir göydələnlərin və ən yeni texnologiyalarla tikilmiş sarayların, biznes mərkəzlərinin göz oxşayan zəngin kolleksiyasıdır. Bu yaxınlarda “Eurovision” müsabiqəsinin keçirildiyi gözəl “Baku Crystal Hall” bakılıların xüsusi qürur obyektidir. Yeri gəlmişkən qeyd edək ki, bu müsabiqənin təşkili və keçirildiyi yer hətta ən nəfis zövqlü Qərb turistlərini də heyran etmişdir. Müasir Bakının digər möhtəşəm abidəsi üç nəhəng supermüasir qüllə - səmaya doğru uzanan böyük alov dilləri şəklində tünd rəngli şüşədən tikilmiş göydələnlərdir. Şəhərin mərkəzində, hündür yerdə ucaldılmış bu göydələnlərin rəngbərəng işıqları axşamlar çox gözəl görünür, onları şəhərin hər yerindən görmək mümkündür. Gecələr nəfis işıqlandırma və illüminasiya Azərbaycanın paytaxtını nağıl şəhərinə çevirir. Şəhərin işıqları Xəzərin sularında əks olunaraq gözəl rəngli mozaika yaradır.

Şəhərdə təkcə yeni binaların tikintisinə deyil, köhnə yaşayış fondunun təzələnməsinə də böyük diqqət yetirilir və bu iş orijinal şəkildə, məharətlə edilir. Hətta köhnəlmiş biçimsiz “xruşşovkalar” da yerli karxanaların açıq rəngli üzlük daşı ilə bəzədildikdən sonra yaraşıqlı və etibarlı görkəm alır.

Müəllif yazır ki, son vaxtlar şəhərin sürətli inkişafı daha çox Azərbaycanın sanballı neft gəlirləri ilə izah edilir, lakin neftdən gələn dollarlar təkcə paytaxtın deyil, həm də bölgələrin və sosial sahələrin inkişafına sərf edilir. Azərbaycan Prezidenti İlham Əliyev 2012-ci il oktyabrın 4-də Bakı Beynəlxalq Humanitar Forumunda çıxış edərkən demişdir ki, hələ bir neçə il bundan əvvəl Azərbaycanın yoxsulluq həddindən aşağı səviyyədə yaşayan sakinlərinin sayı 40 faizə çatırdısa, hazırda bu rəqəm 7 faizə enmişdir. Belə statistika Azərbaycan rəhbərliyinin sosialyönümlü siyasətinin bəhrələrini aydın şəkildə nümayiş etdirir. Prezident İlham Əliyev Beynəlxalq Humanitar Forumdakı çıxışında bu siyasətin əhəmiyyətindən danışarkən qeyd etmişdir ki, “qara qızılı insan kapitalına çevirmək” ölkəmizin qarşısında duran başlıca məqsəddir.

Neft resurslarından dövlətin sürətlə modernləşdirilməsi üçün istifadə edən Azərbaycan rəhbərliyi, eyni zamanda başa düşür ki, maksimum qısa müddətdə neft asılılığından uzaqlaşmaq və iqtisadiyyatı şaxələndirmək lazımdır. Ölkənin belə prioritetləri iqtisadiyyat sahəsində Azərbaycan ilə Belarus arasında artıq uğurla başlanmış əməkdaşlığın genişləndirilməsi üçün gözəl şərait yaradır. Bu sahədə ilk iri layihə - Gəncə şəhərindəki avtomobil zavodunda traktorquraşdırma istehsalı müvəffəqiyyətlə və dinamik inkişaf edir. Lakin qarşılıqlı faydalı əməkdaşlıq üçün imkanlar daha çoxdur və hələlik bu imkanlardan yetərincə istifadə olunmur. Bununla belə, traktorquraşdırma üzrə birgə Belarus-Azərbaycan layihəsinin uğuru Azərbaycanın tərəfdaşlarının Belarus maşınqayırma məhsuluna yüksək qiymət verdiklərini, həmçinin Azərbaycan tərəfinin ən müxtəlif istiqamətlərdə Belarus ilə işgüzar əməkdaşlığın daha da inkişaf etdirilməsinə çox böyük maraq göstərdiyini nümayiş etdirir. Azərbaycan biznesmenlərindən birinin dediyinə görə, Belarus maşınqayıranları ilə əməkdaşlıq Azərbaycan sənayesinin texnoloji səviyyəsini qorumağa imkan verir və Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə yaxşı zəmin yaradır.

Son vaxtlar Azərbaycanda təkcə iqtisadi sahədə deyil, həm də humanitar sahədə MDB ölkələri ilə əməkdaşlığın inkişaf etdirilməsinə maraq artır. Məsələn, bir neçə il bundan əvvəl Bakıda Moskva Dövlət Universitetinin filialı açılmışdır. Bu filial sanballı reputasiyaya malikdir və yerli gənclər arasında böyük populyarlıq qazanmışdır.

Məqalədə daha sonra deyilir: “Əzəmətli və füsunkar Bakı təkcə qədim və müasir memarlıq şəhəri deyil, həm də yaraşıqlı parkları, baxımlı bağları və gözəl gül kompozisiyaları olan bir şəhərdir. Azərbaycanın nəhəng resursu təkcə neft deyil, həm də onun zəngin tarixi-mədəni irsidir və bu irs şübhəsiz, ölkənin inkişafında getdikcə daha mühüm rol oynayacaqdır. Azərbaycanın ən başlıca sərvəti isə onun Bakını öz əməyi ilə Xəzərin sahilində inciyə çevirmiş səmimi, mehriban və qonaqpərvər insanlarıdır. Qədim müdrik yunanlar belə hesab edirdilər: “Dövlətlər o zaman tərəqqi edir ki, insanlar ağac əksinlər, onun kölgəsində dincələ bilsinlər”.

K.Şevçenko məqaləsinin sonunda yazır: “Müasir Bakıda baş verən hadisələr inandırıcı şəkildə təsdiq edir ki, belə bir şəhərin paytaxtı olduğu ölkə tərəqqi yolu ilə inamla irəliləyir”.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prokurorluq Zaqatalada zəhərlənmə faktı ilə bağlı araşdırma aparır

Komitə sədri BMT-nin Qadınlar təşkilatının regional direktoru ilə görüşüb

Macarıstan XİN rəhbəri ölkəsinin Mərkəzi Asiya ilə əməkdaşlığa görə tənqidlərlə üzləşdiyini deyib

Mahnı Teatrında Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert keçirilib

“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib

Azərbaycan Basketbol Liqası: Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNƏCƏK

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO