İQTİSADİYYAT
Bakı-Böyük Kəsik dəmir yolunda təmir işləri uğurla davam etdirilir
Bakı, 1 noyabr (AZƏRTAC). Bakı-Böyük Kəsik dəmir yolu istiqamətində daha üç kilometr yol əsaslı təmir olunmaqdadır.
“Azərbaycan Dəmir Yolları” QSC-dən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramının icrası istiqamətində Tatlı-Ağstafa sahəsinin 92-89-cu kilometrində daha üç kilometr yol əsaslı təmir olunacaqdır. Təmir işlərinə QSC-nin “Dəmiryolservis” MMC-nin 4 və 11 nömrəli İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları cəlb olunmuşdur. Yolların əsaslı təmirini Çexiyanın “İxrac” Bankının nəzarət qrupu müşahidə edir. Təmir işləri başa çatdıqdan sonra bu yollarda qatarların hərəkət sürətini artırmaq mümkün olacaqdır.
Bakı-Böyük Kəsik sahəsində 317 kilometr yolun əsaslı təmirinə cari ilin iyununda Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrindən başlanılmış və bu günədək 14 kilometr dəmir yolu əsaslı təmir olunmuşdur.