ELM VƏ TƏHSİL
Bakı Dövlət Universitetində ingilis dili danışıq klubu başladı
Bakı Dövlət Universitetində (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə ödənişsiz ingilis dili danışıq kurslarına başlanılıb.
BDU-nun ictimaiyyətlə əlaqələr departamentindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 25-də layihənin açılışı olub.
Tədbirdə komitənin əməkdaşları, ingilis dili üzrə biliklərini artırmağı arzu edən gənclər iştirak edib.
Universitetin tələbələri üçün nəzərdə tutulan bu layihənin məqsədi ingilis dilini təkmilləşdirmək istəyənlərə dəstək olmaqdır. Komitə sədrinin müavini İlkin Şərifov tədbir iştirakçılarına layihə barədə məlumat verib.
Sonra tədris mərkəzinin müəllimləri gənclərə danışıq dərsləri keçiblər.
Qeyd edək ki, gələcəkdə rus və digər dillər üzrə də danışıq dərslərinin keçirilməsi planlaşdırılır.