İQTİSADİYYAT
Bakı kəndlərində 10 elektron ATS-in tikintisi planlaşdırılır
Bakı, 1 noyabr (AZƏRTAC). Bakı Telefon Rabitəsi İstehsalat Birliyi Bakıətrafı kənd və qəsəbələrdə yaşayan sakinlərin telefon rabitəsinə tələbatını ödəmək məqsədilə 10-dan çox elektron ATS-in tikintisini planlaşdırır.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, hazırda Qaradağ, Xəzər, Sabunçu, Suraxanı, Binəqədi rayonlarının kənd və qəsəbələrində mövcud stansiyaların yeni nəsil NGN stansiyaları ilə əvəzlənməsi istiqamətində tədbirlər davam etdirilir.
Bu işlərlə paralel olaraq xətt şəbəkəsi müasirləşdiriləcək və xidmət keyfiyyəti yüksəldiləcəkdir. Sakinlərin telefon rabitəsi ilə yanaşı, bütün multimedia xidmətlərindən istifadə etməsinə də şərait yaradılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:23]
Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar
- 07.05.2024 [14:28]
Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb
- 07.05.2024 [13:27]
Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir
- 07.05.2024 [13:19]