Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Bakı Konqresinin dördüncü sessiyası “Multimedianın gələcəyi üçün jurnalistlərin təlimi” mövzusuna həsr edilib [YENİLƏNİB] VİDEO

Bakı, 17 noyabr, AZƏRTAC

Dünya Xəbər Agentliklərinin V Konqresi çərçivəsində noyabrın 17-də Heydər Əliyev Mərkəzində “Multimedianın gələcəyi üçün jurnalistlərin təlimi” mövzusunda dördüncü sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, sessiyanın moderatoru Ərəb Xəbər Agentlikləri Federasiyasının (FANA) baş katibi Fərid ƏYYAR devizi “Xəbər agentlikləri üçün yeni çağırışlar” olan V Konqres çərçivəsində multimedianın gələcəyi ilə bağlı aparılan müzakirələrin aktuallığını vurğuladı. Yüksək təşkilatçılığa və qonaqpərvərliyə görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin təşəkkürlərini bildirən Fərid Əyyar qeyd etdi ki, Konqresdə dünyanın 130-dan çox nüfuzlu xəbər agentliyinin təmsilçiləri bir araya toplaşaraq jurnalistikanın əsas hədəflərini müəyyənləşdirməyə çalışırlar. Burada xəbər agentliklərinin gələcəyinin necə olacağı ilə bağlı məsələlər müzakirə edilir. Çox mürəkkəb görünən bu gələcək çağırışlarla doludur. Bu gün də multimedianın gələcək prinsipləri və ümumiyyətlə jurnalistikanın aktual problemləri barədə fikir mübadilələri aparılır.

“DMA-Media” şirkətinin təlimlər üzrə direktoru Coan Lin VEİ Konqresdə səslənən ideyaların, irəli sürülən təkliflərin faydalı olacağını dedi. O, özünün də jurnalistika təlimləri ilə məşğul olduğunu diqqətə çatdırdı, sosial və mobil mediaların rolundan danışdı. Coan Lin Vei, həmçinin medianın müasir texnologiyaya böyük ehtiyacı olduğunu bildirdi. Onun fikrincə, mobil media bu gün izləyicilərin daha çox marağına uyğundur. Bu, həmçinin çox güclü təsir vasitəsidir.

Fransanın France Press agentliyinin qlobal xəbər departamentinin üzvü Erik VİŞART çıxış edərək öz təcrübələrini sessiya iştirakçıları ilə bölüşdü. AFP adlı layihənin müəllifi olduğunu vurğulayan Erik Vişart bu layihənin jurnalistlər üçün böyük maraq kəsb edəcəyini bildirdi. O, jurnalistlərin etik davranış qaydalarından xəbərdar olmalarının önəmini qeyd etdi, həmçinin multimedia sahəsinin inkişaf etdirilməsi üçün müxtəlif səpkili təlimlərin keçirilməsinin vacibliyini vurğuladı. Xəbərin hazırlanmasında istifadə edilən müasir metodlardan danışan Erik Vişart bu işin üstünlüklərini və daha özəl məqamlarını diqqətə çatdırdı. O dedi ki, jurnalist xəbəri ədalətli və mənbədən düzgün şəkildə oxucuya çatdırması üçün xarici dilləri bilməlidir.

Meksikanın Notimex agentliyinin baş icraçı direktoru Aleksandro Ramos ESKİVEL “XXI əsrin jurnalisti” mövzusundan bəhs etdi. O dedi ki, jurnalist yeni çağırışlara cavab verməli, ənənəvi mediadan çıxmalı, araşdırma üsullarını gerçəkləşdirməli, xəbəri daha operativ və peşəkarlıqla çatdırmalıdır. Baş icraçı direktor bildirdi ki, rəqəmsal jurnalistikada mübadilə vacibdir və ən əsası düzgün hədəf seçilərək ona doğru irəliləmək lazımdır.

“Los-Angeles Times” qəzetinin icraçı redaktor müavini Skot KRAFT isə dedi ki, jurnalist ilk növbədə insanların psixologiyasını öyrənməlidir. Bu, xəbər hazırlayarkən necə davranmalı olduğunu bilmək üçün vacibdir. O, videoxəbər hazırlayarkən jurnalistin tətbiqlərinin üstünlüklərindən danışdı, mövzu ilə bağlı fikirlərini bölüşdü, birbaşa informasiya mənbəyinə çıxış imkanı verən sosial şəbəkələrdə və digər platformalarda canlı yayımın vacibliyini qeyd etdi.

Sessiyaya yekun vuran UNESCO-nun baş direktorunun müavini Qetaçyu ENQİDA multimedia məhsulunu istehlakçıya çatdırmağın yolları haqqında danışdı. Qeyd etdi ki, bu gün sosial media çox öndədir və artıq bütün dünya bunu qəbul edir. Jurnalistin işinin cəmiyyətin maraqlarının keşiyində durmaqdan ibarət olduğunu diqqətə çatdıran Qetaçyu Enqida media plüralizminin və redaktor müstəqilliyinin dəstəklənməsi və gücləndirilməsinin vacibliyini vurğuladı.

Sonra müzakirələr aparıldı, suallar cavablandırıldı.

Müzakirələr zamanı jurnalistlər üçün təhlükəsiz mühitin yaradılması sahəsində aparılan işlərin daha da intensivləşdirilməsinin əsas məsələlərdən olduğu bildirildi.

Bakı Konqresinin dördüncü sessiyası “Multimedianın gələcəyi üçün jurnalistlərin təlimi” mövzusuna həsr edilib [YENİLƏNİB] VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Keniyada daşqınlar 90-dan çox insanın həyatına son qoyub

Hindistanda avtobusla yük maşınının toqquşması nəticəsində 7 nəfər ölüb

Türkiyə liseylərinin tələbələri türk dövlətlərinin yaxınlaşma yollarını müzakirə ediblər

QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır

Burkina Faso hökuməti: “Human Rights Watch” öz hesabatı ilə ölkənin imicini ləkələmək istəyir

Azərbaycanın həvəskar xokkey komandası Rusiya təmsilçisinə qalib gəlib

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib

“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib

İrpendə “Azərbaycan Günü” keçirilib VİDEO

Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib

AZƏRTAC-ın xüsusi müxbiri Gürcüstanın internet televiziyasında çıxış edib

Çində tornado baş verib, ölənlər var

Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində 2 nəfər həlak olub

Şirvanda kəsici-deşici alətlərin satıldığı obyektlər müəyyən edilib

Tailandın xarici işlər naziri hökumətdəki dəyişikliklərdən sonra istefa verib

Şahdilidə ekoturizm yarışması

Gürcüstan Parlamentinin sədri ABŞ senatorlarını sərt tənqid edib

Bu gün ali təhsil müəssisələrinin magistraturalarına II cəhd qəbul imtahanı keçirilib

On doqquzuncu İstanbul yarımmarafonunun qalibləri müəyyənləşib

“Şərq-Qərb” avtomagistralının Gürcüstandan keçən Şorapani-Arqveta hissəsi istifadəyə verilib

Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü inşa ediləcək

Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Abşeron rayonunda vətəndaş ona hədiyyə edilən sənədləri olmayan ov tüfəngini könüllü polisə təhvil verib

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb

Nijni Novqorodda Azərbaycan məhsullarının təqdimatı keçirilib VİDEO

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir

Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

ADPU-da “Təhsildə psixoloji xidmətin aktual problemləri” mövzusunda birinci Respublika Forumu keçirilib

Laçın və İrpen şəhərləri qardaşlaşacaq

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!

“Avroviziya 2024" mahnı müsabiqəsində səslənəcək “Özünlə apar” mahnısına çəkilmiş klip təqdim edilib VİDEO

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi mərhələsi yekunlaşır

Böyük Britaniyanın Azərbaycandakı səfiri Naxçıvanla bağlı paylaşım edib

Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb

Zəngilanda silah-sursat aşkar edilib

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib VİDEO

Yevlaxda avtoxuliqanlıq edən şəxs saxlanılıb

“Bulaq” verilişinin əvəzsiz aparıcısı

Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib VİDEO

Rusiyada zəlzələ baş verib

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb