İQTİSADİYYAT
Bakı Metropoliteni sentyabrın 15-dən yeni qrafiklə işləyəcək
Bakı, 9 sentyabr (AZƏRTAC). Bakı Metropolitenində qatarlar sentyabrın 15-dən etibarən qış qrafikinə uyğun hərəkət edəcək.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nəsimi Paşayev AZƏRTAC-a bildirib ki, yeni dərs ilinin başlanması ilə bağlı sərnişin sıxlığı yaranacağı təqdirdə bu tarix 1-2 gün qabağa da çəkilə bilər. Yay vaxtı xəttə 24 qatar buraxılırdısa, qış qrafikinə əsasən onların sayı 30-a çatdırılacaq. Beləliklə, qatarlar arasında interval azalacaq və sərnişin sıxlığı nəzərə alınmaqla, 1,5-2,5 dəqiqə təşkil edəcək.
Bundan başqa, “Elmlər Akademiyası” stansiyasında əsaslı təmirə dayandırılmış eskalator da sərnişinlərin istifadəsinə veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]