Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bakı metrosunda 2014-2016-cı illər ərzində 43 min metrdən çox rels yenisi ilə əvəzlənib

Bakı, 28 mart, Elvin Camalov, AZƏRTAC

Bakı metrosunda 2014-2016-cı illər ərzində 43 min 200 metr rels yenisi ilə əvəzlənib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

O bildirib ki, 2015-ci ildə istismara verilmiş çoxfunksiyalı diaqnostika kompleksi yolların vəziyyətinin qiymətləndirilməsi və bu işdə insan faktorunun ən aşağı həddə salınmasında həlledici vasitəyə çevrilib. Müasir dövrün son nailiyyətlərinin tətbiq edildiyi kompleks yeraltı dəmiryol şəbəkəsinin infrastrukturunun mövcud təlimatların və texniki şərtlərin tələbləri səviyyəsinə çatdırılması üçün müvafiq qiymətləndirməni həyata keçirir. Sonra əldə olunmuş faktlar əsasında sahələrdə müvafiq tədbirlər görülür. Məhz bunun nəticəsidir ki, ötən dövr ərzində 60 kilometrdən artıq yol plan və profildə əla qiymətə layiq vəziyyətə gətirilib. Kompleksin göstəricilərinə uyğun olaraq, operativ tədbirlər planı əsasında, elə 2015-ci ildə qeyri-qənaətbəxş yolların uzunluğu dəfələrlə azaldılaraq, cəmi 2 kilometrə endirilib. Keçən ilin sonuna isə qeyri-kafi qiymətli yol qalmayıb. “Yaxşı” və “kafi” qiymətli yolların uzunluğu 2015-ci ildə 30 kilometrə yüksəldilmişdisə, artıq həmin yollar “əla” kateqoriyasına keçdiyindən, bu rəqəm də 6 kilometrə endirilib.

N.Paşayevin sözlərinə görə, operativlik bütün müvafiq xidmət və sahələrin qarşılıqlı fəaliyyəti ilə təmin edilib. Həmçinin yollara lazımi qulluğun göstərilməsi və təmir sahələrinin müasir texnoloji məhsullarla təchiz edilməsi də işin sürətinə, keyfiyyətinə böyük təsir göstərib. Yol təsərrüfatı dünya praktikasında ilk dəfə daşınması asan olan planşet və noutbuklarla təchiz olunub. Bu isə kompleksin qeydə aldığı irihəcmli göstəriciləri yerində əyani şəkildə təhlil etməyə, problemlərin əsas səbəblərini operativ surətdə müəyyən etməyə, nəticə çıxarmağa və sair araşdırmalara imkan verir.

N.Paşayev qeyd edib ki, ümumiyyətlə, 2014-2016-cı illər ərzində 43 min 200 metr rels, 7 min 200 uzun və 756 gödək şpal yenisi ilə əvəzlənib, 1200 metr yolda qaldırma təmiri aparılıb. Bu, yolların rəvan vəziyyətə gətirilməsinə xüsusi təsir göstərib. Bu dövrdə xüsusi əhəmiyyət kəsb edən “İçərişəhər-28 May” sahəsində və “Cəfər Cabbarlı-Xətai” mənzilində yolların tam sağlamlaşdırılması işləri başa çatdırılıb.

“Müasir dövrün tələblərinə uyğun yeniliklər sırasında bir çox ölkələrdə şpalların təmirində geniş yer alan kompozit maddənin tətbiqi diqqətə layiqdir. Metropolitenin tərəfdaşlarından birinin təklifi olan bu maddə də “Gənclik-28 May” mənzilində sınaqlar zamanı özünü çox yaxşı göstərib. Ondan şpallardakı çatların, köhnə şurup yerlərinin və şpalla beton arasındakı boşluqların doldurulması üçün istifadə edilir. Əvvəllər şpalın köhnə şurup yerləri adi taxta tıxaclarla doldurulurdu. Bu tıxaclar suyun, palçığın təsiri altında çürüyüb dağılırdı. Yeni maddənin tətbiqi ilə belə hallar aradan qaldırılıb. Hazırda yeni üsulla artıq 1500-dən çox şpal təmir olunub. Məlumdur ki, metropolitenin yeni inşa olunan xətlərində dövrün ən son texnoloji yeniliklərinin tətbiqi nəzərdə tutulub. Azərbaycanın müstəqilliyi dövründə inşa olunan ilk xəttin – Bənövşəyi xəttin 5,5 kilometrlik sahəsi keçən il istismara verilib. Bu xüsusda, daha bir yenilik metropoliten yolları üçün əhəmiyyətli olan rels-qaynaq sahəsində edilib. Yeni xətdə relslər və təmas relsləri yoldan çıxarılmadan alümin-termit üsulu ilə qaynaq edilir. Onun mənimsənilməsi məqsədilə sahənin mütəxəssisləri Rusiyanın aparıcı müəssisələrində təcrübə mübadiləsi keçiblər. İndi bu işlər də metropolitendə tam sərbəst şəkildə yerinə yetirilir”, - deyə N.Paşayev vurğulayıb.

N.Paşayev bildirib ki, metropoliten yollarında müasir dünya standartlarının tətbiqi ilə bağlı ən əhəmiyyətli yenilik yeni inşa olunan xətlərdə beton blokların tətbiqi olacaq. Bununla bağlı son hazırlıq tədbirləri yekunlaşmaq üzrədir. Yerli şəraitdə istehsalı da nəzərə alınmaqla, bu yeniliyin tətbiqi nəticəsində yolların daha keyfiyyətli və sürətli olmasına, davamlı və uzunömürlü materiallarla təchiz edilməsinə, ölkədən kənar gətirilən şpallardan asılılığı azaltmasına, onlara qulluğun dəfələrlə sadələşməsinə və asanlaşmasına nail olunacaq. Bu isə metropolitenin daha səmərəli, ən əsası, sərnişinə daha təhlükəsiz və rahat xidmət göstərməsini təmin edəcək. Sonrakı dövrlərdə isə hazırda istismarda olan yollarda da beton blokların tədricən taxta şpalları əvəz etməsi bu işlərin məntiqi yekunu olacaq.

Qeyd edək ki, beton blokların istehsalı məqsədilə Almaniyanın “Vollert” şirkətindən Avropa standartlarına cavab verən yeni avadanlıqlar alınmaqla “Bakı Metropoliteni” QSC-nin strukturuna daxil olan dəmir-beton konstruksiyaları sahəsində yeni istehsalat sahəsi yaradılıb və istehsal prosesinə başlanılıb. Həmçinin optimal tələblər əsasında, yolun digər üstquruluşu materiallarının beton bloklara uyğunluğu təmin edilib. Onların çeşidi, keyfiyyəti, ölçüləri, yerli şəraitə uyğunluğu, geoloji, texniki və təhlükəsizlik tələblərinə cavab verməsi, etibarlığı, həmçinin gələcəkdə ağac şpalların beton bloklarla əvəzlənməsi üçün mövcud imkanlara qədər hər bir məsələyə həssaslıqla yanaşılıb. Bu xüsusda yolun bərkidilməsi üçün üç variant arasından ən münasibi hesab edilmiş “300 UTS” markalı rels bəndlərinin seçilməsini qeyd etmək olar. Prosesin məntiqi yekunu Bakı metropoliteninin Avropa standartlarına - hazırda dünyanın əksər ölkələrində uğurla tətbiq edilən RHEDA yol tipinə keçid olacaq. Bu, gələcəkdə yol təsərrüfatının tam yeni əsaslara keçirilməsinin təməli olmaqla, onun potensialının, işin səmərəsinin artırılmasını, maddi-texniki bazasının yenidən qurulmasını təmin edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Keniyada daşqınlar 90-dan çox insanın həyatına son qoyub

Hindistanda avtobusla yük maşınının toqquşması nəticəsində 7 nəfər ölüb

Türkiyə liseylərinin tələbələri türk dövlətlərinin yaxınlaşma yollarını müzakirə ediblər

QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır

Burkina Faso hökuməti: “Human Rights Watch” öz hesabatı ilə ölkənin imicini ləkələmək istəyir

Azərbaycanın həvəskar xokkey komandası Rusiya təmsilçisinə qalib gəlib

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib

“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib

İrpendə “Azərbaycan Günü” keçirilib VİDEO

Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib

AZƏRTAC-ın xüsusi müxbiri Gürcüstanın internet televiziyasında çıxış edib

Çində tornado baş verib, ölənlər var

Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində 2 nəfər həlak olub

Şirvanda kəsici-deşici alətlərin satıldığı obyektlər müəyyən edilib

Tailandın xarici işlər naziri hökumətdəki dəyişikliklərdən sonra istefa verib

Şahdilidə ekoturizm yarışması

Gürcüstan Parlamentinin sədri ABŞ senatorlarını sərt tənqid edib

Bu gün ali təhsil müəssisələrinin magistraturalarına II cəhd qəbul imtahanı keçirilib

On doqquzuncu İstanbul yarımmarafonunun qalibləri müəyyənləşib

“Şərq-Qərb” avtomagistralının Gürcüstandan keçən Şorapani-Arqveta hissəsi istifadəyə verilib

Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü inşa ediləcək

Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Abşeron rayonunda vətəndaş ona hədiyyə edilən sənədləri olmayan ov tüfəngini könüllü polisə təhvil verib

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb

Nijni Novqorodda Azərbaycan məhsullarının təqdimatı keçirilib VİDEO

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir

Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

ADPU-da “Təhsildə psixoloji xidmətin aktual problemləri” mövzusunda birinci Respublika Forumu keçirilib

Laçın və İrpen şəhərləri qardaşlaşacaq

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!

“Avroviziya 2024" mahnı müsabiqəsində səslənəcək “Özünlə apar” mahnısına çəkilmiş klip təqdim edilib VİDEO

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi mərhələsi yekunlaşır

Böyük Britaniyanın Azərbaycandakı səfiri Naxçıvanla bağlı paylaşım edib

Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb

Zəngilanda silah-sursat aşkar edilib

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib VİDEO

Yevlaxda avtoxuliqanlıq edən şəxs saxlanılıb

“Bulaq” verilişinin əvəzsiz aparıcısı

Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib VİDEO

Rusiyada zəlzələ baş verib

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb