İQTİSADİYYAT
Bakı Nəqliyyat Agentliyi 2 prospektin kəsişməsində dəyişiklik edib
Bakı, 1 oktyabr, AZƏRTAC
Paytaxt ərazisində yol hərəkətinin təkmilləşdirilməsi və təhlükəsizlik tədbirlərinin artırılması istiqamətində daha bir önəmli layihənin icrası yekunlaşdırılıb.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində hərəkətin təşkilində dəyişiklik edilib. Belə ki, dəyişiklik nəticəsində artıq Z.Bünyadov prospekti kənar yol ilə hərəkət edən nəqliyyat vasitələri (Olimpiya Stadionu istiqamətində) Atatürk prospekti ilə kəsişmədə yeni təşkil olunmuş yolayrıcları hesabına hərəkətlərini birbaşa davam etdirə biləcəklər. Yolayrıcında hərəkət işıqforlarla nizamlanır. Dəyişikliklər bu prospektlərdə yaranan tıxac və sıxlıq hallarının aradan qalxmasına müsbət təsir edir, piyada təhlükəsizliyi təmin olunur, sərnişindaşımalarda keyfiyyətin daha da yüksəldilməsinə köməklik göstərir, həmçinin nəqliyyat vasitələrinin daha az məsafə qət etməsinə imkan yaradır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]