İQTİSADİYYAT
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun bəzi hissələrində rənglənmə işləri aparılır
Bakı, 9 iyul, AZƏRTAC
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə iyulun 9-da Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Ceyranbatan qəsəbəsindən “Saray postu”na kimi olan hissəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır. Rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib.
Analoji işlər bu gün axşam saat 23:00-dan etibarən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun “Xırdalan dairəsi”ndən “Şamaxı yolu” adlanan əraziyədək olan hissəsində də həyata keçiriləcək.
Burada rənglənmə işləri səhər saatlarınadək tamamlanacaq.
Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.08.2023 [15:22]
Çəllək formalı malikanə
- 22.08.2023 [17:52]
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb
- 21.08.2023 [12:45]
AAYDA son həftə ərzində görülən işlər barədə məlumat yayıb
- 17.08.2023 [21:40]
Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksində artım olub
- 16.08.2023 [12:20]
Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri görüb
- 16.08.2023 [11:15]