Azərbaycan Dövlət İnformasiya Agentliyi

“BAKI SAĞLAMLIQ MƏRKƏZİ”NİN YARADILMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Respublika əhalisinin sağlamlığının qorunması ilə bağlı görülən tədbirlər çərçivəsində ölkəmizin şəhər və rayonlarında müasir tibbi avadanlıqlarla təchiz olunmuş yeni səhiyyə ocaqlarının yaradılmasının davam etdirilməsi məqsədi ilə qərara alıram:

1. Bakı şəhərində müasir çoxprofilli klinika - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Bakı Sağlamlıq Mərkəzi” yaradılsın.

2. “Bakı Sağlamlıq Mərkəzi”nin tikilməsi üçün 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə 5,0 (beş) milyon manat vəsait ayrılsın.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 2-ci bəndində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 avqust 2010-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin