ELM VƏ TƏHSİL
Bakı şəhəri 257 nömrəli tam orta məktəbdə “Son zəng” çalınıb
Bakı, 14 iyun, AZƏRTAC
Bakı şəhəri 257 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən nazirliyin Aparat rəhbəri Muxtar Məmmədov ölkəmizin yeni cəmiyyət quruculuğunda ən ümdə məsələlərdən birinin gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi, onlarda təhsilə, elmə marağın daha da artırılması və geniş dünyagörüşün formalaşdırılması olduğunu diqqətə çatdırıb.
Müasir dünyada təhsilin mühüm rolunu qeyd edən M.Məmmədov bu sahəyə göstərilən xüsusi diqqət və qayğıdan danışıb.
Çıxışlarda dövlət qayğısı nəticəsində respublikanın ümumi təhsil müəssisələrinin əsaslı şəkildə təmir olunduğu, yeni məktəb binalarının tikildiyi vurğulanıb.
Tədbirdə şagirdlər şeirlər söyləyib, rəqslər ifa ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [17:21]
Elm və təhsil naziri “Maarifçi”lərlə görüşüb
- 30.04.2024 [17:14]
BDU tələbələri istehsalat bacarıqlarını yüksəldirlər
- 30.04.2024 [17:08]
APOPO-nun nümayəndələri Bakı Mühəndislik Universitetində olublar
- 30.04.2024 [16:00]