BAKI XOREOQRAFİYA MƏKTƏBİNİN ƏMƏKDAŞLARININ TƏLTİF EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycanda xoreoqrafiya sənətinin inkişafındakı xidmətlərinə görə Bakı Xoreoqrafiya Məktəbinin aşağıdakı əməkdaşları təltif edilsinlər:
“Şöhrət” ordeni ilə
Zülfüqarova Xumar Rza qızı
“Tərəqqi” medalı ilə
Əliyeva Nəzifə Arif qızı
Nəcəfzadə Züleyxa Oqtay qızı
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 dekabr 2009-cu il.