Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

BAKIDA AZƏRBAYCAN GƏNCLƏRİNİN IV FORUMUNUN YEKUN TOPLANTISI KEÇİRİLMİŞDİR
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TOPLANTIDA İŞTİRAK ETMİŞDİR

Xalqımızın ümummilli lideri, müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin Sərəncamı ilə 1996-cı il fevralın 2-də Respublika gənclərinin ilk forumu keçirilmişdir. Ötən müddətdə ölkəmizin həyatında çox böyük müsbət dəyişikliklər baş vermiş, mühüm uğurlar qazanılmışdır. Bunların əldə olunmasında gənclərin də böyük rolu var. Eyni zamanda bu müddətdə gənclərə dövlət səviyyəsində diqqət və qayğı da artmışdır.

Ulu öndər Heydər Əliyev Azərbaycanın sağlam gəncliyini müasir dünyanın əldə etdiyi nailiyyətlər səviyyəsinə qaldırmağı, ölkəmizdə müstəqil, demokratik, hüquqi, sivilizasiyalı dövlət quruculuğu işinə cəlb etməyi mühüm vəzifə kimi irəli sürmüşdür. Dahi rəhbər həmişə vurğulamışdır ki, gənclərimizin əsas vəzifəsi özlərini ölkəmizin inkişafına həsr etməkdən, Azərbaycanın yaşamasına, müstəqilliyin əbədiliyinə həsr etməkdən ibarət olmalıdır.

Azərbaycan gənclərinin IV Forumunun oktyabrın 14-də Heydər Əliyev adına Sarayda keçirilən yekun toplantısı respublika gənclərinin ulu öndərin vəsiyyətlərinə sadiqliyini bir daha nümayiş etdirdi.

Toplantıdan əvvəl iştirakçılar - respublikanın bütün şəhər və rayonlarından Bakıya gəlmiş nümayəndələr Heydər Əliyev adına Sarayın qarşısındakı parkda xalqımızın ümummilli liderinin abidəsi önünə gül dəstələri düzdülər, Azərbaycanın dahi oğlunun xatirəsini ehtiramla andılar.

Sarayın foyesində müasir Azərbaycan gənclərinin fəaliyyətini əks etdirən fotosərgi təşkil olunmuşdu.

Salonda ümummilli lider Heydər Əliyevin “Azərbaycanın gələcəyini möhkəm əllərdə saxlaya bilən, Azərbaycanı daim bütün xətalardan qoruya bilən, Azərbaycanın dövlət müstəqilliyini, demokratik dövlətini qoruya bilən gəncliyi var” sözləri yazılmış transparant diqqəti cəlb edirdi.

Azərbaycan Prezidenti İlham Əliyev toplantıda iştirak etmək üçün saraya gəldi. Salona toplaşanlar dövlətimizin başçısını gurultulu və sürəkli alqışlarla qarşıladılar.

2005-ci ilin aprel ayından başlayaraq dörd mərhələdə keçirilən Azərbaycan gənclərinin IV forumu həmin gün öz işini yekunlaşdırırdı. III forumdan ötən dövr Azərbaycanın əsaslı iqtisadi inkişaf və siyasi yüksəliş mərhələsi olmuşdur. Bu müddət ərzində respublikamızın Prezidenti İlham Əliyev tərəfindən daxili ictimai-siyasi sabitliyin qorunması, ölkənin iqtisadi qüdrətinin artırılması və xalqın həyat səviyyəsinin yüksəldilməsi, beynəlxalq aləmdə Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi istiqamətində çoxsaylı tədbirlər həyata keçirilmiş, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına xidmət edən fərmanlar, sərəncamlar imzalanmış, dövlət proqramları təsdiq olunmuşdur.

Azərbaycan gənclərinin IV Forumunun yekun toplantısı açıq elan olundu. Ölkəmizin dövlət himni əzəmətlə səsləndi.

Sonra Gənclər, idman və turizm naziri ƏBÜLFƏZ QARAYEV ötən forumdan indiyədək görülən işlər barədə məruzə etdi. O, ümummilli lider Heydər Əliyevin Azərbaycan gəncliyinə böyük diqqət və qayğısını xatırlatdı, 1996-cı il fevralın 2-də Azərbaycan Gənclərinin I Forumunun ümummilli lider Heydər Əliyevin Sərəncamına əsasən keçirildiyini bildirərək dedi:

- Müstəqil Azərbaycan gənclərinin 1996-cı il fevralın 2-də ulu öndərimizin təşəbbüsü və müvafiq Sərəncamı ilə keçirilmiş I Forumunda dövlət orqanlarının, gənclər təşkilatlarının və hər bir gəncin qarşısında duran vəzifələr müəyyənləşdirilmiş, gənc nəslin hərtərəfli inkişafı, problemlərin həlli sahəsində təsirli tədbirlərin görülməsi əsas vəzifə kimi irəli sürülmüşdür. Beləliklə, dövlətin gənclərlə bağlı həyata keçirdiyi siyasətə təkan verilmişdir.

1997-ci ildə Gənclər Gününün təsis edilməsi, 1999-cu ildə gənclərin II Forumunun keçirilməsi, “Dövlət gənclər siyasəti haqqında” Fərmanın imzalanması, “Gənclər siyasəti haqqında” Qanunun qəbul edilməsi və digər tədbirlər bir daha göstərir ki, ulu öndər Heydər Əliyev Azərbaycanda müasir gənclər siyasətinin əsasını qoymuşdur.

Nazir həmin dövrdən başlayaraq, Azərbaycanda gənclər hərəkatının geniş vüsət aldığını, bu sahədəki işlərin və dövlət gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələdə daha da inkişaf etdirildiyini diqqətə çatdırdı. Əbülfəz Qarayev işsizliyin aradan qaldırılması, ölkəmizdə turizmin inkişaf etdirilməsi, tələbələrlə iş, hərbi xidmət və digər sahələrdə görülən tədbirləri təhlil etdi.

Natiq uşaqlarla işin yüksək səviyyədə qurulduğunu vurğulayaraq, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu sahədəki humanist fəaliyyətindən bəhs etdi.

Məruzədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində gənclərimizin və uşaqlarımızın düşdüyü ağır vəziyyət, bu problemin aradan qaldırılmasında ölkə rəhbərliyinin həyata keçirdiyi tədbirlər barədə də danışıldı.

Nazir daha sonra dedi:

- Bu gün ölkəmizin ərazi bütövlüyünün bərpa olunması, vətəndaş cəmiyyətinin qurulması proseslərində və ictimai-siyasi həyatda gənclərin fəal iştirakı gözə çarpmaqdadır. Bu, gənclərin bir daha öz qüvvəsinə inanmasını və gənc vətəndaşların ölkəmizin Prezidentinin apardığı daxili və xarici siyasətin yalnız müşahidəçiləri olmaq istəmədiklərini sübut edir. Mən əminəm ki, gənclərimiz ulu öndərimizin siyasi xəttini bundan sonra da müdafiə edərək, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında daha möhkəm birləşəcək, müstəqil, hüquqi, demokratik Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, sosial-iqtisadi inkişafında, ölkəmizin ərazi bütövlüyünün təmin olunması və qorunmasında yaxından iştirak edəcək, müstəqilliyimizin əleyhinə çıxan bütün qüvvələrə qarşı birgə mübarizə aparacaqlar.

Forumun gedişi zamanı xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan gəncliyinə, gənclər hərəkatının inkişafına, uşaqlara, onların sağlam böyüməsinə diqqət və qayğısından bəhs edən film nümayiş etdirildi. Filmdə müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin respublika gənclərinin forumlarında, müxtəlif tədbirlərdə söylədiyi müdrik kəlamları səsləndirildi:

“Bütün Azərbaycan gənclərinə öz sevgimi, məhəbbətimi bildirirəm. Əmin ola bilərsiniz ki, mən bütün dövlət orqanlarının gənclərə qayğısının artırılmasını təmin edəcəyəm. Sizə gələcək həyatınızda yeni uğurlar arzulayıram. Azərbaycanın gənclərinə xoşbəxt gələcək arzulayıram.

Yaşasın Azərbaycanın gəncləri!

Yaşasın yenilməz, bölünməz, müstəqil Azərbaycan Respublikası!..

Biz XXI əsrə doğru gedirik. XXI əsr gənclərin əsridir. XXI əsr Azərbaycanda gənclərin müstəqil dövləti qurub yaratmaq və inkişaf etdirmək dövrüdür. Əziz gənclər, siz Azərbaycanın XXI əsrinin qurucularısınız. Sizə bu yolda uğurlar olsun, eşq olsun!..

Əziz balalar, uşaqlar, gənclər, siz Azərbaycanın gələcəyisiniz. Müstəqil Azərbaycanın gələcək illərinin qurucularısınız. Xalqımız, millətimiz sizə böyük ümidlər bəsləyir...

Torpaqlarımız azad olacaq, ordumuz inkişaf edəcək, respublikamızın iqtisadiyyatı inkişaf edəcək və yaxın illərdə Azərbaycan böyük inkişaf yoluna qədəm qoyacaqdır. Buna əmin ola bilərsiniz...

Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq üçün, Azərbaycan dövlətini inkişaf etdirmək üçün hazır olun!..

İndi artıq tam qətiyyətlə demək olar ki, Azərbaycan gəncləri təşkilatlanıb, Azərbaycan gəncləri birləşib, Azərbaycan gəncləri cəmiyyətdə öz yerini tutub və Azərbaycan gəncləri müstəqil Azərbaycanın inkişaf etməsi üçün lazımi işlər görürlər...

Hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməlidir...

Sizi, bütün Azərbaycan gənclərini, Azərbaycanın gələcəyini mən əmin etmək istəyirəm ki, biz Azərbaycanın dövlət müstəqilliyini, Azərbaycan xalqının milli azadlığını daim qoruyacağıq və onu əbədi edəcəyik...”

Prezident İLHAM ƏLİYEVİN “Müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik və sənin yolunla yeni qələbələrə doğru gedəcəyik” sözləri isə ulu öndərin siyasi xəttinin varisliyinin bir daha təsdiqi kimi səsləndi.

Sonra Respublika Gənclər Təşkilatları Milli Şurasının Məclis sədri SEVİNC MƏSİYEVA çıxış edərək, təşkilatın yaranması, formalaşması və fəaliyyəti barədə ətraflı məlumat verdi. Bildirdi ki, Milli Şurada təmsil olunan gənclər təşkilatları Azərbaycan gəncliyinin hərtərəfli inkişafı istiqamətində köməyini əsirgəmir. Sevinc Məsiyeva Şuranın fəaliyyətinin müxtəlif sahələrini təhlil etdi və bir sıra məqamları forum iştirakçılarının diqqətinə çatdıraraq dedi:

- Azərbaycan gəncliyinin potensialına böyük önəm verən, gənclərin qayğıları, problemləri və narahatlıqları ilə daim maraqlanan, onların istək və arzularını reallaşdırmaları üçün əlverişli mühit yaradan dayağımız var. Bu dayaq Prezidentimiz İlham Əliyevdir. Cənab Prezident, Sizə Azərbaycan gənclərinin, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası ətrafında birləşən gənclər təşkilatlarının dərin ehtiramını bildirir və Azərbaycanımızın sağlam və xoşbəxt gələcəyi naminə gördüyünüz işlərdə davamlı uğurlar diləyirik. Gənclər hər zaman Sizin ətrafınızda böyük qüvvə kimi birləşməyə hazırdır. Möhtərəm Prezident, biz Sizinlə birlikdə olmaqdan qürur duyuruq.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev Forumda geniş nitq söylədi.

X X X

Forumun Təşkilat Komitəsinin sədri İntiqam Babayev toplantının yekun sənədlərində nəzərdə tutulan müddəalar barədə məlumat verdi. Yekun toplantısında Azərbaycan Gənclərinin IV Forumunun Qətnaməsi və respublika gənclərinə Müraciət qəbul edildi.

Bununla da IV Forumun yekun toplantısı başa çatdı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın üç güləşçisi “Paris-2024”ə lisenziya əldə edib YENİLƏNİB-2

Fransa dənizaşırı departamenti Mayotda vəba xəstəliyi yayılıb

Azərbaycanın kişi boksçuları lisenziya turnirinə Tailandda hazırlaşacaqlar

Babək rayonunda fərdi yaşayış evində yanğın baş verib

Olimpiadaya vəsiqə qazanan Azərbaycan güləşçisi: “Paris-2024”dəki hədəfim qızıl medaldır

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib

Yasamalda yol qəzası olub, “Qələbə” dairəsi istiqamətində sıxlıq yaranıb

Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar inzibati məsuliyyətə cəlb olunub

Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyət daha 90 gün uzadılıb

Naxçıvan şəhərində yaşayış evlərinə qrunt suları yığılıb

Göyçə mahalındakı Ağbulaq kənd məktəbinin 100 illik yubileyi qeyd olunub

Naxçıvanda Heydər Əliyev adına tam orta məktəbin fəaliyyətə başlamasının 20 illiyi qeyd edilib

İkinci Dünya müharibəsində Belçikada həlak olmuş həmvətənlərimizin xatirəsi yad edilib

Ombudsman Cenevrədə milli qiymətləndirmə sənədilə əlaqədar müzakirələr aparıb

Bolqarıstan və Rumıniya mediası Rumen Radevin Azərbaycana səfərini diqqət mərkəzində saxlayıblar

Qaxda Ulu Öndərin xatirəsinə həsr edilən şahmat turnirinin qalibləri müəyyənləşib

İcma sədri: Fransa səfirinin dediklərinə erməni təəssübkeşliyi kontekstində baxmaq lazımdır

“Anadolu Ankası – 2024” təlimi: şərti düşmənin avtomobil kolonu pusquya salınıb VİDEO

Narva Estoniya Dövlət Gimnaziyasında Azərbaycan mədəniyyətini tanıdan dərslər təşkil edilib

Həzi Aslanov, Mehdi Hüseynzadə, Rixard Zorge və Qafur Məmmədovun abidələri ziyarət olunub VİDEO

“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin 101-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib

AMEA-da “Dostluğun siması” sənədli filminin və “Heydər Əliyev – Gürcüstan” kitabının təqdimatı olub

Türkiyənin vitse-prezidenti ölkəsinin biznes dairələrini Azərbaycanda yeni layihələr həyata keçirməyə çağırıb

Britaniya peyvəndlərlə bağlı qlobal müqaviləni imzalamaqdan imtina edir

Heydər Əliyev Fondu Samuxda körpələr evi-uşaq bağçası inşa etdirib

Xocalıda insana məxsus sümük fraqmentləri aşkarlanıb

Azərbaycanın Baş naziri türkiyəli investorları bərpaolunan enerji sahəsində əməkdaşlığa çağırıb

Polşada faşizm üzərində Qələbənin 79-cu ildönümü qeyd olunub

Bakıda qızıl medal qazanan çinli atıcı dünya rekordunu yeniləyib VİDEO

Türkiyə Prezidenti: Avropada türk toplumuna qarşı ayrı-seçkilik və nifrət cinayətləri günü-gündən adi hala çevrilir

Ordubad rayonu Pəzməri kənd avtomobil yolunda qaya uçqunu baş verib

Dmitri Peskov: Rusiya hərbçiləri Ermənistanın bir sıra bölgələrindən çıxırlar

Yığmanın sabiq üzvü: “Qəbələ”nin Premyer Liqada qalmasını istəyərdim

İlqar Qurbanov: Sanki yenidən uşaqlıq dövrümə qayıtdım

Misirdə Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şimali Makedoniyada prezident və parlament seçkilərində müxalif partiyası qalib olub

Ön təkəri partlayan mülki təyyarə Antalya hava limanında gövdəsi üstə enib VİDEO

Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub

Serbiya və Çin arasında 28 sənəd imzalanıb

Lənkəranda əməliyyat zamanı saxlanılan narkokuryerdən 22 kiloqram marixuana aşkar olunub

Vladimir Putin: İkinci Dünya müharibəsi ilə bağlı həqiqət öz siyasətini riyakarlıq üzərində quranlara mane olur

İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi start götürüb

İcma: Fransadan regionda vəziyyəti gərginləşdirməməyi və sülhə maneə olmamağı tələb edirik

“AzərEnerji” Ulu Öndər Heydər Əliyevlə bağlı tədbirlər keçirib

Moskvada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Devid Kemeron: Britaniya və NATO müdafiəyə daha çox pul xərcləməlidir

Mayın 10-da paytaxtda 23, bəzi yerlərdə isə 25 dərəcə isti olacaq

İngiltərədə terrorda şübhəli bilinən 3 nəfər saxlanılıb

Fərid Qayıbov: Minifutbol turnirinin keçirilməsi Azərbaycan futbolunun gələcəyinə böyük töhfə verəcək

Sabah Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq

Moskvada hərbi parad keçirilir

Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir - ŞƏRH

Azərbaycanın voleybol millisi Sloveniyaya yollanıb

Türkiyənin Hacettepe Universiteti ilə Azərbaycanın ali təhsil ocaqları arasında əməkdaşlıq genişləndiriləcək

Faktiki hava açıqlanıb: Şahdağda qar, Xınalıqda isə sulu qar yağıb

® Xırdalan 0.0 Futbol Millisinin alkoqolsuz sponsoru oldu

İncəsənət xadimləri Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görüldülər - SƏRƏNCAM

Bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin fərdi təqaüdü verildi - SƏRƏNCAM

İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Mayın 10-11-də Astara rayon sakinlərinə oftalmoloji xidmət göstəriləcək

Milli Kitabxanada 9 - May Faşizm üzərində Qələbə Günü münasibətilə elektron məlumat bazası təqdim edilib

Azərbaycanın 4 güləşçisi lisenziya turnirində mübarizəyə başlayır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar VİDEO

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

“Sizin Makedoniya” koalisiyasının nümayəndəsi: Nəticələr hökumətin ilk 100 günü ərzində nümayiş etdiriləcək

Onlayn alış-veriş edənləri dələduzluq yolu ilə aldadan şəxs saxlanılıb

Heydər Əliyevin fəaliyyəti daim xalqın, dövlətin mənafeyinə xidmət edib

Mehriban xanım Əliyeva 9 May - Qələbə Günü münasibətilə paylaşım edib

AZPROMO rəsmisi: ADA və Boloniya universitetlərinin əməkdaşlığının kənd təsərrüfatına töhfələr verəcəyinə inanırıq

İordaniya mətbuatı Ümummilli Liderin 101-ci ildönümü barədə yazır

Alman faşizmi üzərində qələbədən 79 il ötür

İordaniyada Ulu Öndərin 101 illiyi münasibətilə ağacəkmə aksiyası təşkil olunub

Mütəxəssislər xəbərdarlıq edirlər: Süni intellekt sosial nizamı məhv edə bilər

Avropa İttifaqı göyöskürəyin sürətlə yayılması ilə bağlı xəbərdarlıq edir

İsveçrədə keçiriləcək Ukrayna üzrə konfransın iştirakçılarının siyahısı artır

Meksika Prezidenti: Ölkədə elektrik enerjisinin kəsilməsi rekord isti hava ilə əlaqədardır

Piylənmə uşaqlarda insulin müqavimətinə səbəb ola bilər

Ukraynada ağır cinayət törətməmiş məhbuslar səfərbərliyə cəlb olunacaqlar

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

Britaniyada növbəti deputat Leyboristlər Partiyasına keçib

Nəcəf Cəfərli: ADA Universitetinin dəstəyi ilə “MacFrut” sərgisində iştirak edirik

İnkişafa və sabitliyə hesablanan Azərbaycan-Slovakiya əməkdaşlığı ŞƏRH

Çempionlar Liqası: “Real Madrid” geri dönüş edərək finala yüksəlib

Səfir: ADA və Bolonya universitetlərinin birgə layihəsi kənd təsərrüfatı mütəxəssislərin hazırlanmasında xüsusi önəm daşıyır

Kubada Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə tədbir təşkil edilib

Konfrans Liqasında ilk finalçı bəlli olub

Rusiyanın Londondakı hərbi attaşesi ölkədən çıxarılıb

“Paris 2024” Yay Olimpiya Oyunlarının məşəli Marselə gətirilib

Azərbaycan Basketbol Liqası: “Xəzri” seriyanın ilk oyununda qalib gəlib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilib

Xətai rayonunda Milli Qəhrəman İlqar Mirzəyevin büstünün açılışı olub

Ermənistan KTMT-ni maliyyələşdirməkdən imtina edib

Pentaqon: ABŞ qoşunları Nigerdən çıxarılacaq

Vüqar Dəmirbəylinin Dəli Alı haqqında tarixi romanı çapdan çıxıb

Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanılıb

ABŞ-ın müdafiə naziri İsrailə silah tədarükünün təxirə salındığını təsdiqləyib

“Azərpoçt” sabah xüsusi rejimdə fəaliyyət göstərəcək

Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsinin yaranması günü qeyd edilib