Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bakıda “Azərbaycan Xalq Cümhuriyyəti – 100: dövlət-din münasibətləri və varislik ənənələri” mövzusunda konfrans keçirilib

Bakı, 22 noyabr, AZƏRTAC

Noyabrın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti - 100: dövlət-din münasibətləri və varislik ənənələri” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun rəsmiləri, eyni zamanda, DQİDK yanında İctimai Şuranın üzvləri, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri, din xadimləri, gənclər iştirak ediblər.

Konfransı açan Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycanın dövlətçilik tarixindəki rolu, xalqımız üçün qoyduğu tarixi mirasın önəmi və həmin dövrdəki dövlət-din münasibətləri barədə danışıb. Bildirib ki, Xalq Cümhuriyyətinin gördüyü işlər və müəyyənləşdirdiyi hədəflər çox böyük tarixi əhəmiyyətə malikdir. Cümhuriyyətin mövcudluğunun ilk günlərindən ərazisində yaşayan bütün vətəndaşlara eyni hüquq və azadlıqlar verilib, irqi, milli, dini bərabərsizlik tamamilə aradan qaldırılıb. Hökumət tərəfindən din siyasətini həyata keçirmək məqsədilə Dini Etiqad Nazirliyi yaradılıb, dini təhsil təkmilləşdirilib, din xadimlərinə qayğı, qeyri-müsəlman dinlərə fəaliyyət göstərmələri üçün şərait yaradılıb. Çox qısa ömür sürməsinə baxmayaraq, Cümhuriyyətin əsasını qoyduğu ideyalar Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra ulu öndər Heydər Əliyev tərəfindən reallığa çevrilib. Diqqətə çatdırılıb ki, Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev bu şanlı tarixə böyük diqqət və qayğı göstərir. O, 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsinin dövlətçilik ənənələrimizə sahib çıxmaq və onu gələcək nəsillərə ötürmək baxımından təqdirəlayiq addım olduğunu deyib. Əlavə edib ki, DQİDK tərəfindən bu məqsədlə konfranslar keçirilir, eləcə də “Azərbaycan Xalq Cümhuriyyəti: dövlət-din münasibətləri” mövzusunda kitab nəşr etdirilib.

Daha sonra DQİDK-nın şöbə müdiri Nahid Məmmədov təqdimatla çıxış edib. O qeyd edib ki, Azərbaycanda tolerantlıq ideyalarının əsası 1918-ci ildə qoyulub. Bu fakt özünü Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsində də göstərir. 1918-ci ildə fəaliyyət göstərən Dini Etiqad Nazirliyi dövlət və din münasibətlərinin hüquq çərçivəsində fəaliyyətini təmin edib.

Bu gün olduğu kimi, o zaman da İslam dini ilə yanaşı, başqa dinlərin də fəaliyyətinə geniş imkan yaradılıb. Dini, milli tolerantlığın dövlət işlərində də müşahidə olunduğunu deyən DQİDK-nın şöbə müdiri bildirib ki, 1918-ci ildə Azərbaycan parlamentində müxtəlif millətlərin nümayəndələri təmsil olunub. Bu da Xalq Cümhuriyyəti dövründə bütün millətlərə bərabər hüququn verilməsinin bariz nümunəsidir.

Şöbə müdiri vurğulayıb ki, Cümhuriyyət dövründə hər kəsin istədiyi dinin qaydalarına riayət etmək, dini mənsubiyyətini dəyişdirmək, dini təşkilatların işində sərbəst iştirak etmək, habelə heç bir dini qəbul etməmək, dindarların heysiyyətinə toxunmamaq prinsipi əsas götürülüb. O dövrdən miras qalan tolerantlıq ənənələrinin nəticəsidir ki, bu gün Azərbaycan tolerantlığın və konfessiyalararası dialoqun inkişafında xüsusi xidmətləri olan ölkədir.

Bakı Dövlət Universitetinin kafedra müdiri, Qafqaz Müsəlmanları İdarəsinin şöbə müdiri, professor Anar İsgəndərov qeyd edib ki, Xalq Cümhuriyyəti dövründə baş verən ictimai-siyasi hadisələr, maarifçilik hərəkatının genişlənməsi, cəhalət və mövhumata qarşı mübarizə məqsədilə atılan addımlar milli ideologiyamızın zənginləşməsinə mühüm töhfə olub. Müsəlman Şərqində ilk demokratik, hüquqi, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi azərbaycanlıların, ilk növbədə, yüksək milli ideyaya və yenilikçi düşüncə tərzinə malik olmasının bariz göstəricisidir. İlklərə imza atan Xalq Cümhuriyyəti ölkədə dini sahənin inkişafına da xüsusi qayğı ilə yanaşaraq, dövlətlə dindar kontingent arasında münasibətlərin yüksək səviyyədə nizamlanması istiqamətində mühüm tədbirlər həyata keçirib. Cəmi 23 ay yaşamasına baxmayaraq, xalqın vicdan azadlığının təmin edilməsi məqsədilə mütərəqqi addımlar atılıb.

Anar İsgəndərov deyib ki, İstiqlal Bəyannaməsində dini, sinfi və cinsi mənsubiyyətindən asılı olmayaraq, hər kəsə bərabər şəraitin yaradılması ideyasının öz təsbitini tapması, eləcə də Azərbaycanda yaşayan bütün konfessiyaların nümayəndələrinin parlamentdə təmsil olunması vicdan azadlığı məsələsinin Cümhuriyyətin dövlətçilik fəaliyyətinin əsasını təşkil etməsi fikrini yaradıb.

Daha sonra AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi Kamran İsmayılov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçiliyimizin və müstəqilliyimizin bünövrəsi və ilkin təməlidir. O, mürəkkəb daxili və xarici vəziyyətdə yaranan Xalq Cümhuriyyətinin köklü islahatlara imza atdığını, bir çox sahələr kimi, dini sahədə də nailiyyətlər əldə etdiyini deyib.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Aparat rəhbəri, professor İsaxan Vəliyev təmsil etdiyi qurumun “Azərbaycan Xalq Cümhuriyyəti İli”ndə həyata keçirdiyi tədbirlərin önəminə diqqət çəkib. O, eyni zamanda, Xalq Cümhuriyyətinin miras qoyduğu milli dövlətçilik ənənələrinin dövrümüzədək yaşaması və reallaşmasının ulu öndər Heydər Əliyevin bilavasitə adı və fəaliyyəti ilə bağlı olduğunu diqqətə çatdırıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Rəşad İlyasov, Gürcü Yəhudilərinin Bakı dini icmasının sədri Moisey Bekker, Katolik Kilsəsinin Apostol Prefekturasının keşişi Yozef Marik çıxışlarında Azərbaycanda bu gün olduğu kimi, yüz il bundan əvvəl də cəmiyyətin multikulturalizm ənənələrinə böyük hörmətlə yanaşıldığını, o dövrdən miras qalan tolerantlıq ənənələrinin qorunub saxlanıldığını bildiriblər.

Konfrans müzakirələrlə yekunlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Ulu Öndərin işığında” kitabının təqdimatı olub

Bolqarıstan Prezidenti və xanımı Milli Gimnastika Arenası ilə tanış olublar

Sahibə Qafarova: Parlamentlərin qarşılıqlı fəaliyyəti Azərbaycan-Bolqarıstan münasibətlərinə müsbət təsir göstərən amillərdəndir

Rumen Radev: Bolqarıstan-Azərbaycan əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə töhfə verir

Ağdam kəhrizlərində mikrobioloji tədqiqatlar aparılır

Baş nazir Əli Əsədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb

“Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda elmi-nəzəri konfransı keçirilib

Qafqazşünaslıq İnstitutunda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kitab təqdimatı və sərgi keçirilib

Nəsimi rayonunda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar

“İçərişəhərim” rəsm müsabiqəsinin vaxtı uzadılıb

Qusarda qəza törədən avtomobil rabitə dirəyini aşırıb

Nərimanov rayonundakı bazarda bəzi məhsulların satış sahələrinə məhdudiyyət qoyulub

Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb

Dövlət Proqramı İdarəetmə Qrupu aprel üzrə vətəndaş müraciətlərinin statistikasını açıqlayıb

Azərbaycan Silahlı Qüvvələrinin yaradıcısı Ulu Öndər həmişə dərin hörmət və ehtiramla anılır

Yaponiyada komiks tərcüməsi üçün süni intellektdən istifadə ediləcək

Fizika İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş tədbir keçirilib

Təbriz qəzeti Ulu Öndər Heydər Əliyevə həsr olunmuş məqalə dərc edib

Süni intellekt və yeni inkişaf meyarları

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə “Açıq qapı” günü təşkil olunacaq

ADPU-da tədbir: “Əbədi ömrün ikinci yüzilliyi”

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Azərbaycan Bəstəkarlar İttifaqında Ulu Öndərin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Azərbaycan Premyer Liqasında XXXV turun oyun cədvəli açıqlanıb

Ankarada Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib

Gəncədə “Yaradıcı müzakirələr” keçirilir

“Qalatasaray”ın hücumçusu bu mövsüm ən çox məhsuldar ötürmə edən futbolçudur

Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Varis Yolçiyev: “BOOKFEST” Naxçıvan Kitab Sərgisinin təşkili təqdirəlayiq addımdır

Koreyada təhsil alan azərbaycanlı tələbələr üçün magistraturaya qəbul imtahanı keçirilib

ADA və Bolonya universitetlərinin “Dayanıqlı bağçılıq sistemləri” mövzusundakı birgə sertifikat proqramı “MacFrut” sərgisində

Ulu Öndərin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan qüdrətli dövlətə çevrilib

Bilyardın “Pool-9” növü üzrə Azərbaycan çempionatı keçiriləcək

“Tamstore” marketlər şəbəkəsi “Bu qiymətlər bir daha olmayacaq” kampaniyasına start verib

“Sən elə bir zirvəsən!” tamaşası yenidən Akademik Musiqili Teatrın səhnəsində

® “Caspian Energy Forum Izmir 2024” oktyabr ayında keçiriləcək

“The Standard”: COP29-a ev sahibliyi etməyə hazırlaşan Azərbaycan tarixi anın astanasındadır

İsmail Serageldin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib

Dövlət Komitəsi daha bir beynəlxalq mükafata layiq görülüb

İsmail Serageldinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Beynəlxalq Muğam Mərkəzində “Humayla” adlı konsert təqdim olunub

Nərimanov rayonunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Alimlər beyində yeni yaddaş mexanizmi aşkar ediblər

Talassemiya daşıyıcı olan ana öz övladını südlə qidalandıra bilər

Azərbaycanda yaradılan investisiya mühiti Slovakiya şirkətlərinin ölkəmizdə fəaliyyətini stimullaşdırır - ŞƏRH

Baş Prokurorluqda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Ümummilli Liderin respublikaya rəhbərliyi dövründə ekoloji problemlər həmişə diqqət mərkəzində olub

BMT II Dünya müharibəsində həlak olanların xatirəsinin anılması və barışıq günləri keçirir

İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirilib

Naxçıvanda istehlaka yararsız qida məhsullarının satışının qarşısı alınıb

Azərbaycan ilə Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə edilib

Bu ilin ilk rübündə İstanbulda terror təşkilatlarına qarşı 576 əməliyyat keçirilib, 300 nəfər həbs olunub

Yaxın iki gündə Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək

Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub

“TikTok” ABŞ hökumətini məhkəməyə verib

İyunda Sofiya ilə Bakı arasında birbaşa aviareyslər təşkil ediləcək

Bolqarıstan Prezidenti Rumen Radev Bakıda şəhidlərin xatirəsini anıb

Birinci Qarabağ müharibəsi şəhidinin nəşi Lənkəranda torpağa tapşırılıb

Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub

Sahib Məmmədov: Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi 4 dəfə artıb

Peşəkar Futbol Liqası və “YAŞAT” Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycanda hidrometeoroloji xəbərdarlıqlar əhaliyə rəng şkalası ilə təqdim olunacaq

Aprel ayında Ukraynaya beynəlxalq yardım beş dəfə azalıb

Monitorinq stansiyaları olmayan ərazilərdə hava keyfiyyətinin qiymətləndirilməsində Səyyar Laboratoriyadan istifadə edilir

Tallində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib VİDEO

Bolqarıstan şirkəti Azərbaycanda mühərrik və sənaye yağlarının təkrar emalını həyata keçirəcək

Tələbələr arasında bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib

Duzdan çox istifadə mədə xərçəngi riskini 40 faiz artırır-Tədqiqat

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının ilkin mərhələsinin nəticələri açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkası təşkil ediləcək

Güclü küləklər və digər təhlükəli hidrometeoroloji hadisələr barədə xəbərdarlıqlar rəng şkalasına uyğun tərtib ediləcək VİDEO

Nazir müavini: Naxçıvanda cari ilin üç ayında nağdsız ödənişlər 2 dəfədən çox artıb

“Heydər Əliyev Əlyazmalar İnstitutunun qurucusudur” mövzusunda elmi sessiya keçirilib

Bolqarıstan Prezidenti Rumen Radev Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib

Elnur Məmmədli: Avropa çempionatındakı tarixi uğur hələ başlanğıcdır

Tərkibi insan sağlamlığı üçün zərərli olan saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıblar VİDEO

ETSN-nin mətbuat katibi: Ölkəmizdə hidrometeoroloji şəbəkənin 50 faizi modernləşdirilib VİDEO

“Hər yanı gülşən Azərbaycan!” adlı III Regional xor müsabiqəsinin final mərhələsi keçirilib

“Virtual Qərbi Azərbaycan” platforması təqdim edilib VİDEO

ÜST: 150 ölkədə tütündən istifadə azalır

İyirmi beş minə yaxın şagird Azərbaycan dili imtahanı verəcək

Milli Kitabxanada elmi konfrans - Heydər Əliyev Azərbaycanda müasir kitabxana quruculuğunun banisidir

Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB -3 VİDEO

Tanınmış hakim Çempionlar Liqasının oyunundan sonra ağlayıb

Aqrar Sığorta Fondunun sədri Ağdamda vətəndaşlarla görüşəcək

Koreyada Ümummilli Lider Heydər Əliyevin siyasi irsi barədə mühazirə təşkil edilib

Moskva Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Almatı görüşünü alqışlayır

Gəncə şəhərində oftalmologiya sahəsində XIII Regional konfrans keçiriləcək

Səttar Möhbalıyev: Müxtəlif sahələrdə işləyənlər üçün layiqli iş yerlərinin yaradılmasına çalışırıq

30 ildən sonra nəşi tapılan şəhid Ayaz Ağayev İsmayıllıda torpağa tapşırılıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə ilk - “ASAN Login” vasitəsilə qeydiyyat aparılacaq

Goranboyda fəhlələri daşıyan mikroavtobus qəzaya uğrayıb

Mayın 9-nun havası: Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz keçəcəyi gözlənilir

Digər dildə tədris aparılan bölmələr üzrə uşaqların birinci sinfə qəbulu üçün müsahibələr davam edir

Azərbaycan İtaliyada keçirilən “Macfrut” sərgisində iştirak edir VİDEO

Yazıçılar Birliyində “Heydər Əliyev və multikulturalizm” mövzusunda dəyirmi masa keçirilib

Qüsursuz xidmət etmiş bir qrup hərbi qulluqçuya daimi mənzillər verilib VİDEO

Ali qonağın şərəfinə VİDEO

Xorvatiyada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə musiqili tədbir keçirilib VİDEO

Dövlətlərarası münasibətlərdə şəxsiyyətin rolu