Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Bakıda “BakuTel-2013” XIX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi açılmışdır
Azərbaycan Prezidenti İlham Əliyev sərgi ilə tanış olmuşdur VİDEO

Bakı, 2 dekabr (AZƏRTAC). Dekabrın 2-də Bakı Sərgi Mərkəzində “BakuTel-2013” XIX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi açılmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərgi ilə tanış olmuşdur.

 İqtisadi və sosial sahələrin bütün istiqamətlərində davamlı artım tempinə nail olan Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sektorunda (İKT) da dünyanın sürətlə inkişaf edən ölkələri səviyyəsinə yüksəlmişdir. İKT-nin iqtisadiyyatda artan çəkisi son illər ölkəmizdə bu sahədə beynəlxalq tədbirlər və konfranslar keçirilməsini də şərtləndirmişdir. Artıq ənənəyə çevrilmiş “BakuTel” sərgisi də Xəzər və Qafqaz regionlarında telekommunikasiya, o cümlədən informasiya texnologiyaları sahələrində ən böyük tədbirdir.

Bu il 19-cu dəfə keçirilən “BakuTel” sərgisi ötən illər ərzində telekommunikasiya aləmində mühüm hadisəyə çevrilmişdir. Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Telekommunikasiya İttifaqı və Regional Rabitə Birliyi nümayəndələrinin mütəmadi iştirakı, həmçinin Dünya Sərgi Sənayesi Assosiasiyasının keyfiyyət nişanı ilə təsdiq olunması “BakuTel”in nüfuzunu sübut edən amillərdir.

Bu gün ölkəmizdə İKT sektoru sürətlə inkişaf edir. Prezident İlham Əliyev bu sahənin inkişafını daim diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısı tərəfindən 2013-cü ilin Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi bunun əyani təzahürüdür. “İKT ili”nin ilk əlamətdar hadisəsi “Azərspace-1” ilk milli telekommunikasiya peykinin orbitə çıxarılması olmuşdur. Ölkədə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun, Yüksək Texnologiyalar Parkının, Elektron Təhlükəsizlik Mərkəzinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin fəaliyyəti bu sahəyə göstərilən diqqətin davamlılığından xəbər verir. Yeni yaradılan İnformasiya Texnologiyaları Universiteti artıq ilk tələblərini qəbul etmişdir.

Builki sərgi və konfransın “İKT ili” çərçivəsində keçirilməsi, onun proqramına kibertəhlükəsizlik üzrə konfransın və digər tədbirlərin daxil edilməsi, aparıcı şirkətlərin daha geniş təmsil olunması tədbirin əhəmiyyətini daha da artırır. Ümumiyyətlə, “İKT ili” “BakuTel-2013” sərgisinin bütün ekspozisiyasında xüsusi olaraq nəzərə çarpır. Sərgiyə marağın artmasını təsdiq edən digər amillər isə builki ekspozisiya meydançasının 35 faiz genişləndirilməsi və “BakuTel-2013”də dünyanın 28 ölkəsindən 300 şirkətin iştirak etməsidir. Sərginin digər fərqləndirici cəhəti Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin fəal dəstəyi ilə təşkil edilən milli stendlərin say etibarilə daha çox olmasıdır.

Sərgidə hər il fəal iştirak edən ölkələrə bu il ABŞ, İtaliya, Əfqanıstan və bir sıra digər dövlətlər də qoşulmuşdur. Sərginin iştirakçıları telekommunikasiyalar və şəbəkələr, genişzolaqlı rabitə və texnologiyalar, kabel və simsiz rabitə, peyk rabitəsi və texnologiyalar, teleradio yayım avadanlığı, proqram təminatı, İT və ofis texnologiyaları seqmentləri, habelə texnoloji yeniliklər və bir sıra digər məhsullar da nümayiş etdirirlər.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov dövlətimizin başçısı İlham Əliyevə məlumat verdi ki, “BakuTel” sərgisində ilk dəfə olaraq “İnnovativ məhsullar və həllər” adlı Azərbaycan milli pavilyonu yaradılmışdır. Burada son illərdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin həyata keçirdiyi layihələr haqında ətraflı məlumat, eləcə də sahənin inkişafı üçün gələcək planlar təqdim olunur. Bildirildi ki, Azərbaycanda əhalinin 70 faizi internet istifadəçisidir. Onların 50 faizi genişzolaqlı xidmətlərdən istifadə edir. Mobil rabitədə hər 100 nəfərə 110 mobil abunəçi düşür, 3G və 4G texnologiyaları tətbiq edilir. Ölkə əhalisi rəqəmsal televiziya yayımı ilə əhatə olunmuşdur. “Elektron hökumət” həllərinin tətbiqi, vətəndaşlara təqdim olunan elektron xidmətlərin sayı və bu xidmətlərdən istifadənin səviyyəsi artır. Azərbaycan, həmçinin bir çox regional layihələrin, o cümlədən İKT sahəsində layihələrin təşəbbüsçüsü kimi çıxış edir. Bu layihələrdən biri olan Trans-Avrasiya Super İnformasiya Magistralı-TASİM layihəsi BMT Baş Məclisinin qətnamələri ilə dəstəklənmiş və onun həyata keçirilməsi üçün Avrasiya Rabitə Alyansının yaradılması istiqamətində mühüm addımlar atılmışdır. Ölkəmizin EPEG layihəsində iştirakı isə internetə tranzit çıxış imkanlarımızın artmasına səbəb olmuşdur.

Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, Beynəlxalq Telekommunikasiya İttifaqının qiymətləndirilməsinə əsasən Azərbaycan son 10 ildə İKT sahəsində dünya üzrə dinamik inkişaf edən ilk 10 ölkə sırasındadır.

Azərbaycan Prezidenti İlham Əliyevə “Dünya Azərbaycanlılarının onlayn Forumu” haqqında da məlumat verildi. Onlayn konfrans sərgi müddətində davam edəcəkdir. Bunun üçün Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən ABŞ, Almaniya, Fransa, Hollandiya, Rusiya, Ukrayna və Türkiyədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının ofislərində xüsusi avadanlıq quraşdırılmışdır.

Prezident İlham Əliyev onlayn videokonfrans sistemi vasitəsilə Azərbaycan diaspor nümayəndələri qarşısında çıxış edərək dedi:

- Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti genişlənir. İndi demək olar ki, Avropanın əksər ölkələrində diaspor təşkilatları vardır. Onlar təşkilatlanıblar, gözəl fəaliyyət göstərirlər. Eyni zamanda, bu gün Amerika Birləşmiş Ştatlarında, MDB məkanında - Ukraynada, Rusiyada, ümumiyyətlə, müxtəlif ölkələrdə azərbaycanlılar təşkilatlanıblar. Bu gün xaricdə yaşayan azərbaycanlılar üçün yeni imkanlar yaradılır. Eyni zamanda, Azərbaycanın dövlət maraqlarının daha da dolğun şəkildə təmin edilməsi üçün diaspor təşkilatlarının rolu çox böyükdür.

Müxtəlif ölkələrə səfərlərimdə xaricdə yaşayan azərbaycanlılarla çoxsaylı görüşlər zamanı bütün bu məsələlər geniş müzakirə edilmişdir. Bakıda keçirilmiş diaspor forumlarında mən öz ürək sözlərimi demişəm. Bir daha demək istəyirəm ki, bu gün güclü diaspor güclü Azərbaycanın imkanlarını genişləndirir. Eyni zamanda, xaricdə yaşayan hər bir azərbaycanlı hesab edirəm, haqlı olaraq qürur hiss keçirir ki, bu gün dünyada güclü Azərbaycan dövləti vardır.

Siz həmişə bilirsiniz və bilməlisiniz ki, sizin arxanızda güclü, güclənən, inkişafda olan, bu gün dünya miqyasında böyük hörmətə malik Azərbaycan dövləti dayanır. Eyni zamanda, sizin fəaliyyətiniz Azərbaycanın dövlət maraqlarının qorunması baxımından bizim üçün çox vacibdir. Bax, bu birlik bizi daha da gücləndirir.

Bu gözəl elektron xidmət vasitəsilə sizinlə bu gün təmasda olmağımdan çox məmnunam. Sizə fəaliyyətinizdə yeni uğurlar arzulayıram. Sağ olun!

Videokonfrans iştirakçıları dövlətimizin başçısına təşəkkür etdilər.

“BakuTel-2013” sərgisində ilk dəfə olaraq BMT-nin stendi də yer almışdır. Stenddə BMT-nin İnkişaf Proqramı çərçivəsində dörd sahə üzrə Azərbaycan hökuməti ilə əməkdaşlıq layihəsi əksini tapmışdır. Bunlar demokratik idarəçilik, davamlı inkişaf, qadınlara səlahiyyətlər verilməsi və böhranların qarşısının alınmasıdır.

Stendin qarşısında xatirə şəkli çəkdirildi.

Prezident İlham Əliyev sərginin digər pavilyonları ilə tanış oldu. Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi olan Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətlərini və geniş çeşiddə məhsulları, həmçinin Sür@ ticarət nişanı ilə 3G mobil internet xidmətlərini istifadəçilərinə təklif edir. Bakcell şəbəkəsi ölkənin əhalisinin 99, ərazisinin isə 92 faizini əhatə edir. Sür@ xidməti yeni tərəfdaşlıqlar vasitəsilə Azərbaycan əhalisini yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin etməkdədir.

Dövlətimizin başçısı “Delta Telekom” MMC-nin fəaliyyətini əks etdirən pavilyonda da oldu. Bildirildi ki, regionun ən iri telekommunikasiya operatorlarından olan “Delta Telekom” rabitə və telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə görə ən etibarlı infrastruktura malikdir. DWDM şəbəkə texnologiyalarında ən yeni nəsil olan ASON/GMPLS əsaslı infrastruktur üzərindən regionun tranzit tutumlarını daşıyan “Delta Telekom” dayanıqlı supermagistrala sahibdir və regionun ən iri internet supermagistralı da “Delta Telekom”a məxsusdur.

“AzərFon” MMC 2007-ci ildən fəaliyyət göstərilir. Şirkətin brendi olan “Nar mobile” hazırda Azərbaycanın telekommunikasiya bazarının inkişafında mühüm rol oynayır və xidmət sektorunu daha da genişləndirir. “Nar mobile” Azərbaycanda 3G xidmətlərini göstərən ilk mobil operatordur. Şirkət Azərbaycanda İKT sahəsinin inkişafına misilsiz töhfələr verən və ölkədə mütərəqqi mobil texnologiyaları tətbiq edən ticarət nişanı kimi tanınmışdır.

Sərgidə “Aztelekom” İstehsalat Birliyi də iştirak edir. Azərbaycanın milli rabitə operatoru olaraq, “Aztelekom” İstehsalat Birliyi tərəfindən fərdi və korporativ müştərilərə, rabitə operatorlarına və digər istifadəçilərə müxtəlif xidmətlər göstərilir. Şirkət tərəfindən yeni nəsil informasiya-kommunikasiya texnologiyalarının regionlarda fəal tətbiqinə təkan vermək məqsədi ilə yaradılmış “Aztelekom.NET” internet provayderinin əsas vəzifəsi müasir texnologiyalardan istifadə etməklə yüksək keyfiyyətli və sürətli internetə qoşulmanı təmin etməkdir.

2010-cu ildə “AzQtel” MMC şirkəti tərəfindən yaradılan SAZZ əmtəə nişanı Azərbaycanda “4G Mobile WiMAX” texnologiyası əsasında genişzolaqlı simsiz internet xidməti göstərən ən böyük operatordur. SAZZ 4G internet xidmətinə paytaxt Bakı, Sumqayıt, Xırdalan, Mingəçevir şəhərləri, habelə Abşeron yarımadasının qəsəbələri daxildir.

Prezident İlham Əliyev “Hitachi” şirkətinin pavilyonunda da oldu. Şirkət müasir texnologiyaların tətbiqi sahəsində geniş nüfuza malikdir.

2010-cu ildə yaradılan “Azərkosmos” ASC Qafqaz regionunda fəaliyyət göstərən ilk peyk operatorudur. Bu il Azərbaycanın ilk milli telekommunikasiya peyki “Azərspace-1”in uğurla orbitə çıxarılması ilə şirkət öz müştərilərinə peyk rabitəsi əsasında yayım və genişzolaqlı internet xidmətləri, eləcə də yüksək etibarlı peyk əsaslı rabitə platformaları təqdim etməyə başlamışdır. “Azərspace-1” peykinin qabaqcıl dizaynı və yüksək texnoloji göstəriciləri bu gün “Azərkosmos”a Avropa, Mərkəzi Asiya, Yaxın Şərq və Afrika regionunda keyfiyyətli peyk xidmətləri göstərməyə imkan verir.

Sərgidə Fransanın “Arianespace” kosmik-raket şirkəti də təmsil olunur. Azərbaycanın ilk telekommunikasiya peyki “Azərspace-1” də məhz bu şirkətin raketdaşıyıcısı ilə orbitə çıxarılmışdır.

Dövlətimizin başçısı sərgidə “Euronews” telekanalının müxbirinə müsahibə verdi.

Prezident İlham Əliyevin “Euronews”

telekanalına müsahibəsi

 

SUAL: Bilirəm ki, Siz informasiya texnologiyaları sektoruna xüsusi diqqət yetirirsiniz. Bu barədə ətraflı danışa bilərsinizmi?

Prezident İlham ƏLİYEV: Bəli, bu, hazırda Azərbaycan iqtisadiyyatının inkişafı üçün əsas istiqamətlərdən biridir. Bu sektorun çox böyük perspektivi vardır. Bu, ideyalar yaradan, ölkəmizdə ümumi təhsilin səviyyəsinin yüksəlməsinə təkan verən sektordur, bizim aparıcı beynəlxalq elmi araşdırmalara qoşulmağımıza kömək edir. Eləcə də, əlbəttə ki, iqtisadiyyatın, xüsusən də qeyri-neft sahəsinin inkişafı üçün informasiya texnologiyaları sektoru böyük əhəmiyyətə malikdir. Təsadüfi deyil ki, bu il ölkəmizdə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilib. Bu, əsasən onunla əlaqədardır ki, bu il Azərbaycanın ilk süni peyki buraxılıb. Bu minvalla biz kosmik sənayesi olan ölkəyə çevrildik. Həmin peyk tamamilə Azərbaycan mütəxəssislərinin idarəsinə verilib. Biz bu proqramı daha da genişləndirmək niyyətindəyik. Yaxın vaxtlarda ikinci, üçüncü peyklər də buraxılacaqdır. Bizim ölkəmizi informasiya texnologiyalarının tamamilə əhatə etməsi əhaliyə müasir xidmətlər göstərilməsinə imkanlar yaradacaqdır. Bildiyiniz kimi, ölkəmizdə bu yaxınlarda əhaliyə kütləvi xidmətlər göstərən ”ASAN xidmət” fəaliyyətə başlayıb. Bu, əslində Azərbaycanın brendidir.

Regionlarda informasiya-kommunikasiya texnologiyaları inkişaf edir. Hazırda biz genişzolaqlı internetin hər bir kənddə tətbiqi üzərində işləyirik. Bu layihəni dövlət maliyyələşdirəcəkdir. Hazırda bu istiqamətdə xeyli iş görülür. “Bakutel” sərgisinin iştirakçılarının sayı ilbəil artmaqdadır. Yeni tədqiqatlar üzə çıxır. Biz təkcə neft-qaz əməliyyatlarının, humanitar əməkdaşlığın deyil, eləcə də regionumuzda müasir texnologiyaların mərkəzinə çevrilmək istəyirik.

SUAL: Siz elektron hökumət - “ASAN xidmət”i xatırlatdınız. Sizcə əhalinin hökumət strukturlarına məhz bu cür müraciət etməsi nə qədər vacibdir?

Prezident İlham ƏLİYEV: Bu, çox mühüm məsələdir. Bu, bizə korrupsiya ilə mübarizə aparmağa, bürokratizmi aradan qaldırmağa, əhaliyə birbaşa almalı olduğu xidmətləri maneəsiz əldə etməyə kömək edir. Təəssüf ki, bu, həmişə baş tutmur. Buna görə də “ASAN xidmət” özündə bir neçə funksiya daşıyır. Birincisi, müasir xidmətlər göstərilməsi, ikincisi, korrupsiya ilə mübarizə, şəffaflıq, kadrların hazırlanması.

“ASAN xidmət” sistemində artıq yüzlərlə könüllü çalışır. Onların əksəriyyəti gənclərdir. Bu könüllülər özləri gələrək insanlara təmənnasız yardım edirlər. Bu, dövlət ilə vətəndaşlar, dövlət məmurları ilə dövlət təsisatları arasında qarşılıqlı münasibətlərin yeni formasıdır. Təsadüfi deyil ki, “ASAN xidmət” sisteminin həyata keçirilməsindən bir ildən də az vaxt ötsə də, artıq 500 mindən çox vətəndaş bu xidmətə müraciət edib. Heç bir şikayət olmayıb. Hamı razıdır. Bu, həqiqətən müasir Azərbaycanın brendinə çevrilib. Biz ölkəni modernləşdiririk, siyasi sistem də modernləşdirilir. Bu halda biz bütün sahələri modernləşdirməliyik. İnsanlar üçün elə bir şərait yaratmalıyıq ki, onlar razı qalsınlar və arayışların alınmasına hədər yerə vaxt itirməsinlər. Halbuki, indi bu sənədləri bir neçə dəqiqə ərzində əldə edə bilirlər.

SUAL: Bu sərgi Sizin elan etdiyiniz “İnformasiya-kommunikasiya texnologiyaları ili”nin özünəməxsus aynasıdır. Siz bu sərgi barədə nə düşünürsünüz? Axı, Siz birinci dəfə deyil ki, “BakuTel” sərgisinə baş çəkirsiniz. O, elə bil dəyişib, daha da böyüyüb...

Prezident İlham ƏLİYEV: Mən hər il “BakuTel” sərgisində oluram. Əlbəttə, o, ildən-ilə genişlənir, iştirakçıların sayı artır. Məni sevindirən odur ki, həm yerli, həm də xarici şirkətlərin sayı çoxalır. Deməli, biznes artmaqdadır, informasiya texnologiyaları üzrə aparıcı beynəlxalq şirkətlərin Azərbaycana diqqəti də artır. Biz bu işə başlayanda qarşımıza belə bir məqsəd qoymuşduq ki, o, ənənəvi neft sərgisi kimi beynəlxalq nüfuz qazansın. Neft sərgisi bizə neft-qaz yataqlarını inkişaf etdirməyə kömək göstərmişdir. Biz neft-qaz layihəsinə başlayanda Azərbaycanı çox az ölkə tanıyırdı. “BakuTel” də eyni vəzifəni daşıyır. İndi biz bütün dünyada təkcə neft-qaz ehtiyatlarına malik olan ölkə kimi deyil, həmçinin gələcəkdə yüksək səviyyəli elmi potensiala və informasiya-kommunikasıya texnologiyalarının tətbiq olunduğu ölkə kimi tanınacağıq. Əlbəttə, Azərbaycanın bu sahədə dəb qanunvericisi rolunu oynayacağını düşünmək sadəlövhlük olardı. Mən həmişə demişəm ki, biz dəb qanunvericilərinin bir addımlığında olmalıyıq və ən müasir texnologiyaları iqtisadiyyatımıza tətbiq etməliyik. Bu proseslərdə dövlət təminatçı kimi çıxış edir, çünki maliyyənin əksər hissəsini dövlət təmin edir. Fərdi sektor isə dövlətin ardınca, yaxud onunla paralel olaraq addımlayır və bizim yaratdığımız bütün imkanlardan istifadə edir. Biz yüksək templərlə irəli gedirik, müasir dövlət qururuq. Bu gün müasir texnologiyalar olmadan heç bir dövlət normal inkişaf etməyə qadir deyildir.

 SUAL: Mümkünsə, “TASİM” layihəsi barədə də bir neçə kəlmə deyərdiniz. Çünki bu, böyük, qlobal layihədir, həm Azərbaycan, həm də region üçün vacibdir.

Prezident İlham ƏLİYEV: Bəli, biz bir çox qlobal layihələrdə - kommunikasiya, energetika və nəqliyyat layihələrində iştirak edirik. Bizim coğrafi vəziyyətimiz elədir ki, həm Şimal ilə Cənub, həm də Qərb ilə Şərq arasında təbii kəsişmə nöqtəsiyik. Lakin infrastruktursuz belə coğrafi mövqenin heç bir əhəmiyyəti yoxdur. Deməli, onu səmərəli infrastrukturla gücləndirmək lazımdır. Energetika dəhlizləri bu gün Avropanın və digər qitələrin diqqətini cəlb edir. Həyata keçirdiyimiz nəqliyyat layihəsi - Azərbaycan, Gürcüstan və Türkiyə arasında dəmir yollarının birləşdirilməsi, həmçinin qitələrarası əhəmiyyət daşıyacaqdır. Bu yol İpək Yolunun bərpasıdır, Çindən Londona qədər gedib çatacaqdır. Kommunikasiya sahəsində də belədir. Elektron xidmətlərlə əlaqədar Azərbaycanda inşa olunan kommunikasiyalar insanları, ölkələri yaxınlaşdırmağa xidmət edir və Azərbaycana uzun illər boyu dividendlər gətirəcəkdir. TASİM layihəsi də bu qəbildəndir. Yəni, bütün bunlar ölkənin ümumi inkişaf konsepsiyasına daxildir. Bizdə olan potensialdan - coğrafi mövqedən, təbii ehtiyatlardan, insan potensialından istifadə etməklə ölkəmiz inkişaf edəcəkdir. Əlbəttə ki, bizə öz məqsədlərimizə çatmaqda kömək edən xarici tərəfdaşlarımızla fəal işləməklə buna nail olacağıq.

MÜXBİR: Çox sağ olun, cənab Prezident.

X X X

Sonra Prezident İlham Əliyev sərgidə “NEURON Texnologiyası” MMC şirkətinin stendi ilə də tanış oldu. Şirkətin sərgidə nümayiş etdirdiyi spayder xüsusi cihazı dünyada canlı monitorinqi həyata keçirən ən kiçik elektron kardioqram sensorudur. Cihaz xüsusi dizayn olunub və sinəyə yapışdırılır. Dünyada analoqu olmayan bu cihazdan istifadə ölkəmizdə ürək-damar xəstəlikləri səbəbindən baş verən mənfi halların qarşısını ala biləcək yüksək texnologiyalı qabaqlayıcı tədbirlərdən olacaqdır.

Dövlətimizin başçısı Türkiyə Respublikasının stendinə də baxdı. Qeyd edildi ki, qardaş ölkə bu sərginin fəal iştirakçılarından biridir. Budəfəki sərgidə Türkiyənin İKT sahəsində inkişaf etmiş beş şirkəti təmsil olunub.

Əfqanıstan isə bu sərgidə ilk dəfə təmsil olunur. Bu ölkə “BakuTel-2013” sərgisinə xüsusi maraq göstərir.

Sərgidə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “ASAN xidmət” mərkəzlərinin səyyar avtobusları və digər nəqliyyat vasitələri nümayiş olunur. “ASAN xidmət” mərkəzi klassik vahid pəncərə prinsipinə əsaslanaraq 9 dövlət orqanının 25 hüquq xidmətinin göstərilməsini təmin edən qurumdur.

Dövlətimizin başçısı “Azərpoçt” MMC-nin səyyar xidmətlərinin təşkilində istifadə olunan avtomobillərə baxdı. Bildirildi ki, vətəndaşlar bu avtomobillərlə poçt xidmətindən geniş yararlana bilirlər.

Sərgidə MDB ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda “Titan” robotu nümayiş etdirilir. Bu robot Tokiodan tutmuş Vankuverə qədər bir çox dünya ölkələrini gəzmiş, Abu-Dabidə “Qran-pri Formula 1” yarışında, eləcə də iri şirkətlərin, məşhur brend və markaların təqdimatlarında iştirak etmişdir. Robot həm hərəkət edir, həm də insanlarla dialoq qurur.

Prezident İlham Əliyev “AzDimension” şirkətinin stendi ilə də tanış oldu. Burada dövlətimizin başçısına yeni milli kompyuter oyunu barədə məlumat verildi. Bu oyun ölkəmizin tarixini öyrənməyə imkan yaradır, gənclərin və yeniyetmələrin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsinə müsbət təsir göstərir.

Sərgidə təmsil olunan PERSECUTOR şirkəti İKT binaları üçün müasir məlumat mərkəzləri və əlaqədar texnologiya infrastrukturu üzrə kompleks xidmətlər təklif edir. 1993-cü ildə yaradılan şirkət bu sahədə dünyada aparıcı qurum hesab olunur.

Dövlətimizin başçısı HP şirkətinin pavilyonuna da baxdı. İnformasiya texnologiyaları sahəsində dünyanın ən iri şirkətlərindən biri olan HP korporativ sifarişçilər, kiçik və orta biznes qurumları, eləcə də fərdi istifadəçilər üçün əlverişli texnologiyaların təchizatçısıdır.

Prezident İlham Əliyevə Yüksək Texnologiyalar Parkı haqqında da geniş məlumat verildi. Dövlətimizin başçısının Sərəncamı ilə yaradılan parkın əsas funksiyası İKT, digər yeni və yüksək texnologiyalar üzrə fəaliyyətin genişləndirilməsi, burada çalışan fiziki və hüquqi şəxslər üçün əlverişli şəraitin yaradılması və digər xidmətlərin inkişaf etdirilməsindən ibarətdir. Bu məqsədlə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində “Yüksək Texnologiyalar Parkı” MMC yaradılmışdır. Parkın tikintisi üçün Pirallahı rayonunda 50 hektar torpaq sahəsi ayrılmışdır.

Builki sərgidə ilk dəfə olaraq Amerika Birləşmiş Ştatları da təmsil olunmuşdur. “USA CC” şirkəti də İKT sahəsində ən son texnologiyaları təqdim edir.

Litva da “BakuTel-2013” sərgisində beşə yaxın şirkət ilə təmsil olunur. Bu ölkənin şirkətləri də yüksək texnologiyalar üzrə tədqiqat və digər təyinatlı yeni məhsulları ilə sərgiyə qatılmışdır.

Prezident İlham Əliyev “Lifewatch V” şirkətinin pavilyonu ilə də tanış oldu. Bildirildi ki, “Lifevatch V” smartfon ailəsi insanlara öz səhhəti və sağlamlıqları barədə məlumatlı olmaları üçün yaradılmışdır. Buraya elektrokardioqramın qeydə alınması, qan dövranına nəzarət və digər tibbi xidmətlər paketləri daxildir.

“Azercell” 1996-cı ildə təsis edilmişdir və hazırda bazarda lider mövqeyini saxlayır. Şirkət Azərbaycana bir sıra innovativ texnologiyalar və konsepsiyalar gətirmişdir. Şəbəkə əhalinin 99,8 faizini əhatə edir. “Azercell” 2011-ci ildə 3G, 2012-ci ildə 4G xidmətlərini təqdim etmişdir. 2013-cü ildə isə şirkət mobil elektron imza -“Asan imza” xidmətini həyata keçirən ilk mobil operator olmuşdur.

Dövlətimizin başçısı “SİNAM” MMC-nin stendi ilə də tanış oldu. Əsası 1994-cü ildə qoyulan SİNAM şirkəti kompyuter bazarında və telekommunikasiya texnologiyaları sahəsində özünü etibarlı və ciddi tərəfdaş kimi tanıtmışdır.

Prezident İlham Əliyevə nəqliyyat və texnika, “Yollar GPS” nəzarət sistemi barədə də məlumat verildi.

Qeyd olundu ki, bütövlükdə bu sərgi Azərbaycanda İKT-nin inkişafına, yeni faydalı əməkdaşlığın və işgüzar münasibətlərin qurulmasına mühüm töhfə verəcəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Bakıda “BakuTel-2013” XIX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi açılmışdır Azərbaycan Prezidenti İlham Əliyev sərgi ilə tanış olmuşdur VİDEO

Macarıstan XİN rəhbəri ölkəsinin Mərkəzi Asiya ilə əməkdaşlığa görə tənqidlərlə üzləşdiyini deyib

Mahnı Teatrında Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert keçirilib

“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib

Azərbaycan Basketbol Liqası: Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNƏCƏK

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO

AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər

Rusiya hökuməti istefaya göndərilib