Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Bakıda Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr olunan “Əqli mülkiyyət və idman” mövzusunda seminar keçirilib YENİLƏNİB 2

Bakı, 26 aprel, AZƏRTAC

Aprelin 26-da Bakıda Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr olunan “Əqli mülkiyyət və idman” mövzusunda seminar keçirilib.

AZƏRTAC xəbər verir ki, seminarı açan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov 23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü və 26 aprel - Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Beynəlxalq Əqli Mülkiyyət Gününün əhəmiyyətindən danışıb. Bildirib ki, Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü ölkəmizdə 1997-ci ildən, Beynəlxalq Əqli Mülkiyyət Günü isə Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən 2001-ci ildən başlayaraq qeyd edilir. Bu günlərdə keçirilən müxtəlif tədbirlər, görüşlər, dəyirmi masalar, konfrans və simpoziumların əsas məqsədi əqli mülkiyyət, müəllif-hüquq mədəniyyətinin formalaşdırılmasına dəstək verməkdən, biliklər cəmiyyətində əqli mülkiyyətin kreativlik və yenilikçilik amillərinin stimullaşdırılmasında əvəzedilməz əhəmiyyətini qabarıq göstərməkdən ibarətdir.

Hər il aprelin 26-da Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə keçirilən tədbirlər fərqli mövzulara həsr olunur. Bugünkü seminarımızın mövzusu “Əqli mülkiyyət və idman”dır və onun xüsusi mənası var. Belə ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə builki açıqlamasından görünür ki, bu il keçirilən tədbirlərin əsas məqsədi əqli mülkiyyətin idmanın inkişafına təsirinin göstərilməsidir. Bu, eyni zamanda, bizə əqli mülkiyyət hüquqlarının innovasiya və yaradıcılığın inkişafında oynadığı rol barədə danışmaq imkanı yaradır.

Tədbirin builki devizinin “Qızıl uğrunda” olduğunu bildirən Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov deyib: “ÜƏMT-nin müraciətində qeyd olunduğu kimi, “Minilliklər boyu idman insanlarda doğurduğu heyranlıqla yanaşı, öz qüvvəsini sınamaq səylərinə, yarışların cəlbediciliyinin artmasına və insanları daha yüksək nəticələr əldə etməyə ruhlandırmağa xidmət edir”.

Bu sözlərin Azərbaycan üçün xüsusi əhəmiyyəti var, çünki Azərbaycan idman ölkəsidir. İdmançılarımız yüksəksəviyyəli yarışlarda qalib çıxaraq bizi ruhlandırırlar. Prezident İlham Əliyevin 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə etdiyi çıxışındakı sözlərlə desək: “İdmançılarımız bizi hər il sevindirir. Bizim cəmiyyətimiz buna artıq öyrəşib. Bu il idmançılarımız tərəfindən dünya, Avropa çempionatlarında və digər beynəlxalq yarışlarda 800-ə yaxın medal, o cümlədən 263 qızıl medal əldə edilmişdir. Bu, böyük nəticədir, böyük qələbədir. Bu qələbə münasibətilə idmançılarımızı təbrik edirəm. Bu qələbələr, sadəcə olaraq, idman qələbələri deyil. Çünki hər bir belə möhtəşəm qələbə cəmiyyətimizin vətənpərvərlik ruhunu artırır, Azərbaycanı dünyada güclü idman ölkəsi kimi tanıtdırır, Azərbaycanı təbliğ edir. Bu qələbələr gəncləri idman bölmələrinə aparır, idmanın kütləviliyini təmin edir. Yəni, idman qələbələri, idmançılarımızın uğurları çox böyük məna daşıyır. Buna görə biz idmançılarımıza minnətdarıq”.

Azərbaycanın yeniləşdiyini, qüdrətləndiyini, ölkəmizin nüfuzunun beynəlxalq miqyasda artdığını qeyd edən Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov vurğulayıb ki, Prezident İlham Əliyevin iqtisadi islahatlar konsepsiyası yeni uğurlu nəticələr verir, Azərbaycan iqtisadiyyatında artım nümayiş olunur, 2019-cu ilin iki ayının nəticələri, yanvar-fevral aylarındakı ÜDM-in nəticələri 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çoxdur, sənayenin isə qeyri-neft sektorundakı artımı 15,5 faizdir və dünya rekordu səviyyəsindədir. Bütün bunlar əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində inqilabi addımlarla müşahidə olunur. Minimum əməkhaqqının, əmək pensiyalarının, bütün növ sosial müavinətlərin, təqaüdlərin əhəmiyyətli dərəcədə artırılması və dövlət başçısı tərəfindən atılan digər addımlar böyük rəğbətlə qarşılanır. Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə xalqa təbrikindəki sözlərlə desək, “bizim iqtisadi gücümüz artdıqca sosial məsələlər daha geniş miqyasda öz həllini tapacaqdır…”.

Kamran İmanov qeyd edib ki, xalqımız dövlət başçısının yürütdüyü siyasətə böyük dəstək verir. Fransanın “Opinion Way” şirkətinin sorğusunun nəticələri göstərir ki, vətəndaşların 80,1 faizi ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanmasını Prezident İlham Əliyevin ən uğurlu nəticəsi kimi dəyərləndirir, 85,1 faizi isə son bir ildə görülən işlərə müsbət qiymət verir.

Dünya Bankının “Doing Business–2019” hesabatında Azərbaycan 190 ölkə arasında 25-ci yerə yüksələrək, 10 ən islahatçı dövlət sırasında olması heç də təsadüfi deyil. Bir sözlə, dövlət başçısının verdiyi mühüm qərarlar Azərbaycanın inkişafında yeni mərhələnin başlanğıcıdır.

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri diqqətə çatdırıb ki, dövlətimizin başçısının yürütdüyü uğurlu siyasət hər bir sahədə öz bəhrəsini verir: “Davos İqtisadi Forumunun rəqabətqabiliyyətlilik ilə bağlı son hesabatında Azərbaycan əqli mülkiyyətin qorunmasında 36-cı yerdə qərarlaşaraq, MDB məkanında liderdir. Lakin irəliyə baxaraq, qarşımızda duran vəzifələri daha yüksək səviyyədə yerinə yetirməliyik. Çünki Azərbaycanın bugünkü reallıqları ondan ibarətdir ki, ölkəmiz dünya ölkələri tərəfindən tanınan islahatçı dövlətdir və bu islahatlar hər bir sahədə, o cümlədən əqli mülkiyyət (ƏM) sahəsində geniş miqyasda həyata keçirilir. 2018-ci ildə həyata keçirilən struktur, institusional və iqtisadi islahatlar nəticəsində ƏM sistemində əhəmiyyətli təşkilati və funksional dəyişikliklər baş verib. Dövlətimizin başçısının müvafiq Sərəncamına əsasən Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi və ləğv edilmiş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Patent və Əmtəə Nişanları Mərkəzinin birləşməsi nəticəsində Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi yaradılıb.

Sənaye mülkiyyəti sahəsində ləğv edilmiş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin səlahiyyətləri, tabeliyində olan Respublika Elmi-Texniki Kitabxana Əqli Mülkiyyət Agentliyinə verilib və onun tabeliyində Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi və Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi yaradılıb, yeni nizamnamələri təsdiq edilib. Nəticədə ƏM sahəsinin bütövlükdə inkişafını təmin edən, bu sahədə vahid tənzimləməni və nəzarəti həyata keçirən və fəaliyyəti əlaqələndirən, işçiləri dövlət qulluqçularına və əməyin ödənilməsində mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan ixtisaslaşmış, yığcam dövlət qurumu fəaliyyətə başlayıb. Yeni qurum qarşısında duran vəzifələr dövlət başçısının göstərişlərinə əsasən, daha çevik, daha yığcam və daha məqsədyönlü struktur vasitəsilə sahənin idarə edilməsidir, müəllif-hüquq sahəsi ilə yanaşı, sənaye mülkiyyəti obyektlərinin idarə olunması və bu idarəçiliyin zamanın müasir tələblərinə uyğun təşkili, patent və əmtəə nişanlarına dair müraciət edən şəxslər üçün dürüstlüyün, açıqlığın və şəffaflığın təmin edilməsidir. Bununla yanaşı, müxtəlif obyektiv və subyektiv səbəblərə görə istifadəçilərini və nüfuzunu itirmiş Respublika Elmi-Texniki Kitabxanasının fəaliyyətinin müasir tələblərə uyğun yenidən qurulması, elektron, rəqəmsal kitabxanaya çevrilməsidir. Beləliklə, bilik sahəsini təmsil edən müəlliflik hüququnun, sənaye mülkiyyətinin və özündə patent və standartlar fondlarını cəmləşdirən Elmi-Texniki Kitabxananın bir qurum səviyyəsində idarə edilməsi çox uğurlu institusional islahatdır.

Qarşımızdakı vəzifələrin yerinə yetirilməsində, əqli mülkiyyətin əhəmiyyətinin və faydasının artırılmasında əsas prinsip Azərbaycan Prezidentinin iqtisadi islahatlarının uğurla həyata keçirilməsinə xidmət etməkdir. Bunları uğurla yerinə yetirmək üçün Agentlikdə islahat səviyyəli çoxlu layihələr işlənilir və bir qismi artıq sona çatdırılıb”.

Kamran İmanov qeyd edib ki, üç gün öncə Moskva şəhərində fəxri qonaq və spiker qismində dəvət edildiyi çox mötəbər beynəlxalq konfransda dövlət başçısının təşəbbüsü ilə Azərbaycanda əqli mülkiyyət sahəsində həyata keçirilən islahatlar çox müsbət dəyərləndirilib, hətta Rusiyanın əqli mülkiyyət üzrə tanınmış rəhbərləri və alimləri ölkəmizin təcrübəsini öyrənmək üçün təkliflər irəli sürüblər.

Əqli mülkiyyəti idmanla bağlayan çoxsaylı amillərdən danışan Kamran İmanov deyib: “Təsəvvür edin, siz stadiona və ya hansısa bir idman meydançasına daxil olmaq ərəfəsindəsiniz, yarış hələ başlamayıb və siz hansı mənzərələrlə qarşılaşırsınız? İlk gözümüzə toxunan – azarkeşlərin sevdiyi idman klubunun və ya idmançıların adları və ya şəkilləri olan köynəklər, maykalar, papaqlar və digər geyimlərdir. Bu isə o deməkdir ki, yarışdan öncə brendinq, brendlər – komandanın əmtəə reklamı artıq işdədir. Bu brendlərin çərçivəsində bir sıra ƏM obyektləri qorunur. İdman meydançasına daxil olduqda görürük ki, meydança hər hansı bir komandanın, klubun adlarını və loqotiplərini təmsil edir, yaxud tanınmış idmançının adını daşıyır, üstəlik, burada sponsorların da adlarını görmək olur. Bütün bunlar əmtəə nişanlarının nümayişidir.

Yarış başlanır, meydançadakı televiziya kameralarının işığı güclənir, şərhçilər, yayım təşkilatları tamaşaçıları və dinləyicilər auditoriyasını salamlayır və rabitə texnologiyalarının yaratdığı yeni imkanlar hesabına milyardlarla insanı meydançadakı yarışa qovuşdurur. Bunun arxasında müəlliflik hüququ və əlaqəli hüquqlar durur.

Yarışların gedişində idmançılar müxtəlif idman növlərindən asılı olaraq, toplardan, beysbol alətlərindən, raketkalardan və s. ekipirovka adlanan vasitələrdən istifadə edirlər. Bunlar isə sənaye nümunələri, yəni dizaynın nümayişidir.

Fasilə zamanı, daha diqqətli olsaq, idmançını, məsələn, futbolçunu müxtəlif rəngli butslarla da müşahidə etmək mümkündür. Bu idman çəkməsi bir sıra ƏM növlərini, o cümlədən texnologiyasını qoruyan patentləri, zahiri görünüşünü – əmtəə nişanını və onlara aid olan reklamı – müəlliflik hüququnu özündə nümayiş etdirir. Beləliklə, idman milyardlarla dollarlıq qlobal sənayeyə çevrilib və bu, obyektlərə (idmandan yayım təşkilatlarına qədər) investisiya gətirir, dünyada milyonlarla insanı işlə təmin edir və çoxlarına sevinc bəxş edir”.

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri qeyd edib ki, bu gün idman getdikcə daha çox idman-tamaşa tipli şou-biznes tədbirləri və müvafiq fəaliyyətlə önə çıxır, yəni idman yayımının həyata keçirilməsi, idman sponsorluğu, idman infrastrukturunun işləməsi, idman mallarının industriyası, idman təchizatı və ekipirovkası, idman lotereyaları və s. Bununla da əqli mülkiyyət nəticələrinin istifadəsi idman sahəsində idman fəaliyyətini, idman tədbirlərini ən qüdrətli maliyyə mənbəyinə çevirir.

Dünyada idman industriyasından əldə edilən ümumi gəlirlər, o cümlədən sponsorluq, yarışlarda tamaşaçı ödənişləri və daxilolmaları, KİV-lərin hüquqları ilə bağlı və onların kommersiyalaşmasına aid rüsumlar və s. 150 milyard ABŞ dollarını ötüb. Digər tərəfdən, geyim və ayaqqabılarla bağlı idman ləvazimatı, yəni idman mallarının qlobal dövriyyəsi 300 milyard ABŞ dollarını keçib. Avropa Komissiyasının araşdırmalarına əsasən, Avropada kütləvi idman növləri üzrə yalnız KİV-lərə hüquqların verilməsindən əldə olunan illik gəlir 500 milyon avrodan çoxdur.

İdmanın iqtisadi dəyəri əqli mülkiyyət hüquqlarına əsaslanan işgüzar əlaqələri gücləndirir. Bu isə öz növbəsində, idman təşkilatlarının bizim zövq aldığımız tədbirləri maliyyələşdirməsi və idmanın təşviqini təmin etməsi ilə bu sahənin inkişafını stimullaşdırır.

Avropa Komissiyasının məlumatına əsasən, dünya ÜDM-in 2 faizi idman sektoru tərəfindən yaradılır. Son tədqiqatlar isə göstərir ki, dünya idman industriyasının 2023-cü ilə qədər inkişafı illik 7-11 faiz artımla müşahidə olunacaq. Beləliklə, idman sahəsində daha geniş şəkildə istifadə olunan əqli mülkiyyət formalarından biri universallığı və geniş tətbiqi baxımından fərqlənən əmtəə nişanıdır. Çünki istənilən ƏM obyekti, o cümlədən idman klublarının adları, açar ifadələr və digər adlar əmtəə nişanı formasında qeydiyyatdan keçirilə bilər.

İdman təşkilatlarının malik olduğu ən qiymətli aktivlərdən biri onların adları, loqotipləri, xarakteristikasını müəyyən edən digər vasitələrdir ki, ictimaiyyət tərəfindən nisbətən asanlıqla identifikasiya olunur və bunlarla həmin təşkilat ictimaiyyət arasında tanınır. Elə buna görə də göstərilən fərqlənmə nişanlarına olan hüquqlarını mühafizə etmək üçün idman yarışlarının təşkilatçıları və idman təşkilatları onları müvafiq qaydada daha çox əmtəə nişanı qismində qeydiyyatdan keçirirlər.

İdman sahəsində geniş yayılan əmtəə nişanları loqotiplərdir. Üstəlik, loqotiplər müəlliflik hüququ ilə də qoruna bilər. İdmanda yazılmış vizual təsvirlərinə və ya idman yarışlarının reportajlarına, tədbirlərin, komanda və idmançıların şəkillərinə, idman sahəsində idarəetmənin həyata keçirilməsi üçün istifadə olunan qaydalar, hesabatlar və digər materialların toplusuna, həmçinin idmanın təbliği, kompüter proqramlarının qorunması və idman yarışlarının dərc olunmuş nəticələrinə münasibətdə müraciət edərək görürük ki, bunlar müəllif-hüquq obyektləri qismində qorunurlar.

İdman sənayesi üçün müasir müəlliflik hüququ konsepsiyasından irəli gələn və ən çox gəlir gətirən ƏM formalarından biri yayım hüququ, yəni əlaqəli hüquqlardır. Oyunların radio və televiziya ilə yayımlanması idman yarışlarının canlı auditoriyasını əhəmiyyətli dərəcədə genişləndirib. Onun idman sahəsi üçün üstünlükləri təkcə idman azarkeşlərinə idman yarışlarının keçirildiyi yerlərdə şəxsi iştirakının alternativini təqdim etməklə məhdudlaşmır, eyni zamanda, azarkeşlərin coğrafi yerindən asılı olmayaraq sayını artırır.

ƏM-in müxtəlif növlərindən biri olan patentlər də idman sahəsində hüquqların qorunması üçün istifadə olunur, lakin məhdud və müəyyən kontekstdə, məsələn, müxtəlif idman ləvazimatı və avadanlıqlarına, idman ekipirovkalarına münasibətdə texnologiyaların qorunmasıdır.

Kamran İmanov qeyd edib ki, Əqli Mülkiyyət Hüquqlarının qorunması həm fərdi, həm də komanda idman növlərində eyni dərəcədə həyata keçirilir. Kommersiya hüquqları və kütləvi informasiya vasitələrinin hüquqları idman komandalarına və liqalarına, idmançılara imkan verir ki, müstəqil ticarətin faydalarını görsünlər və özlərini reklam etsinlər, həmçinin öz populyarlığını istifadə etsinlər.

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri deyib: “İdmançılarımızın parlaq qələbələri ilə yanaşı, qürur hissi ilə qeyd etmək lazımdır ki, bu gün Azərbaycan dünya səviyyəli yarışları ən yüksək səviyyədə təşkil edən idman ölkəsi imicini qazanıb. Azərbaycan bütün dünyanın idman həvəskarlarının yüksək qiymətləndirdiyi Birinci Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına uğurla ev sahibliyi edib. Dördüncü ildir ki, ən yüksək səviyyədə ölkəmizin Milli Gimnastika Arenasında İdman gimnastikası üzrə Dünya Kuboku yarışları keçirilir. Bakıda 17 yaşınadək qızlar arasında futbol üzrə dünya çempionatı uğurla təşkil edilib. Bir neçə ildir ki, Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin yarışları çox uğurla təşkil edilir.

Kamran İmanov qeyd edib ki, hazırda Bakı 2020-ci ildə futbol üzrə Avropa çempionatının dörddəbir final oyunlarının və üç qrup qarşılaşmasının bir neçə oyununun təşkilinə, həmçinin bir çox digər dünya və Avropa səviyyəli idman yarışlarına ev sahibliyi etməyə hazırlaşır.

Çövkən kimi qədim oyunumuzun UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınması da bizim qürurumuzdur.

Bütün bu yarışların əqli mülkiyyətlə sıx bağlı olduğunu bildirən Kamran İmanov deyib: “Biz təşkilatçıların rəsmi müraciətləri əsasında təşkilatçılar və yarışlar zamanı istifadə olunan əsərlərin və tərkibində əqli mülkiyyət olan məhsulların hüquq sahibləri arasında münasibətlərin tənzimlənməsində, bununla bağlı lisenziya sazişlərinin bağlanmasında ortaya çıxan məsələlərin həllində köməklik göstəririk. Bu, heç də təsadüfi deyil, çünki Avropa İttifaqının Əqli Mülkiyyət İdarəsinin apardığı tədqiqatlar göstərir ki, saxtakarlıq və kontrafaksiya nəticəsində idman industriyası hər il satışların 6,5 faizi miqdarında itkilərə məruz qalır, bu isə 500 milyon avro və itirilən 5800 iş yeri deməkdir”.

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri qeyd edib ki, ÜƏMT builki müraciətində hamını idmanın ruhlandırıcı və canlandırıcı imkanlarını birgə qeyd etməyə, yeni innovasiya fəaliyyətləri yaratmağa və insanları yeni zirvələr əldə etmək üçün birləşməyə çağırır. İdman kumirlərinizi və dünya idmanında bizi daha çox heyrətləndirən innovasiyalar haqqında danışmağa və idmanın gələcəyi ilə bağlı baxışlarımızı birgə bölüşməyə çağırır.

Kamran İmanov hər kəsi bu tədbirlərin fəal iştirakçısına çevrilməyə, həm idman yarışlarında, həm də innovasiya və yaradıcılığın inkişafında fəal iştirak etməklə töhfə verməyə çağırıb və seminarın işinə uğurlar arzulayıb.

Açılış mərasimində gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Azərbaycan idmanının yüksək səviyyədə inkişafından və uğurlarından, dövlətin bu sahəyə qayğısından, nəinki paytaxtda, regionlarda da beynəlxalq səviyyəli idman tədbirlərinin keçirilməsindən, Azərbaycanın dünyada idman ölkəsi kimi nüfuz qazanmasından danışıb. Qeyd edib ki, respublikada həyata keçirilən islahatlar, sahibkarlığın inkişafına dövlət qayğısı əqli mülkiyyət sisteminin uğurlu fəaliyyətinə təminat yaradılması ilə nəticələnib. Əqli mülkiyyətin qorunması sahəsində dövlət siyasəti həm də ölkənin elmi-texniki potensialının saxlanması və mühafizəsi üçün böyük əhəmiyyət kəsb edir ki, bu baxımdan Əqli Mülkiyyət Agentliyinin fəaliyyəti təqdirəlayiqdir. Sözsüz ki, əqli mülkiyyətin qorunması elm, texnika, mədəniyyətlə yanaşı, idman sahəsində də mühüm rol oynayır.

Təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında müasir dövrdə idmanın maddi-texniki bazasının gücləndirildiyini, idman infrastrukturunun qurulduğunu və idmançılarımızın uğurlarını qeyd edib. Diqqətə çatdırıb ki, Təhsil Nazirliyində idman sahəsinə xüsusi diqqət yetirilir. Hazırda təhsil sistemində 76 uşaq-gənclər idman şahmat məktəbi fəaliyyət göstərir. Altmış mindən çox şagird 29 idman növü üzrə məşğul olur. Məktəblər arasında idman növləri üzrə çempionatlar keçirilir.

İdman sahəsində əqli mülkiyyətin aktual olduğunu bildirən Firudin Qurbanov idman tədbirlərinin həm də böyük gəlir gətirdiyini vurğulayıb. Qeyd edib ki, idman sahəsində əqli mülkiyyətin qorunması idmanın inkişafını stimullaşdırmaqdır. Son vaxtlar idmanın inkişafını təmin etmək üçün təkcə idmançılar deyil, yaradıcı insanlar da çalışır. Məsələn, yeni idman ləvazimatlarının ixtirasına görə patent alınır. Eləcə də idman geyimlərinin brendləri, əmtəə nişanları var. Azərbaycanda Əqli Mülkiyyət Agentliyi çox aktiv fəaliyyət göstərir. Qısa müddətdə onun normativ hüquqi bazası təsdiq olunub. Bu isə Agentliyin genişmiqyaslı işlər həyata keçirməsinə imkan yaradır. Agentliyin idman sahəsində əqli mülkiyyətlə bağlı bundan sonra daha böyük işlər həyata keçirəcəyinə əminliyini bildirən Firudin Qurbanov onun fəaliyyətində uğurlar arzulayıb.

Seminarda Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin üzvü Sənan Tapdıqov, Gənclər və İdman Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin strateji planlaşdırma və beynəlxalq standartların tətbiqi sektorunun müdiri Məryəm Qafarzadə, Agentliyin Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin direktoru Xudayət Həsənli, nazirliyin idman şöbəsinin kütləvi bədən tərbiyəsi və texniki idman növləri sektorunun müdiri Aydın Məmmədov çıxış ediblər.

Çıxışlarda əqli mülkiyyət və idman arasında bağlılıqdan danışılıb, dünya iqtisadiyyatında əqli mülkiyyətin rolunun ildən-ilə artdığı bildirilib. Qeyd olunub ki, elə Formula 1 yarışmasında istifadə edilən bolidlər mühəndislərin, texniklərin ixtiralarının nəticələridir. Əqli mülkiyyət nəinki idmanın inkişafına kömək edir, hətta onun bir hissəsinə çevrilib və onun simasını dəyişməyə yönəlib. Əqli mülkiyyət hüquqlarının pozulması hər zaman diqqət mərkəzindədir və bu məsələyə çox həssas yanaşılır. Müəllif hüquqlarının pozulması həm virtual aləmdə, həm də real həyatda baş verir. Bununla bağlı Agentliyə edilən müraciətlər hərtərəfli araşdırılır və müvafiq tədbirlər görülür.

Çıxışlar ətrafında müzakirələr aparılıb və seminar işini uğurla başa çatdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib

AZƏRTAC-ın xüsusi müxbiri Gürcüstanın internet televiziyasında çıxış edib

Çində tornado baş verib, ölənlər var

Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində 2 nəfər həlak olub

Şirvanda kəsici-deşici alətlərin satıldığı obyektlər müəyyən edilib

Tailandın xarici işlər naziri hökumətdəki dəyişikliklərdən sonra istefa verib

Şahdilidə ekoturizm yarışması

Gürcüstan Parlamentinin sədri ABŞ senatorlarını sərt tənqid edib

Bu gün ali təhsil müəssisələrinin magistraturalarına II cəhd qəbul imtahanı keçirilib

On doqquzuncu İstanbul yarımmarafonunun qalibləri müəyyənləşib

“Şərq-Qərb” avtomagistralının Gürcüstandan keçən Şorapani-Arqveta hissəsi istifadəyə verilib

Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü inşa ediləcək

Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Abşeron rayonunda vətəndaş ona hədiyyə edilən sənədləri olmayan ov tüfəngini könüllü polisə təhvil verib

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb

Nijni Novqorodda Azərbaycan məhsullarının təqdimatı keçirilib

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir

Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

ADPU-da “Təhsildə psixoloji xidmətin aktual problemləri” mövzusunda birinci Respublika Forumu keçirilib

Laçın və İrpen şəhərləri qardaşlaşacaq

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!

“Avroviziya 2024" mahnı müsabiqəsində səslənəcək “Özünlə apar” mahnısına çəkilmiş klip təqdim edilib VİDEO

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi mərhələsi yekunlaşır

Böyük Britaniyanın Azərbaycandakı səfiri Naxçıvanla bağlı paylaşım edib

Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb

Zəngilanda silah-sursat aşkar edilib

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib VİDEO

Yevlaxda avtoxuliqanlıq edən şəxs saxlanılıb

“Bulaq” verilişinin əvəzsiz aparıcısı

Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib VİDEO

Rusiyada zəlzələ baş verib

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır