Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

BAKIDA DÜNYA QAÇQINLAR GÜNÜ QEYD EDİLMİŞDİR

Bakı, 18 iyun (AZƏRTAC). İyunun 18-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Beynəlxalq Avrasiya Mətbuat Fondu “Hyatt Regency” hotelində Dünya Qaçqınlar Gününə həsr olunmuş tədbir keçirmişlər.

“Onlar mənim evimi əlimdən aldılar, amma gələcəyimi ala bilməzlər” devizi altında keçirilən tədbirdə Milli Məclisin deputatları, nazirlik, dövlət komitələri və agentliklərinin, beynəlxalq maliyyə qurumlarının nümayəndələri, işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları, Səudiyyə Ərəbistanı, Küveyt, Türkiyə, Yaponiya, ABŞ, Norveç, İtaliya, Rusiya, Fransa, Yunanıstan, İran, Misir və İsveçrənin ölkəmizdəki səfirliklərinin, milli qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak etmişlər.

Əvvəlcə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının rəhbəri Antonio Quterreşinin “İmkan yaratmalıyıq ki, onlar gələcəyini itirməsinlər”, xoşməramlı səfir Anjelina Colinin “Gəlin onlara kömək edək ki, evlərinə qayıtsınlar” fikirlərinin vurğulandığı videomüraciətlər, “Vətən həsrəti və sönməyən ümidlər” adlı 13 dəqiqəlik film nümayiş etdirilmişdir.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov demişdir ki, artıq onuncu ildir 20 iyun qaçqınları anma günü kimi qeyd edilir. Məqsəd problemin mövcudluğunu dünya ictimaiyyətinə xatırlatmaqdır. Hazırda Azərbaycanda 1 milyondan artıq qaçqın və məcburi köçkün vardır. Onlardan 250 mini 1988-1992-ci illərdə Ermənistandan qovulmuş azərbaycanlılar, 50 mini 1992-ci ildə Özbəkistandan Fərqanə hadisələri zamanı qovulmuş Axısqa türkləri, 600 minə qədəri Azərbaycanın işğal olunmuş rayonlarından zorla çıxarılmış məcburi köçkünlərdir. Bundan başqa, respublikamızın Ermənistanla həmsərhəd olan Naxçıvan Muxtar Respublikasının, Ağstafa, Qazax, Tovuz, Ağcabədi, Gədəbəy və Tərtər rayonlarının sərhədyanı yaşayış məntəqələrindən 100 min nəfərədək soydaşımız həyatlarına təhlükə olduğu üçün öz daimi yaşayış yerini tərk etmək məcburiyyətində qalmışdır. Məcburən köçkünlər respublikanın 62 şəhər və rayonunda, 1600-dən çox obyektdə müvəqqəti məskunlaşdırılmışdır.

Ə.Həsənov Azərbaycana üçüncü ölkələrdən gəlmiş qaçqınlardan danışarkən bildirmişdir ki, on il əvvəl onların sayı təxminən 10 min nəfər təşkil edirdisə, indi bu rəqəm 2 600-ə enib. Bunlar əsasən Çeçenistan, Əfqanıstan, İraq və Pakistandan olan qaçqınlardır. Azərbaycanda çeçen qaçqınlarla bağlı yeganə problem onların şəxsiyyətinin dəqiqləşdirilməsi ilə bağlıdır. Çünki onlar Azərbaycana qeyri-leqal yolla gəliblər. Biz dəfələrlə Rusiyaya müraciət edərək bu qaçqınların şəxsiyyətinin müəyyənləşdirilməsində onlardan kömək istəmişik.

Baş nazirin müavini qeyd etmişdir ki, qaçqın və məcburi köçkün problemi ortaya çıxandan bəri BMT-nin Ali Komissarlığı, BMT agentlikləri, ABŞ-ın, Avropanın, Türkiyənin, İranın, ərəb ölkələrinin humanitar təşkilatları Azərbaycanda 800 milyon dollar məbləğində yardım proqramları həyata keçirmişlər. Bizim üçün ən çətin bir dövrdə - ötən əsrin 90-cı illərinin əvvəllərində bu yardımlar olmasaydı, ölkəmizdə humanitar fəlakət baş verərdi. Bir sıra humanitar təşkilatlar bu gün də ölkəmizdə qalıb fəaliyyət göstərir. “Yeri gəlmişkən, humanitar təşkilatlar işğalçı ölkəyə də yardım göstərirlər”, - deyə natiq təəccübünü gizlətməmişdir.

Ali Komissarlığa, humanitar təşkilatlara Azərbaycan Hökuməti adından minnətdarlığını bildirən Əli Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixinə ekskurs etmiş, M.Qorbaçov Sovetlər İttifaqının rəhbəri seçildikdən sonra onun rəğbətindən istifadə edən ermənilərin “Böyuk Ermənistan” yaratmaq iddialarının daha da fəallaşdığını, 1988-1992-ci illərdə Ermənistan ərazisindən azərbaycanlılara qarşı son etnik təmizləmə siyasətinin misilsiz bir qəddarlıq və vəhşiliklə həyata keçirildiyini, 250 min soydaşımızın oradakı ata-baba yurdlarından qovularaq qaçqına çevrildiyini xatırlatmışdır. Məlumat vermişdir ki, 1988-1992-ci illərdə Ermənistan silahlı qüvvələrinin ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi - Dağlıq Qarabağ, eləcə də ona bitişik olan 7 rayonun ərazisi işğal olunmuş, bir milyona yaxın soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. BMT Təhlükəsizlik Şurası 1993-cü ildə münaqişənin sülh yolu ilə həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında 822, 853, 874, 884 saylı qətnamələr qəbul etmişdir. Lakin Ermənistan bu qərarların heç birinə əməl etmir.

“Dövlətqaçqınkom”un sədri daha bir məsələyə toxunmuşdur.

O demişdir: “1999-cu ildə Azərbaycan BMT-nin “Qaçqınların statusu” haqqında konvensiyaya riayət edərək qaçqınlara vətəndaşlıq verəndən sonra, çox təəssüf ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı onların adlarını öz siyahılarından çıxarmışdır”.

Ə.Həsənovun sözlərinə görə, Ali Komissarlıq bu qaçqınların artıq vətəndaşlıq aldıqlarını, yerləşdirildiklərini və Azərbaycan hökuməti tərəfindən təmin edildiklərini əsas gətirir: “Halbuki 2001-ci ildə Dövlət Neft Fondu yaradılarkən ümummilli lider Heydər Əliyevin imzaladığı fərmanın ilk bəndində də Ermənistandan qovulmuş qaçqınların siyasi statuslarının doğma torpaqlarına qayıdanadək sabit saxlandığı qeyd olunur. Azərbaycan hökuməti bunu dəfələrlə deyib. Ermənistandan qovulmuş insanlarımız qaçqın statusuna malikdir. Düzdür, onların imtiyazları ləğv olunub, çünki onlar məskunlaşıblar. Lakin bu o demək deyil ki, onlar öz statuslarını itiriblər. Ermənistandan qovulmuş insanlar öz doğma yurdlarına qayıdana qədər onların qaçın statusu saxlanılır”, - deyə vurğulamış və Ali Komissarlığa suallar ünvanlamışdır: “Nə üçün Azərbaycandan Ermənistana gedən qaçqınlar siyahıdan çıxarılmır? Əgər Ermənistan onlara vətəndaşlıq vermir və qoşulduğu konvensiyaya hörmətsiz yanaşırsa, siz niyə ona hörmət edirsiniz? Bu ədalətsizlik nə vaxta qədər davam edəcəkdir?”

Əli Həsənov Azərbaycan dövlətinin məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün hər şeyi etdiyini, hüquqlarının qorunduğunu qeyd etmiş və təəssüflə vurğulamışdır ki, beynəlxalq aləmdə məcburi köçkünlərin hüquqlarını tənzimləyəcək hüquqi baza yoxdur, halbuki dünyada 43 milyon yurdsuz-yuvasızın 27 milyonu məcburi köçkündür. Yalnız Antonio Quterreş Ali komissar təyin edildikdən sonra bu orqanda məcburi köçkün problemi ilə maraqlanmağa başlayıblar.

Baş nazirin müavini Azərbaycanın iqtisadi vəziyyətinin yaxşılaşdığını bəhanə edib ölkəmizdə fəaliyyətini dayandıran donor ölkələri də qınamışdır: “Bu, dünyada hökm sürən ikili standartların nəticəsidir. Fikrimcə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi həll edilməyincə donor ölkələr fəaliyyətlərini dayandırmamalıdırlar. Biz demirik ki, gəlin ərzaq proqramı icra edin və ya yardım göstərin. Proqramın mahiyyətini dəyişmək olar. Məcburi köçkünləri vaxtilə məruz qaldıqları stressdən çıxarmaq üçün səhiyyə proqramına, iş yerlərinin açılmasını təmin edən müxtəlif inkişaf proqramlarına, reabilitasiya proqramlarına ehtiyac vardır”.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Arun Sala-Nqarm beynəlxalq birliyin qaçqın və məcburi köçkünlərə yardım etməsinin əhəmiyyətini vurğulamışdır. O, BMT-nin Azərbaycanda və digər ölkələrdə qaçqın və məcburi köçkün övladları arasında sorğu keçirdiyini də demişdir: “Uşaqlar adətən belə cavab verirdilər: evi olmayan adamlar xəstələnir və ölürlər. 8 yaşlı bir qız isə evin nə olduğunu belə izah edib: “Ev mən və anamın olduğu yerdir”. Qaçqın və məcburi köçkünlər çox ağır şəraitdə yaşayırlar, amma bu, onların gələcəkdən məhrum olması demək deyildir”.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev çıxışını bu sözlərlə bitirmişdir: “Bu gün Dünya Qaçqınlar Gününü qeyd etməklə biz qaçqın və məcburi köçkünlərlə həmrəyliyimizi nümayiş etdirir, bu problemə biganə qalmadığımızı bildiririk. Ancaq haradasa müvəqqəti sığınacaq tapan insanların ən böyük arzusu yerinə yetirilməli, onlar öz doğma torpaqlarına qaytarılmalıdır və problemin həllinin ən doğru yolu da budur. Qaçqınlar yalnız öz evlərində xoşbəxt ola bilərlər! Səylər buna, bu istiqamətdə qəbul edilən beynəlxalq sənədlərin icrasına yönəlməlidir. Ermənistan işğal etdiyi 20 faiz Azərbaycan ərazilərindən öz qoşunlarını qeyd-şərtsiz çıxarmalı, məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qaytarılması barədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə yerinə yetirilməlidir”.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

"Beşiktaş" komandası tarixində 17-ci dəfə finala yüksəlib

Çempionlar Liqası: İlk finalçı Parisdə bəlli olub

"Çelsi"də mövsümün ən yaxşı oyunçusu bəlli olub

Si Cinpin Serbiyada səfərdədir

“Airbus” apreldə müştərilərinə 61 təyyarə təhvil verib

Tamğa – qədim türklərin əzəmət rəmzi

İbtidai insanların qidası barədə yeni məlumatlar əldə edilib

Azərbaycan səfiri: Sülh yolunda əldə edilən irəliləyişi dəstəkləmək lazımdır

“Avroviziya-2024” mahnı müsabiqəsinin ikinci yarımfinalına keçən ölkələr məlum olub

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNİB

“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir

Kakaonun qiymətinin kəskin azalmasının səbəbi məlum olub

Prokurorluq Zaqatalada zəhərlənmə faktı ilə bağlı araşdırma aparır

Komitə sədri BMT-nin Qadınlar təşkilatının regional direktoru ilə görüşüb

Macarıstan XİN rəhbəri ölkəsinin Mərkəzi Asiya ilə əməkdaşlığa görə tənqidlərlə üzləşdiyini deyib

Mahnı Teatrında Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert keçirilib

“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib

Azərbaycan Basketbol Liqası: Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır