Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bakıda ənənəvi beynəlxalq Xəzər Neft və Qaz Konfransı keçirilir [YENİLƏNİB]

Bakı, 2 iyun, Nihad Budaqov, AZƏRTAC

İyunun 2-də Bakıda ənənəvi beynəlxalq Xəzər Neft və Qaz Konfransı (“Caspian Oil & Gas”) öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, “Avropanın enerji təchizatında Azərbaycanın rolu” adlı plenar sessiyada çıxış edən “ITE Group Plc” şirkətinin xüsusi məsləhətçisi Endrü Vud “Caspian Oil & Gas” konfransının dünyada iqtisadi böhranın yaşandığı, neftin qiymətinin ucuzlaşdığı bir dövrdə keçirildiyini deyib. Bildirib ki, bu konfrans neft-qaz sektorunun nümayəndələrinin birgə əməkdaşlığı və fikir mübadiləsi üçün olduqca əhəmiyyətli platforma rolunu oynayır.

Azərbaycanın energetika naziri Natiq Əliyev 20 ildən çoxdur ki, ənənəvi qaydada keçirilən “Caspian Oil & Gas” konfransının neft-qaz sənayesindəki ən son yeniliklərin və yaranan problemlərin həlli yollarının təqdim olunmasındakı rolunu yüksək qiymətləndirib. O, meqa layihələrin həyata keçirilməsində Azərbaycanla uzun yol qət etdiyinə görə bütün tərəfdaşlara təşəkkürünü bildirib.

Neft və qaz konfransının dünya iqtisadiyyatında ciddi qlobal təlatümlərin baş verdiyi dövrdə keçirildiyini qeyd edən N.Əliyev deyib ki, dünyada geosiyasi və iqtisadi proseslərin nəticəsi kimi baş verən böhran təkcə neft-qaz sektoruna yox, həm də maliyyə, sosial iqtisadi sahələrə də təsir göstərib. Ukrayna-Rusiya münasibətlərinin Avropanın qaz təchizatında yaratdığı problemlər, həmçinin Avropada, Şimali Afrikada, Yaxın və Orta Şərqdə, o cümlədən Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrdə, xüsusilə də İraq, Liviya və Nigeriyada baş verən proseslər neftin qiymətinə təsir etməklə, qlobal təhlükəsizliyi təhdidlərlə üzləşdirib.

Dünya bazarında neftin qiymətinin 2000-ci illərdən bəri ən aşağı həddə düşdüyünü vurğulayan energetika naziri hesab edir ki, proses uzun müddət belə davam etsə, iri neft şirkətləri əsas layihələri, kəşfiyyat, qazma işlərinin həcmini azaltmağa və ekoloji, infrastruktur və sosialyönümlü proqramları dayandırmağa məcbur olacaqlar.

“Azərbaycan böhrandan ən az zərər çəkmiş ölkələr sırasında qərarlaşıb və iqtisadiyyatın neftdən asılılığının azaldılması istiqamətində ardıcıl addımlar atılır. Neftin qiymətinin düşməsinin yaratdığı reallıqlara baxmayaraq, Azərbaycan “Cənub Qaz Dəhlizi” kimi nəhəng layihələrin icrasını davam etdirir. Bütün hökumətlərlə güclü tərəfdaşlıq münasibətlərinə sadiqliyini qoruyub saxlayır”, - deyə nazir qeyd edib.

N.Əliyev Azərbaycanın sübut edilmiş 2 milyard ton neft və 2,6 trilyon kubmetr təbii qaz ehtiyatlarının olması, neft hasilatının 1997-ci ildəki illik 9 milyon tondan, 2010-ci ildə illik 51 milyon tona çatması, ötən il 41,7 milyon ton neft və 29,7 milyard kubmetr təbii qaz hasil edilməsi barədə məlumatları da konfrans iştirakçılarının diqqətə çatdırıb. O, Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycanın coğrafi mövqeyinin üstünlüklərini, enerji resurslarının nəqli üçün tranzit imkanlarının müstəsna əhəmiyyətə malik olmasını qeyd edib.

Bildirib ki, uzunluğu 3 min 500 kilometr olan “Cənub Qaz Dəhlizi” təkcə maliyyə deyil, həm də texniki cəhətdən çox mürəkkəb layihədir. “Cənub Qaz Dəhlizi”nin illik gücünün ilkin olaraq 25 milyard kubmetrədək artırılması üçün yeni kompressor stansiyaları və boruların quraşdırılması ilə Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi nəzərdə tutulur. Yeni Trans-Anadolu qaz boru kəməri (TANAP) 1850 kilometrlik məsafədə Gürcüstan-Türkiyə sərhədindən başlayacaq və Türkiyə-Yunanıstan sərhədinə qədər davam edəcək. TANAP regional, xüsusilə də Avropanın enerji təhlükəsizliyinin təminatçısı kimi çox vacib layihədir.

“Bu günə qədər Türkiyənin Rusiya qazından asılılığı 58 faiz təşkil edir. TANAP əlavə 6 milyard kubmetr qaz nəql etməklə Türkiyənin Rusiya qazından asılılığına son qoymağa kömək edəcək. Digər tərəfdən, TANAP-la nəql olunan qaz Rusiya qazından daha ucuz başa gələcək”, - deyə N.Əliyev vurğulayıb.

Qeyd edib ki, Türkiyə-Yunanıstan sərhədindən başlayaraq, Yunanıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibi ilə İtaliyanın cənubunadək uzanan “Trans-Adriatik” qaz boru kəmərinin (TAP) tikilməsi ilə enerji dəhlizinin yaradılması başa çatdırılacaq. “Cənub Enerji Dəhlizi” Avropa bazarına Azərbaycan qazının daşınması üçün kifayət qədər potensiala malik olacaq və bu layihə Avropada mürəkkəb qaz kəmərləri infrastrukturu yaratmağa imkan verəcək. Bu kəmər bir sıra ölkələri Azərbaycan qazı ilə təmin edəcək.

Nazirin sözlərinə görə, TAP Bolqarıstanın qaza olan tələbatının 40 faizini təmin etmək iqtidarındadır. Bundan başqa, İonik-Adriatik boru kəmərinin (IAP) tikintisi planlaşdırılır. Bu boru kəməri ilə Azərbaycan qazı Monteneqro, Xorvatiya, Bosniya və Herseqovinaya çatdırılacaq. Eyni zamanda, ötürücülük qabiliyyəti 6 milyard kubmetr olacaq Macarıstan-Rumıniya interkonnektorunun tikilməsi planlaşdırılır. Bu interkonnektor “Cənub Qaz Dəhlizi” sisteminə qoşulacaq.

N.Əliyev çıxışında “Cənub Qaz Dəhlizi”nin icra vəziyyətinə də toxunub. Bildirib ki, dəyəri, təxminən, 23,8 milyard dollar olan “Şahdəniz-2” layihəsi çərçivəsində işlərin 71 faizi yekunlaşıb. İlk qaz 2018-ci ilin sonunda Gürcüstan və Türkiyəyə tədarük ediləcək. Dəyəri 4,9 milyard dollar təşkil edən CQBK-nin genişləndirilməsi üzrə işlərin təxminən 55 faizi başa çatdırılıb. 9,3 milyard dollarlıq TANAP layihəsi üzrə işlərin icrası hazırda uğurla davam etdirilir. Bu il mayın 17-də təməli qoyulan və 6 milyard dollar dəyərində qiymətləndirilən TAP üzrə hazırlıq işlərinin 10 faizi yekunlaşıb.

Energetika naziri deyib ki, Azərbaycanın məqsədi çox güclü, genişmiqyaslı qaz dəhlizi formalaşdırmaqdır: “Gələcəkdə Türkmənistan və Qazaxıstan Avropa bazarına öz böyük qaz resurslarını ixrac etmək üçün tikdiyimiz infrastrukturdan istifadə edə bilər. Hesab edirəm ki, bu, sadəcə, regionda yeni qaz erasının başlanğıcıdır. Çünki İran və İraqın da qaz və enerji ehtiyatlarının əlavə edilməsi mümkündür. “Cənub Qaz Dəhlizi” Xəzər dənizindən Avropanın ürəyinə uzanan yolda bütün ölkələrə fayda gətirməsi üçün nəzərdə tutulan unikal layihədir”.

Böyük Britaniya Baş nazirinin ticarət üzrə elçisi xanım Baronessa Nikolson isə qeyd edib ki, Azərbaycan enerji resursları ilə Avropa və dünyada etibarlı təchizatçıdır. Azərbaycan bu işdə mühüm uğurlara imza atıb. “Hazırda “Cənub Qaz Dəhlizi” layihəsi icra edilir. Bu layihə Avropanın enerji təchizatının şaxələndirilməsinə mühüm töhfələr verəcək. “Cənub Qaz Dəhlizi” Avropanın ən mürəkkəb layihəsi hesab edilir”, - deyə B.Nikolson bildirib.

O deyib ki, Azərbaycan Böyük Britaniyanın etibarlı tərəfdaşıdır. Böyük Britaniya-Azərbaycan əlaqələri təkcə neft-qaz sektorunda deyil, iqtisadiyyatin digər sahələrində də uğurla inkişaf edir.

B.Nikolson Avstraliyanın mayeləşdirilmiş təbii qaz (liquefied natural gas-LNG) imkanlarından, LNG daşıyan ilk tankerin ABŞ-ın Luiziana ştatından Portuqaliyaya yola düşməsindən danışıb, İranın sanksiyaların ləğvindən sonra qlobal enerji bazarına qayıtması məsələlərinə də toxunub.

“Xəzər regionunun qaz infrastrukturu: regionda əsas layihələrin cari vəziyyəti və həyata keçirilmə statusu” adlı ikinci sessiyada çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib ki, “Əsrin müqaviləsi” sonrakı illərdə həyata keçirilən regional və qlobal əhəmiyyətli layihələr üçün möhkəm bünövrə rolunu oynayıb. İyirmi ildən artıqdır ki, Azərbaycanın enerji strategiyası Xəzər dənizi hövzəsində beynəlxalq əməkdaşlıq üçün zəmin yaradıb, regionun enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişib. Qısa müddətdə Xəzər ilə Qara və Aralıq dənizlərini birləşdirən şaxələndirilmiş ixrac boru kəmərləri sistemi yaradılıb. Uzun müddət üçün öz enerji təhlükəsizliyini təmin etmiş Azərbaycan regionun makroiqtisadi yüksəlişində əhəmiyyətli rola, ölkə daxilində etibarlı və stabil investisiya mühitinə sahibdir.

SOCAR-ın prezidenti qeyd edib ki, Azərbaycanın neft hasilatı 2010-cu ildə pik həddinə - 50,4 milyon tona çataraq son illərdə 42-43 milyon ton səviyyəsində stabilləşib. Qaz hasilatı son 10 il ərzində 4 dəfə artaraq ildə 29 milyard kubmetr səviyyəsinə çatdırılıb: “SOCAR-ın “Azneft” İstehsalat Birliyində 2015-ci ildə 6,8 milyon ton neft və 6,1 milyard kubmetr qaz hasil edilərək daxili və xarici bazarlara çatdırılıb. 2016-2017-ci illərdə 81 quyunun qazılmasına imkan verəcək daha 9 özül inşa ediləcək”.

O bildirib ki, “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku Xəzərin Azərbaycan sektorunda həyata keçirilən ən böyük neft layihəsidir. Bu layihəyə sərmayə qoyuluşu və çəkilən əməliyyat xərcləri 41 milyard dollardan çoxdur. 2024-cü ilin sonunadək AÇG-dən 5 milyard barrel neftin hasil olunması nəzərdə tutulur. Bundan başqa, yatağın tammiqyaslı işlənməsi çərçivəsində yeni investisiya qoyuluşları və neftvermə əmsalının artırılması hesabına əlavə 4 milyard barel neftin hasil edilməsi planlaşdırılır. AÇG layihəsi çərçivəsində SOCAR-ın tərəfdaşları ilə birgə əldə etdiyi ən böyük uğurlardan biri “Çıraq” platformasında həyata keçirdiyi layihədir. Qlobal istiləşmə və iqlim dəyişmələrinə təsir edən faktorların aradan qaldırılması istiqamətində SOCAR-ın apardığı bu layihə 20 ildən artıq şamda yandırılan qaz həcmini bu il 1,2 faizə qədər endirməyə imkan verib.

R.Abdullayev müasir tələblərə cavab verən 6-cı nəsil üzən qazma qurğusunun tikintisinin başa çatmaq üzrə olduğunu deyib. Bununla da “Abşeron” və “Ümid-Babək” yataqlarında qazma işlərinin intevsivləşdiriləcək, “Qarabağ”, “Əşrəfi” və digər strukturlarda kəşfiyyat axtarışına başlanılmasına imkan yaranacaq. O, Heydər Əliyev adına neft emalı zavodunda və “Azərikimya” İstehsalat Birliyində aparılan yenidənqurma işləri, “SOCAR-Polymer” layihəsi, SOCAR-ın Türkiyədə inşa etdiyi “Star” neft emalı tikintisinin hazırki vəziyyəti və “Petlim” konteyner limanı barədə ətraflı məlumat verib.

Sessiyada “Şahdəniz”: iyirmi illik uğurlu yol” adlı məruzə ilə çıxış edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel deyib ki, Azərbaycanda fəaliyyət göstərdiyimiz ötən iyirmi il ərzində biz SOCAR və digər tərəfdaşlarla birgə işləyərək mühüm nailiyyətlərə imza atmışıq. Azərbaycan son iyirmi ildə yeni neft erasında əhəmiyyətli nailiyyətlər əldə edib. Bu müddətdə AŞG və “Şahdəniz” layihələrində vacib inkişaf əldə edilib.

“Hazırda bizim nəhəng dəniz əməliyyatları sisteminə ümumilikdə 9 dəniz platforması daxildir. Biz SOCAR-a məxsus “Heydər Əliyev”, “Dədə Qorqud” və “İstiqlal” adlı qazma qurğularından istifadə edirik”, - deyə Q.Birrel bildirib.

“Cənub Qaz Dəhlizi” və Avropa İttifaqının vahid bazarının səmərəli inkişaf etdirilməsində infrastruktur iştirakçısının rolu” adlı məruzəsində İtaliyanın “Snam S.p.A.” şirkətinin baş icraçı direktoru Marko Alvera Azərbaycan qazının Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verəcəyini deyib. Bildirib ki, “Cənub Qaz Dəhlizi” qitənin təbii qaz resurslarının şaxələndirilməsi baxımından əhəmiyyətli layihədir.

“Snam S.p.A.” “Cənub Qaz Dəhlizi”nin Avropa hissəsini təşkil edən və ötən ay Yunanıstanın Saloniki şəhərində təməli qoyulan TAP qaz boru kəmərinin səhmdarları arasında yer alır. TAP ilə Avropaya 10 milyard kubmetr Azərbaycan qazı nəql ediləcək. Layihə Azərbaycan qazının Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. TAP Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün də böyük imkanlar yaradır”, - deyə Marko Alvera qeyd edib.

Sessiyada Böyük Britaniyanın sabiq energetika naziri və bu ölkənin Baş nazirinin Azərbaycanda xarici ticarət elçisi Çarlz Hendrinin və başqalarının məruzələri dinlənilib. Məruzəçilər ucuz neft qiymətləri fonunda enerji resurslarının hasilatı, idarə olunması və nəqli məsələlərinə toxunublar.

Konfrans işini “Şahdəniz” - 20 illik uğur və gələcəyə baxış” və “İri neft-qaz layihələrinin maliyyələşdirilməsi və həyata keçirilməsi” adlı sessiyalarla davam etdirib. Otuz ölkədən 400 nəfərə yaxın nümayəndənin iştirak etdiyi konfransda müasir dövrün reallıqları fonunda Azərbaycanın neft-qaz sənayesinin gələcək inkişafı, təchizat əməliyyatlarının ekoloji və sənaye təhlükəsizliyinin təmin edilməsi və bir sıra digər aktual mövzular müzakirə olunub. Konfrans işini iyunun 3-də davam etdirəcək.

Tədbirin baş sponsoru qismində SOCAR, qızıl sponsorları qismində BP, “General Electrics” və “Snam S.p.A.”, gümüş sponsor qismində “Inpex”, bürünc sponsorları qismində isə “Caspian Geophysical”, “Dentons”, “Nobel Oil Upstream”, “SAP”, “Schlumberger”, “Statoil”, “Total” şirkətləri çıxış edir. Konfransın təşkilatçıları isə “ITE Group” və onun tərəfdaşı “Iteca Caspian” şirkətləridir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsraildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Qaxda mağaza sahibinin pulunu oğurlayan şəxs saxlanılıb

Beyləqanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər keçirilib

Biləsuvarda kəsici-deşici alətlərin satışının qarşısı alınıb

“Der Spiegel”: Nasist Almaniyasının Hərbi Hava Qüvvələri komandirinin evində insan sümükləri tapılıb

Linkoln tarix festivalı çərçivəsində nadir Roma dodekaedri sərgilənəcək

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb YENİLƏNİB

Devid Kameron NATO qoşunlarının Ukraynaya göndərilməsini təhlükəli eskalasiya adlandırıb

Braziliyanın cənubunda leysan yağışları nəticəsində ölənlərin sayı 39-a çatıb

Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar

“Baker Hughes”: Dünyada neft-qaz qazma qurğularının sayı azalıb

Nepal məhkəməsi Everest zirvəsinə qalxmaq üçün icazələrin sayını azaltmaq qərarına gəlib

Haitinin şimalında torpaq sürüşməsi 12 nəfərin həyatına son qoyub

İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib

Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb

Səmt müəyyənetmə üzrə dünya çempionatı 2029-cu ildə İsveçdə keçiriləcək

Macarıstanın xarici işlər naziri Makronun Ukraynaya qoşun göndərilməsi ilə bağlı bəyanatının əleyhinə çıxıb

ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşıdır

Babək rayonunda Şəhidlər bulaq abidə kompleksi tikilir

Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb

Azərbaycan Milli Xalça Muzeyində “Xalçalarda yaşayan tariximiz” adlı sərgi açılıb

Qaxda qanvermə aksiyası keçirilib

İmişlidə keçirilən regional müşavirədə yanğın təhlükəsizliyi müzakirə olunub

Volodimir Zelenski: Ukrayna Rusiya ilə müharibənin yeni mərhələsi ilə üz-üzədir

Heydər Əliyev Mərkəzində konsert - Puççiniyə ithaf

Azərbaycanın daha bir gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib

İtaliyanın xəbər agentliyi VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan yazıb

Mixail Brızqalov: Azərbaycan Musiqi Mədəniyyəti Muzeyi və Rusiyanın Musiqi Muzeyi birgə sərgilər təşkil edəcək

Basketbol Liqası: "Sərhədçi" seriyanı bərabərləşdirib

Qarabağ Dirçəliş Fondu və Bakı Marafon Klubu Bakı marafonunda birlikdə iştirak edəcəklər

Monteneqro və Azərbaycan Gimnastika federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb

ADPU-nun Quba filialında Azərbaycan–Özbəkistan Türk dünyası Tanıtım və Kültür Mərkəzi fəaliyyətə başlayıb

"Prezident Kuboku - 2024" beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib

İƏT-in Aİ-dəki keçmiş daimi müşahidəçisi Azərbaycanın dinlərarası dialoqun qurulmasında təşəbbüskarlığını yüksək qiymətləndirib

Şri-Lanka mədəni irsin qorunması üzrə təcrübəsini ölkəmizlə bölüşməyə hazırdır

YAP Həmkarlar İttifaqı Komitəsinin hesabat yığıncağı keçirilib

Andrey Kondraşov: Bir çox ölkələr və təşkilatlar MDB ölkələrinin yaxınlaşmasını istəmirlər VİDEO

Qafqaz Müsəlmanları İdarəsinin sədri ölkəmizdə səfərdə olan dini liderlərlə görüşüb

Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub VİDEO

Bioelektrik siqnal şəbəkəsinin formalaşmasının molekulyar-struktur əsasları - elmi seminar

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dual peşə təhsil proqramı çərçivəsində dəyirmi masa təşkil edilib

Ekspert: Yeni tariflər elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmada sui-istifadə hallarının qarşısının alınmasına öz töhfəsini verəcək

Azərbaycan dili üzrə sertifikasiya imtahanı ilə bağlı vebinar keçirilib

Məktəbin İnkişaf Planı çərçivəsində metodik görüşlər davam etdirilir

Kanadalı idmançı: Azərbaycanda gimnastikaya böyük maraq var

"Dalğa - 2024" birgə taktiki təliminin yekun nəticələri təhlil edilib

Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilib  YENİLƏNİB

® “Kapital Bank”ın sponsorluğu ilə ölkəmiz “Türk Dövlətləri İqtisadi Forumu 2024” layihəsinə ev sahibliyi edib

AzMİU tələbələrinin Şəkidə “ArchiVision WeekEND Camp”ı təşkil olunub

Bakı Kitab Mərkəzində “Əzim Əzimzadə” kitab-albomunun təqdimatı olub

Elm və Təhsil Nazirliyi ilə NAFSA arasında əməkdaşlıq imkanları müzakirə edilib

® “Bakcell” Fəvvarələr meydanında yeni innovativ mağazasını təqdim edib!

BDU-da QS beynəlxalq reytinq agentliyinin regional direktoru ilə görüş

Albaniyalı akademik Azərbaycandakı dinlərarası harmoniya barədə məlumatlandırılıb

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri üzrə qiymətlər müəyyənləşdirilib

ADNSU ilə Daşkənd Kimya Texnologiya Universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib

Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb

Azərbaycan-Rusiya əməkdaşlığının nəqliyyat sahəsindəki inkişaf perspektivləri müzakirə olunub

Uşaqlara görə erkən pensiya hüququ yaranan şəxslərə də elektron qaydada pensiya təyin olunacaq

Türkiyənin “Mədəniyyət yolu” festivalında Azərbaycanın iştirakı müzakirə edilib

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Bakı-Novorossiysk şimal ixrac neft boru kəmərində təlim keçirib

“Heydər Əliyev və milli mədəniyyət strategiyası” - tələbə-şagird konfransı

Amerika din xadimləri ilə görüşdə Azərbaycandakı tolerantlıq mühiti diqqət mərkəzində olub

Bakının bir neçə piyada keçidində lift və eskalatorlar təmir edilib

Xarıbülbül çiçəyi Amerika nəşrinin üz qabığında

Türkiyə-Azərbaycan Universiteti növbəti tədris ilində tələbə qəbuluna başlayacaq

Britaniya silah-sursat istehsalını artırmağı planlaşdırır

® “GSMA M360 Eurasia 2024” Bakıda beynəlxalq sənaye liderlərini bir araya gətirəcək

Premyer Liqa: “Qarabağ” – “Neftçi” oyununun hakimləri müəyyənləşib

“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına məhdudiyyətlər tətbiq edilməyən istehlakçıların siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1063-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Lənkəranda vətəndaşların müraciətlərini dinləyib

San-Tome və Prinsipi ada dövləti Portuqaliyanın müstəmləkəçilik təzminatının ödənilməsi haqqında plan hazırlayır

“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 avqust tarixli 359 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Malayziyalı parlamentarilər Füzuli və Şuşa şəhərlərində olublar

UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar tələbə konfransı keçirilib

Naxçıvan Dövlət Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 dekabr tarixli 447 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində illik iş planlarının və həmin planlara əsasən illik hesabatların tərtib edilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası ərazisində dövlət  mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyi: 49 müəssisədə nöqsanlar aşkarlanıb

“Gələcək üçün bacarıqlar” layihəsinin növbəti inkubasiya proqramı təqdim olunub

“Vagaclub”un üzvü: Laçında gələcəkdə dağ alpinizminin inkişafı üçün əlverişli şərait var

Azərbaycan Bəstəkarlar İttifaqının 90 illiyi bir sıra tədbirlərlə qeyd ediləcək

Rusiya və Tacikistan prezidentləri terrorizmə qarşı mübarizə məsələlərini müzakirə ediblər

Biləcəri qəsəbəsində qablaşdırılmış içməli su emalı müəssisəsində istehsal dayandırılıb

Leysan yağışları nəticəsində Braziliyanın cənubunda həlak olanlar var

Alister Çarlz: İnanıram ki, Bakı Forumunda aparılan müzakirələr dünyada sülhün təmin olunmasına töhfə verəcək

Filippin parlamentinin komitə sədri Milli Məclisdə olub

Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib VİDEO

Botanik alimlər Azərbaycanda yayılmış “Artemisia” cinsi növlərini tədqiq ediblər

AIPA-nın Baş katibinə Azərbaycanda qadın hüquqlarının tarixi barədə məlumat verilib

Azərbaycanın U-19 yığması İrlandiya, İslandiya və Moldova ilə eyni qrupa düşüb

Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb

Elm və Təhsil Nazirliyi “Times Higher Education” ilə əməkdaşlığa başlayır

Kanada millisində çalışan azərbaycanlı məşqçi: Gimnastlarımı öz Vətənimdə keçirilən yarışa hazırlamaq qürurvericidir

Hərbi bilik yarışının qalibləri mükafatlandırılıblar

Rişi Sunak: Yerli seçkilərin nəticələri məyusedicidir

AzMİU-nun əməkdaşları bölgələrdə yuxarı sinif şagirdləri ilə görüşüblər

Dini konfessiyaların nümayəndələri Suqovuşan və Talışdakı Alban məbədlərini ziyarət ediblər VİDEO

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikasının Qanunu