Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Bakıda “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans işə başlayıb

Bakı, 15 mart, AZƏRTAC

BMT Baş Assambleyasının 15 mart tarixini İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü elan etməsinin bir illiyi münasibətilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin və G20 Dinlərarası Dialoq Forumunun birgə təşkilatçılığı ilə Bakıda “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

AZƏRTAC xəbər verir ki, konfransın əsas məqsədi beynəlxalq və milli səviyyədə müsəlmanları və əhalisinin əksəriyyəti müsəlman olan ölkələri hədəf alan həyəcanverici tendensiyaları müzakirə etmək üçün akademik platforma yaratmaqdır. Tədbirdə islamofobiya ilə mübarizədə kəsişən yanaşma, Avropanın bəzi ölkələrində islamofobiyanın təzahürləri, dünya mediasında islamofobiya mövzularında müzakirələr aparılır.

Konfransın açılış mərasimində əvvəlcə BMT Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosun tədbir iştirakçılarına videomüraciəti nümayiş etdirilib.

Videomüraciətdə Migel Anxel Moratinos bildirib ki, BMT Baş Assambleyası 15 mart tarixini islamofobiya ilə Beynəlxalq Mübarizə Günü elan edib. İslamofobiyanın termin kimi istifadə olunduğunu söyləyən Migel Anxel Moratinos təəssüflə qeyd edib ki, bu irqçiliyin ifadəsidir: “Dünyada İslama sülh dini kimi baxılır. Təkallahlılıq dini kimi bu məfhumlar qorunmalıdır. İslamofobiyanın qərb dünyasında, dünyanın müxtəlif ölkələrində yayılması müsəlmanlara qarşı nifrət deyil, fobiyadır, qorxudur”.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov ötən il BMT Baş Assambleyasının 15 mart tarixini İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü elan etməsinə dair qətnamənin qəbulunun birinci ildönümündə tanınmış ekspertlərin iştirakı ilə belə genişmiqyaslı beynəlxalq konfransın Bakıda keçirilməsinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, konfransın keçirilməsini şərtləndirən əsas səbəblərdən biri islamofobiyanın artması və dünyada bu istiqamətdə vəziyyətin getdikcə pisləşməsidir: “Təbii ki, biz də hamı kimi vəziyyətdən çox narahatıq. İkincisi, Azərbaycan da İslam mədəniyyətinin və tarixinin bir parçasıdır. Dünyəvi və multikultural dövlət olmağımıza rəğmən, cəmiyyətimizin əksəriyyəti müsəlmandır. Ən vacib səbəblərdən biri isə Azərbaycanın və Bakının mədəniyyətlərarası və dinlərarası dialoqda oynadığı mühüm roldur”.

Son vaxtlar demokratik dəyərlərin daşıyıcısı adlandırılan bəzi Qərb cəmiyyətlərində islamofobiyanın sürətlə yayıldığını qeyd edən R.Həsənov bildirib: “İslamofobiya media tərəfindən təbliğ edilir və müxtəlif ekstremist qrupların şüarlarına daxil edilir. Məsələn, Fransada islamofobiya təkcə cinayətlərə nifrət və ayrı-seçkiliklə məhdudlaşmır, həm də yerli müsəlmanların gündəlik həyatına təsir göstərir. Fransada bir çox müsəlman məşğulluq və əməkhaqqı məsələsində ayrı-seçkilik və ədalətsiz rəftarla üzləşir ki, bunlar da getdikcə daha çox yayılır. Xüsusilə müsəlman qadınlar hicabları və dini baxışlarına görə təhsil və iş sahəsində çətinliklərlə üzləşirlər. Bəzən bir sıra ölkələrdə demokratiyanın gücləndirilməsi adı altında qəbul edilən yeni qanunlar dini etiqad azadlığını ciddi şəkildə pozur”.

İslamofobiyaya qarşı fəal mübarizənin aparılmasında təhsil, media təmsilçiliyi və inklüziv siyasi müzakirələrin önəmini qeyd edən Rəvan Həsənov bildirib ki, bu, hökumətlərdən, vətəndaş cəmiyyətindən və fərdlərdən hamı üçün tolerantlığın, hörmətin və anlaşmanın təşviqi istiqamətində işləməyi tələb edir. Bunun əksinə olaraq, İslam kimi sülhü təbliğ edən dini terrorla əlaqələndirmək və bu cür mənfi təbliğat yaymaq heç bir cəmiyyətə və dövlətə fayda verməyəcək. Əksinə, o cəmiyyətlərdə nifrət nitqini və ayrı-seçkiliyi artıracaq.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sabiq Baş katibi Ekmələddin İhsanoğlu konfransda çıxış edərək bildirib ki, İslam dini Qərb üçün yad deyil, Avropada müsəlmanların sayı milyonlarladır. Yerli müsəlmanlar əsrlər əvvəl Avropa ölkələrinə gəliblər. Müsəlmanlar Qərb cəmiyyətlərini dəyişdirməyi qarşılarına məqsəd qoymayıblar. “Elə etməliyik ki, hamı çoxmədəniyyətlilik məfhumunu qəbul etsin. Bu, çox vacibdir. Özümüzü həmişə tənqid etməyə çalışmalıyıq. Bizim ritorikamız dəqiq və düzgün olmalıdır. Münaqişələr göstərir ki, sülh çox asanlıqla dağıdıla bilər. Burada bizə qarşılıqlı etimad yaratmaq lazımdır. Müsəlmanlar da yeni sülh erası istəyirlər”, - deyə Ekmələddin İhsanoğlu vurğulayıb.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev qeyd edib ki, müsəlmanlara qarşı mədəni və siyasi baxımdan qərəzli münasibət var. Bu baxımdan Ermənistan-Azərbaycan münaqişəsini xüsusi vurğulayan Fərid Şəfiyev bildirib ki, bu münaqişənin heç bir dini tərəfi olmasa da, ermənilər özlərindən dini rəvayətlər uyduraraq ölkəmizə qarşı ərazi iddiası irəli sürüblər. Azərbaycan 30 il ərzində Ermənistanın işğalçı təcavüzünə məruz qalıb. Biz tarix boyu müsəlmanların təcrid olunmasını görürük.

“İslamofobiya anlayışının həm də dövlətlərin təhlükəsizliyinə, ərazi bütövlüyünə, iqtisadiyyatına və sosial həyatına ciddi təsiri var. Məhz bu səbəbdən İslamofobiya müxtəlif kontekstlərdə ciddi nəticələr doğurur”, - deyə Fərid Şəfiyev diqqətə çatdırıb.

G20 Dinlərarası Dialoq Forumunun prezidenti Kol Durham bu gün dünyada islamofobiyanın öz aktuallığını saxladığını söyləyib. İslamofobiyaya qarşı mübarizədə dialoq və müzakirələrin önəmini qeyd edən Kol Durham bu baxımdan rəhbərlik etdiyi Fondun fəaliyyətindən danışıb. Hazırda qarşıda duran çağırışlardan birinin dini liderlərin bu prosesə səfərbər edilməsi olduğunu söyləyən qonaq deyib: “Dini liderlər də çox vaxt təhdidlərlə üzləşirlər. G20 dinlər arasında sülhün bərqərar olmasına xüsusi diqqət ayırır. Biz qütbləşmiş dünyada yaşayırıq və bundan əziyyət çəkirik. Ona görə də qütbləşmənin azaldılması istiqamətində fəaliyyətimizi artırmalıyıq”.

Çıxışlardan sonra islamofobiyaya dair filmin təqdimatı olub.

x x x

Plenar sessiya: İslamofobiya və yeni perspektivlərlə
mübarizədə kəsişən yanaşmanın əhəmiyyəti

Konfrans çərçivəsində “İslamofobiya və yeni perspektivlərlə mübarizədə kəsişən yanaşmanın əhəmiyyəti” mövzusunda plenar sessiya keçirilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovun moderatorluğu ilə keçirilən sessiyada çıxış edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil daimi insan haqları komissiyasının üzvü Aydın Səfixanlı konfransın məhsuldar və effektiv müzakirələr üçün mühüm platforma olduğunu vurğulayaraq deyib: “Heç kimin dini azadlığını məhdudlaşdırmaq olmaz. Bu beynəlxalq hüquqa da ziddir. İslamofobiya dedikdə İslama qarşı müəyyən ölkələrdə bəzi alçaldıcı davranışlar, müsəlmanlara qarşı təhqiredici hərəkətlər nəzərdə tutulur. Fransa, İsveç kimi ölkələr buna nümunədir. Təəssüf ki, Fransada irqçilik institutlaşdırılır və bu proses getdikcə dərinləşməkdədir. Bəzi ölkələrdə təxribat xarakterli fotoşəkillər hazırlanır, müsəlmanlar alçaldılır, “Qurani-Kərim” yandırılır. Bütün bunlar qəbuledilməzdir. İnsanların həssas olduğu dəyərlərə, inanclarına toxunmaq yolverilməzdir”.

Son dövrlər islamofobiya hallarına daha çox rast gəlindiyini vurğulayan A.Səfixanlı xüsusilə Ermənistanın işğal dövründə Azərbaycanın tarixi-dini abidələrini məhv etməsinə diqqət çəkib. Bildirib ki, Ermənistan işğal dövründə İslam dininə aid mədəniyyət nümunələrini, məscidləri təhqir edib, dağıdıb. Ən dəhşətlisi odur ki, müsəlmanlar dini inanclarına və türk olduqlarına görə ermənilər tərəfindən soyqırımına məruz qalıblar. Dünyada mövcud olan ikili standartlar bu cür faciələrə yol açır. Ermənistan bu hərəkətləri Fransadan örnək götürüb. Fransa Əlcəzair xalqına və Afrikanın bir sıra ölkələrində müsəlmanlara qarşı qəddar soyqırımları həyata keçirib. Bu cür əməlləri həyata keçirən insanlar mütləq cəzalandırılmalıdır”.

Lids Universitetində Sosiologiya və sosial siyasət məktəbinin rəhbəri Salman Sayyid islamofobiyanın sürətlə yayılmasının ciddi və ağır nəticələr doğurduğunu qeyd edib, bu baxımdan belə müzakirələrin önəmini vurğulayıb. “İslamofobiya gündəlik hadisələrdən soyqırımına qədər dəyişə bilər. Hicabın insanların üzərindən qəsdən çıxarılması, “Qurani-Kərim”in yandırılması və digər əməllər yayılmaqda davam edir. Müsəlman qadınlara qarşı islamofobiya hallarına daha çox rast gəlinir. Yadda saxlamaq lazımdır ki, islamofobiyanın artmasına bəzən hökumətlər də səbəb olur. Fransa, Avstriya buna nümunədir. İslamofobiya qlobal məna alıb və müxtəlif vasitələrlə həyata keçirilir. İslamofobiya İslam dini ilə bağlı deyil, müsəlmanlara qarşıdır, onların alçaldılması, diskriminasiyaya məruz qalması məqsədi güdür. İslamofobiyaya qarşı mübarizə aparmaq üçün birləşməliyik. Bu, siyasi mübarizədir”.

Müsəlman İnstitutu Düşüncə Mərkəzinin sədri Sultan Əhməd Sahibzadə islamofobiyanın Cənubi Asiyanın bəzi ölkələrində də sürətlə artmaqda olduğunu vurğulayaraq deyib: “Müsəlmanlara qarşı qərəzli münasibət göstərilir. Milyonlarla müsəlman vətəndaşlığını buna görə itirib. Müsəlmanların bizneslərinin dağıdılması ilə bağlı məlumatlar var. Eyni zamanda, müsəlmanlara qarşı təcavüz halları da xeyli artıb. Ümumiyyətlə, dünyada İslam mədəniyyəti və müsəlmanlara qarşı müxtəlif siyasətlər həyata keçirilir”.

İslam Mədəniyyəti Misir İnstitutunun rektoru Mohamed Al Sahhat Al Cindi hazırda dünyanın müxtəlif ölkələrində xeyli çətinliklərlə üzləşən müsəlmanlara qarşı təhqiredici hərəkətlər edildiyini deyib. Bildirib ki, İslam dini dünya dinlərinə hörmət göstərir və qarşılığını tələb edir. İslamda qadınlara yüksək ehtiram göstərilir.

İslamofobiyanın düşmənçilik yaratmaq məqsədilə ortaya atıldığını və qızışdırıldığını qeyd edən rektor bildirib: “Bəzi ölkələrdə İslam haqqında insanlara yanlış məlumat verilir, müsəlmanların hüquqları tapdalanır, onlar öldürülür. Bütün bunlar qəbuledilməzdir. İnsanlar sülh içində yaşamalıdırlar. Kimsə müsəlmanı öldürərsə, İslamı təhqir edərsə, geyimlərə qarşı olarsa bu, onlarda fikir və ifadə azadlığı sayılır. Bu, xüsusən Qərb ölkələrində baş verir. Müsəlmanlar dünya əhalisinin mühüm hissəsini təşkil edirlər. Biz istəyirik ki, hər birimiz dinc şəraitdə yaşayaq. Müsəlman olaraq dini inancımızla qürur duyuruq və bu, bizim hüququmuzdur”.

Veyn Dövlət Universitetinin Yaxın Şərq, Asiya və qlobal tədqiqatların tədrisi üzrə dosenti Saed Ahmed Xan çıxışında müsəlmanların bir çox ölkələrdə qorxu altında yaşadıqlarını qeyd edib: “Müsəlmanlara qarşı ayrı-seçkilik hallarına şərait yaradan qanunların qəbul olunması, onların alçaldılması cəhdləri qeyri-insani addımlardır. Biz bəzi dövlətlərin bunu qəsdən daha da qızışdırdığını görürük. Dövlətin roluna gəldikdə, bu barədə onlar düşmənçilik siyasətini pərdələnmiş şəkildə həyata keçirirlər. Təəssüf ki, müsəlman təşkilatlarının fəaliyyəti media tərəfindən daha az işıqlandırılır. Müsəlmanlar islamofobiyaya qarşı birgə mübarizə aparmalıdırlar”.

Bosniya və Herseqovinanın Elm və İncəsənət Akademiyasının prezidenti Ferid Muhik dünyanın bir çox ölkələrində müsəlmanlara qarşı açıq şəkildə zorakılığın həyata keçirildiyini qeyd edib: “İslamla bağlı bir çox ölkələr tərəfindən saxtalaşdırma cəhdləri edilir. İslamofobiya müsəlmanlara qarşı ayrı-seçkiliklə nəticələnir və bütün bunlar hazırda dövlətlər tərəfindən sui-istifadə olunmaqdadır. Ancaq unutmaq lazım deyil ki, Avropa bəzi dəyərləri İslam dinindən götürüb”.

x x x

Birinci aralıq sessiyası: İslamofobiya:
Avropa və milli qanunvericilik

Forum çərçivəsində keçirilən “İslamofobiya: Avropa və milli qanunvericilik” mövzusunda birinci aralıq sessiyasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Esmira Cəfərova moderatorluq edib.

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun prezidenti Taha Ayhan iclasda çıxış edərək bildirib ki, islamofobiya xüsusilə Avropada geniş vüsət alıb və müsəlmanlar bununla bağlı ciddi travmalara məruz qalırlar. Avropanın bəzi ölkələrində “Qurani-Kərim”in yandırılmasının beynəlxalq ictimaiyyət tərəfindən qınandığını qeyd edən T.Ayhan deyib: “Bizim qurumun əsas məqsədi sülhə dəstək göstərməkdir. İslamofobiyanın köklü şəkildə aradan qaldırılmasını arzu edirik. İslamofobiya ilə mübarizə üçün hökumətlər bəzi qərarlar qəbul etməlidirlər. Cəmiyyətlər daxilində müzakirələr təşkil olunmalıdır. İslamofobiya insanlığa qarşı ciddi problemdir. Beynəlxalq təşkilatlar tolerantlığı təşviq etməlidir”.

İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı səfiri və daimi müşahidəçisi İsmet Cahan Avropada yayılan islamofobiya hallarının qarşısının alınması üçün ciddi həll yollarının tapılmasının vacibliyini bildirib: “İslamofobiyaya qarşı ən yüksək səviyyədə tədbirlər görülməlidir. Biz bununla bağlı müəyyən işlər görməliyik. Xüsusilə qadınlar İslam dininin buyurduğu geyimlərdə olduqda onlara qarşı alçaldıcı və zorakı hərəkətlərə daha çox rast gəlinir. Hətta onların guya “azad edilməsi” ilə bağlı çağırışlar da eşidilir. Avropalıların İslamla bağlı bilikləri artırılmalıdır. Bakıdakı konfrans yaxşı fürsətdir”.

Avropa-Türk-İslam İttifaqının Prezidenti, Asiya Strateji Araşdırmalar Mərkəzinin baş direktoru Musa Sərdar Çələbi İslam dininin Avropaya yayılmasından, həmçinin müsəlmanların müxtəlif sahələrdə fəaliyyətindən söhbət açıb: “Avropanın bir çox ölkələrində İslam dininə qarşı nifrət artmaqda davam edir. Müsəlmanların ölkələrindən getməyini istəyirlər və bu dinlərarası problemlər yaradır. Avropaya sırf işləmək üçün gedən bəzi türklərə qarşı terror hadisələri həyata keçirildi. İslamofobiyanın olduğu ölkələrə ciddi çağırışlar, müraciətlər edilmədikcə bu hallar davam edəcək. Bununla bağlı ciddi qərarlar qəbul olunmalıdır”.

Türk Alman Universitetinin Beynəlxalq əlaqələr və siyasi elm departamentinin rəhbəri Enes Bayraklı hazırda dünyada islamofobiyanı qlobal trendə çevrilməkdə olduğunu qeyd edib: “Bu trend hazırda təhlükəli vəziyyət almaqdadır. Bəzi qərb ölkələrində islamofobiya ilə bağlı hadisələrə göz yumulur və bununla bağlı məlumatlar qeydə alınmır. Bu konfrans İslam dinini hədəfə alan belə əməllərin qarşısının alınması ilə bağlı qərarların qəbulu baxımından çox faydalıdır. Avropada müsəlmanlara qarşı yaranmış ayrı-seçkilik milyonlarla insanın həyatına ciddi təsir göstərir. Bu istiqamətdə geniş maarifləndirmə tədbirləri həyata keçirilməlidir”.

AMEA-nın Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir tarixi şöbəsinin aparıcı elmi işçisi Leyla Məlikova çıxışında hazırda dünyada plüralizm probleminin yaşandığını qeyd edərək deyib: “Hazırda Fransa kimi ölkələrdə islamofobiya geniş yayılır. Bir çox ölkələrdə antimüsəlman tendensiyası bir neçə il öncə də özünü şiddətli şəkildə büruzə vermişdi. Fransız cəmiyyətində müsəlmanlar barbar olaraq təsvir edilir və nəticədə onlar zorakılığa məruz qalırlar. İslamofobiya ilə bağlı araşdırmalar nəticəsində məlum olur ki, bu proses Fransada hələ orta əsrlərdən başlayıb. Onlar İslamı müasirliyə qarşı maneə hesab edirlər. Bəzi ölkələrdə bununla bağlı konkret hadisələr yaşanıb. Fransızlar demək olar ki Əlcəzair əhalisinin üçdəbirini qətlə yetiriblər və bunu xüsusi amansızlıqla törədiblər. Onlar digər müstəmləkələrdə də qəddar siyasət həyata keçiriblər. Fransa Nigeriyada da vəhşiliklər həyata keçirib”.

Sosial Dayanıqlılıq İnstitutunun nümayəndəsi İbrahim Yerden çıxışında Qərbi Avropada siyasətin və dövlətin islamofobiyaya təsirindən danışıb. Qeyd edib ki, islamofobiya irqçiliyin geniş yayılmış növlərindən biridir. Qərbdə baş verən hadisələri birbaşa İslam dininə aid etmək absurddur. Bu mənada Bakıda keçirilən bu konfrans İslam aləmi üçün xüsusi əhəmiyyət daşıyır.

x x x

Bakı konfransının növbəti iclasında Qərbdə müsəlmanlar haqqında
konspiroloji nəzəriyyələrə dair müzakirələr aparılıb

Beynəlxalq konfransın növbəti aralıq sessiyası “Qərb mədəniyyətlərində müsəlmanlar haqqında konspiroloji nəzəriyyələr: Böyük yerdəyişmə nəzəriyyəsi” mövzusuna həsr olunub.

“Haider Global” şirkətinin baş icraçı direktoru Saccad Kərimin moderatorluğu ilə aparılan müzakirələrdə çıxış edən Sivilizasiyaların Mübadilə və Əməkdaşlığı Fondunun təsisçisi və prezidenti Mohamed Başar Arafat hazırda dünyanın müxtəlif bölgələrində ciddi münaqişələrin yaşandığını qeyd edib. O, münaqişələrin qarşısının alınması üçün ciddi səy göstərilməsinin və mühüm qərarların qəbul edilməsinin önəmini vurğulayaraq bildirib: “Müsəlmanlar islamofobiyaya qarşı uğurla mübarizə aparmaq üçün ilk növbədə, gənclərin İslamı yaxşı tanımalarına fürsətlər və şərait yaradılmalıdır. Bu məqsədlə aparıcı beyin mərkəzləri ilə səmərəli əməkdaşlıq həyata keçirilməlidir”.

Notr-Dam Universitetinin İslam düşüncəsi və müsəlman cəmiyyətləri departamentinin əməkdaşı, professor İbrahim Musa fikirlərini tədbir iştirakçıları ilə bölüşüb. Qeyd edib ki, müsəlmanlar əvvəlcə öz aralarında müəyyən məsələlərdə razılığa gəlməlidirlər. Əks halda islamofobiya hallarının güclənməsinin qarşısını almaq mümkün olmayacaq. İslam dininin tarixindən danışan İ.Musa çıxışında digər dinlər ilə İslam arasında bənzərlik və fərqliliklərdən bəhs edib.

Corctaun Universitetinin Müsəlman-xristian anlaşması üzrə Alvaled Mərkəzinin “Körpü təşəbbüsü”nün baş tədqiqatçısı Arsalan İftixar bildirib ki, dünyanın bir çox yerində müsəlmanlara “ikinci dərəcəli” insanlar kimi davranılır. Bəzi ölkələrdə müsəlmanlarla bərabər yəhudilərə qarşı da ayrı-seçkilik nümayiş olunur. Məscidlərə, sinaqoqlara hücumlar törədilib. Avropalılar və digər Qərb ölkələri fikirləşirlər ki, İslam dininin nümayəndələri onların ölkələrinə köçərək gələcəkdə oranı müsəlman etmək niyyətindədir. Müsəlmanlar öz dinini qorumalı, digər dinlərin nümayəndələrinə, gənclərə və gələcək nəsillərə düzgün şəkildə çatdırmalıdırlar.

“Monitor İslamofobiya” layihəsində müstəqil tədqiqatçı İneke van der Valk qeyd edib ki, son illər irqçiliyin bir forması kimi müsəlmanlara qarşı da təhqiredici hərəkətlərə yol verilməsi sürətlə yayılmaqdadır. Bir çox ölkədə İslam dininə etiqad edən şəxslərə müəyyən maneələr yaradılır, onların cəmiyyətdən təcrid olunmasına cəhdlər göstərilir. İslamofobiya radikal ideologiyalardan irəli gəlir. Qərbi Avropada artıq 20 ilə yaxındır ki, İslama qarşı müəyyən kampaniyalar təşkil olunur.

Yaxın Şərq Araşdırmalar Mərkəzinin rəhbəri Ahmet Uysal qeyd edib ki, əksər dövlətlər müsəlman ölkələrinin inkişafını və müsəlmanların güclü olmasını istəmirlər. İslam dininin nümayəndələri kifayət qədər elmli olmalı və müasir dünyanın tələblərinə cavab verməlidirlər: “Birinci Dünya müharibəsi zamanı Qərbdə belə bir fikir formalaşmışdı ki, guya müsəlmanlar onlara qarşı soyqırımı həyata keçirmək, onları öldürmək istəyirlər. Lakin real həyatda biz hər zaman müsəlmanların zülmə məruz qalmalarının şahidi olmuşuq. Türkiyə bəzi ölkələrdə müsəlmanların mərkəzi elan olunmaqdadır. Türkiyə hazırda islamofobiyaya qarşı ciddi mübarizə aparır və dünyada İslama qarşı edilən alçaldıcı hərəkətlərə tez və sərt reaksiya verir. İslamofobiyanın qarşısının alınması üçün gənclər ətraflı maarifləndirilməli, dinə bağlılıq və sevgi hissi aşılanmalıdır”.

x x x

Üçüncü aralıq sessiyası: Fransada islamofobiya

Beynəlxalq konfransın növbəti aralıq sessiyası “Fransada islamofobiya” mövzusuna həsr olunub.

Siyasi analitik, tədqiqatçı Anastasiya Lavrinanın moderatorluğu ilə aparılan müzakirələrdə çıxış edən Belçikanın Avropa İnkişaf və Tədqiqatlar Akademiyasının direktoru Brahim Laituss müsəlmanlara qarşı ayrı-seçkiliyin avropalılara da təsir etdiyini deyib. Bildirib ki, bu, Avropa üçün təhlükəsizlik baxımından çox vacib məsələdir. O, eyni zamanda qeyd edib ki, islamofobiyanın geniş vüsət almasında İslam dini ilə bağlı etibarlı məlumatların çatışmazlığının da böyük rolu vardır. Alimlər elmi tədqiqatlar zamanı İslam dini ilə bağlı axtarış apararkən müxtəlif saytlarda çoxsaylı fərqli məlumatlar ortaya çıxır. Bu da həqiqət axtarışında çətinliklər yaradır.

Politoloq və ərəbşünas, Elmi Araşdırmalar üzrə Fransa Milli Mərkəzində fəxri baş elmi işçi Fransua Burqat bildirib ki, Fransa artıq xristian cəmiyyəti deyil, xristianlıqdan azad edilən cəmiyyətdir. Fransada siz öz inancınıza məxsus hansısa atributla gəzsəniz, bu, qeyri-qanuni hesab olunacaq. Onun sözlərinə görə, Fransada olan islamofobiyanın digər bir səbəbi “Fransa üslublu dünyəvilik”dir.

“Fransa cəmiyyəti dövlət islamofobiyasına doğru gedir. On il əvvəl müsəlmanlarla bağlı kiçik bir mübahisə olardısa, o kriminallaşdırılardı. Artıq Fransa hökuməti hərəkətləri yox, düşüncələri kriminallaşdırır. Müsəlman vətəndaşların fikirləri kriminallaşdırılır”, - deyə politoloq əlavə edib.

Tarixçi, “İslamofobiya lüğəti” kitabının müəllifi Kamil Meziti qeyd edib ki, Fransa son 10 il ərzində klassik irqçilikdən qanuni irqçiliyə gəlib çıxıb. Bu ölkədə Fransa Respublikası dəyərlərinə xas olmayan proseslər baş verməyə başlayıb.

Fransada müsəlmanlar üçün mühitin yaxşı olmadığını bildirən Kamil Meziti deyib: "Onlar deyir ki, müsəlmanlar Fransa cəmiyyətini zəbt edib. Müsəlmanları, eyni zamanda, potensial terrorçu kimi görür, terrorçularla eyniləşdirirlər. Terror aktları baş verdikdə müsəlmanlara işarə edilməməlidir. Nəyə görə birinci müsəlmanlar haqqında düşünülür? Biz birlikdə yaşayırıq. Hamımız birlikdə islamofobiyaya qarşı mübarizə aparmalıyıq”.

Rutgers Universitetinin Hüquq Məktəbinin hüquq və sosial ədalət üzrə tədqiqatçısı Saha Aziz diqqətə çatdırıb ki, Fransada məktəblərdə hicaba qarşı qadağa patriarxat bir qərardır. Bu qərar yalnız həmin şəxsin seçimindən asılı olmalıdır. Bu, qadınlara qarşı çox aqressiv yanaşmadır. O deyib ki, ABŞ-da belə bir fikir var ki, müsəlman azlıqlar şəriət cəmiyyəti qurmaq istəyirlər. Amma müsəlman əhalisi çoxluq təşkil edən ölkələrdə belə şəriət cəmiyyəti yoxdur.

AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşı Rauf Məmmədov deyib ki, bu gün dünyada İslama qarşı təzyiqlər digər dinlərlə müqayisədə daha çoxdur. Fransa müsəlman əhalisi ən çox olan Avropa ölkəsidir. Belə ki, bu ölkənin əhalisinin 9 faizi müsəlmanlardır. O bildirib ki, 2020-ci ildən Fransada 89 məscid, 650-yə yaxın ibadət yeri bağlanıb, iki imam deportasiya edilib. "Fransa hakimiyyəti 1989-cu ildən başlayaraq, müsəlman əhalisi çox olan şəhərlərdə özlərinin icmalarını yaratmağa başladılar. Bu, məhdudlaşdırma siyasətinin bir parçası idi. Fransa Prezidenti Emmanuel Makronun hakimiyyəti dövründə bu ölkədə islamofobiya daha da artıb. Müsəlmanlar polislər tərəfindən təqib edilir. Fransada bəzi elə qanunlar qəbul edilib ki, bütün insanların inancını tanıyır, amma müsəlmanlarınkını yox”,- deyə R. Məmmədov bildirib.

x x x

Bakı konfransında “Korsika məsələsi və təməl insan hüquqlarının
pozulması” mövzusunda ictimai müzakirə keçirilib

“İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans çərçivəsində “Korsika məsələsi və təməl insan hüquqlarının pozulması” mövzusunda QHT-lərin təşəbbüsü ilə ictimai müzakirə keçirilib.

“Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi” İctimai Birliyinin sədri Səadət Bənənyarlının moderatorluğu ilə keçirilən müzakirələrdə çıxış edən Milli Məclisin deputatı Asim Mollazadə son vaxtlar Fransada baş verənlərin təhlükəli vəziyyət yaratdığını deyib. Bildirib ki, bu, Avropa dəyərlərinin və prinsiplərinin kobud şəkildə pozulmasıdır. Belə ki, əhalisi 150 min nəfər olan əhali xalq adlanmaq hüququnu itirib.

Deputat qeyd edib ki, korsikalıların öz dillərində danışmaq hüququ var. Korsikalılar öz hüquqlarını qorumağa çalışacaqlar. Mümkün deyil ki, Avropanın mərkəzində belə bir vəziyyət olsun. “Fransa hökuməti bu məsələ olduğu halda, hansısa qondarma “artsax” məsələsi ilə məşğul olmaq istəyir. İnanıram ki, Fransa xalqı bu təhlükəli vəziyyətdən çıxış yolu tapacaq. Bu, Fransa Respublikasının azadlıq və qardaşlıq prinsiplərinin pozulmasıdır”, - deyə A.Mollazadə diqqətə çatdırıb.

İctimai müzakirədə çıxış edən “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin rəhbəri Ayaz Mirzəyev deyib ki, Korsika dilinin qadağan edilməsi Fransanın təcavüzünün daha bir bariz göstəricisidir. Bu qərar təkcə korsikalılarda deyil, beynəlxalq hüquqa hörmət edən Avropa ictimaiyyəti arasında da haqlı etirazlara səbəb olub. Fransanın Şimali Afrika və ərəb ölkələrində tarixən törətdiyi cinayətləri yadına salmaq lazımdır. Fransa tarixi müstəmləkəçilik iddialarından ayrılmaq istəmir. Bu ölkə beynəlxalq hüquq normalarına əməl etməli, mənəvi dəyərlərə hörmətlə yanaşmalıdır.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı Korsika dilinin qadağan edilməsini bəşəriyyət üçün rüsvayçı hadisə kimi qiymətləndirib. Diqqətə çatdırıb ki, Fransa dünyada ən çox müstəmləkəçilik siyasəti yürüdən ölkədir. Dünyada buna son qoyulsa da, Fransa yeni müstəmləkəçilik siyasətini davam etdirir.

“Təəssüf ki, Fransa bu gün, sözün həqiqi mənasında, dini müstəmləkə siyasətinin mərkəzi kimi çıxış edir. Fransanın milli azlıqlara qarşı əsas prinsipləri pozması, bu yöndə cinayətlərin törədilməsi geniş vüsət alıb. Hesab edirəm ki, Korsika məsələsi məhz bu yöndə həyəcan təbilidir. Bütün bunların fonunda Fransa Prezidenti Emmanuel Makron Azərbaycanın suveren ərazisində qondarma bir “dövlət”in qondarma “haqlarını” müdafiə edir. Fransa ölkələrin daxili işlərinə qarışır. Fransa bu gün Qarabağda yaşayan ermənilərin də separatizmə meyl etməsi üçün dəstək verir”, - Milli Məclisin deputatı bildirib.

Qoşulmama Hərəkatı Gənclər Təşkilatının sədri Orduxan Qəhrəmanzadə diqqətə çatdırıb ki, Fransa Korsikaya qarşı linqvistik ayrı-seçkilik siyasəti yürüdür. Tarixən Fransa korsikalıları fransız dilində danışmağa məcbur edib və onların dialektlərinin rəsmi istifadəsini qadağan edib. Korsikada yerli dildən istifadə hüququnu ləğv etməklə Fransa tərəfdar çıxdığı beynəlxalq sənədlərin tələblərini pozub. Bu sənədlər arasında 1789-cu il böyük fransız inqilabının ən mühüm sənədi olan və fərdi insan hüquqlarını müəyyən edən İnsan və Vətəndaş Hüquqları Bəyannaməsi var. Bastia Məhkəməsinin son qərarı, eləcə də Fransanın korsikalılara qarşı ayrı-seçkilik siyasəti ilk növbədə Bəyannamənin 11-ci maddəsinin pozulmasıdır.

O.Qəhrəmanzadə deyib ki, Fransa hökumətinin həyata keçirdiyi müstəmləkəçilik və assimilyasiya siyasəti beynəlxalq hüquqa hörmət edən ictimaiyyət tərəfindən daha sərt şəkildə qınanmalıdır.

Milli Məclisin deputatı Kamal Cəfərov Fransanın Korsikaya qarşı qeyri-insanı siyasət yürütdüyünü söyləyib. Qeyd edib ki, korsikalılar öz dilində danışmaq istəyir, lakin fransızlar tərəfindən buna icazə verilmir. Fransa korsikalıların bu davranışını özlərinə zidd hesab edirlər. Korsika dili 150 min insan tərəfindən danışılır. İngilis dilində təhsil almağa icazə verilir, lakin Korsika dilinə icazə yoxdur.

Çıxışlardan sonra sessiyalarda müzakirələr aparılıb, suallar cavablandırılıb.

x x x

Beynəlxalq ictimaiyyət müsəlman və qeyri-müsəlman ölkələrindən olan qaçqınlara münasibətdə kəskin fərqlərin olduğunu müşahidə edir və qarışıq dini əhaliyə malik münaqişə və postmünaqişə zonalarında bu cür tendensiyaların olması barədə məlumatlar gəlir. Ən dərin narahatlıq isə son vaxtlar kəskin sıçrayışla ən yüksək həddə çatmış islamofobiya təzahürlərinin davamlı artımı ilə bağlıdır. Xüsusilə Avropanın bəzi ölkələrində müsəlmanların yadelli kimi təqdim olunmasından yaranan bu cür stereotiplər Avropa mədəniyyət və dəyərlərinə zidd olaraq bu damğalamanın (stiqmatizasiya) kəskinləşməsinə və izolyasiya siyasətinə gətirib çıxarır.

Son illər beynəlxalq təşkilatların çağırışlarına və islamofobiya ilə mübarizəyə dair bir sıra qətnamələrin qəbuluna baxmayaraq, antiislam məzmunlu qanunların irəli sürülməsi və ya qəbuluna, həmçinin milli maraq və dəyərlərə əsaslanan demokratik dəyərləri qorumaq və gücləndirmək adı altında etiqad azadlığının açıq şəkildə pozulmasına dair ziddiyyətli proseslər baş verir və bu qanunlar islamofobiya və digər növ irqçilik və ayrı-seçkiliyin artması üçün baza formalaşdırır. Bununla yanaşı, nifrət nitqi mediada daha geniş yayılmağa və təhlükəli şəkil almağa başlayıb və İslam dininin terrorizmlə eyniləşdirilməsi və ya cəmiyyətə müqayisəli şəkildə təqdim edilməsi inklüziv cəmiyyətlərin bünövrəsinin sarsılmasına gətirib çıxarır.

Nəticədə müxtəlif ölkələrin islamofobiya ilə mübarizəyə dair qəti fəaliyyət planının olmaması mütəmadi və davamlı əsasda beynəlxalq konfransın bazasının yaradılmasını və alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının bu işə cəlb olunmasını labüd edir. Bakının ev sahibliyi etdiyi “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans məhz bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prokurorluq Zaqatalada zəhərlənmə faktı ilə bağlı araşdırma aparır

Komitə sədri BMT-nin Qadınlar təşkilatının regional direktoru ilə görüşüb

Macarıstan XİN rəhbəri ölkəsinin Mərkəzi Asiya ilə əməkdaşlığa görə tənqidlərlə üzləşdiyini deyib

Mahnı Teatrında Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert keçirilib

“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib

Azərbaycan Basketbol Liqası: Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNƏCƏK

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO