Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Bakıda keçiriləcək 13-cü Beynəlxalq Təhsil Sərgisində 22 ölkə təmsil olunacaq

Bakı, 9 oktyabr, AZƏRTAC

Oktyabrın 10-dan 12-dək Bakı Ekspo Mərkəzində keçiriləcək 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisinə 22 ölkədən 150-dək iştirakçı qatılacaq. Sərgi ölkədə və regionda təhsil sahəsinə həsr olunan, aparıcı yerli və xarici ali təhsil müəssisələrini, təhsil mərkəzlərini, dil kurslarını, eləcə də xaricdə təhsil üzrə məsləhətçi şirkətlərini bir araya gətirən irimiqyaslı beynəlxalq tədbirdir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər oktyabrın 9-da sərgi ilə əlaqədar keçirilən mətbuat konfransında səsləndirilib.

Mətbuat konfransında Təhsil nazirinin müşaviri Elnur Məmmədov məlumat verib ki, ötən illə müqayisədə bu il sərgi iştirakçılarının 45 faizi tədbirə ilk dəfə qatılır. Sərginin rəsmi tərəfdaşı olan Azərbaycan Respublikasının Təhsil Nazirliyi hər il olduğu kimi bu il də sərgidə həm təhsilin məzmunu, həm də müasir təhsil texnologiyalarını əhatə edən stendlərlə geniş pavilyonda təmsil olunacaq. Sərgidə “Rəqəmsal bacarıqlar” layihəsi, “Univerium” yataqxanası, “Escape room”, “Məktəbdənkənar fəaliyyət”, “Təhsil Texnologiyaları Mərkəzi”, “Gənc Müəllimlər Assosiasiyası”, “Bir tələbə-könüllü proqramı”, “SABAH” qrupları ilə bağlı stendlər, eləcə də təhsil sisteminin bütün səviyyələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və vahid təhsil informasiya mühitinin yaradılması məqsədini güdən “Təhsil Sisteminin İnformasiyalaşdırma İdarəsi”, habelə təhsil prosesinin bütün iştirakçılarını bir arada toplayan Təhsil Nazirliyinin “Təhsil TV” onlayn telekanalı kimi layihələri nümayiş olunacaq. Sərgidə, həmçinin Peşə Təhsili üzrə Dövlət Agentliyi iştirak edəcək.

Elnur Məmmədov diqqətə çatdırıb ki, “Eduexpo 2019” sərgisində Azərbaycanın 44 təhsil müəssisəsi təmsil olunur. Onların arasında ADA Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Universiteti və digər ali təhsil ocaqları, eləcə də Sumqayıt, Gəncə və Lənkəran regional dövlət universitetləri yer alacaq. Azərbaycan İlahiyyat İnstitutu builki sərgidə debüt edəcək. Tədbirin daha bir debütantı “Buta” uşaq bağçasıdır. Həmçinin sərgidə “Uşaq zonası” üzrə sərginin tərəfdaşı - “Bağçam” Uşaq Bağçaları Şəbəkəsi də iştirak edəcək.

“Caspian Event Organisers” şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadə vurğulayıb ki, builki sərginin fərqləndirici xüsusiyyəti texnoloji istiqamətli olmasıdır. Sərgidə “Rusiyada təhsil” layihəsi çərçivəsində təhsil sahəsində “VR” texnologiyaları təqdim ediləcək və “Laboratoriya işinin virtual reallıq formatında nümayişi (VR)” adlı təqdimatda məhsullar əyani şəkildə nümayiş olunacaq. Sərgidə debüt edən “leXsolar GmbH” şirkəti bərpa olunan enerji mənbələri ilə işləyən trenajor sistemlərini nümayiş etdirəcək. “Sevindirici haldır ki, sərgidə yerli layihəçilər tərəfindən də təhsil sahəsində bir sıra yeni texnologiyalar təqdim olunacaq”, - deyə Bəhruz Hidayətzadə qeyd edib.

B.Hidayətzadə bildirib ki, bu il sərgidə Almaniya, Belarus, Çex Respublikası, İran, Qazaxıstan, Özbəkistan, Polşa, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələr xaricdə təhsil üzrə imkan və şərtlərini təqdim edəcəklər. Eyni zamanda, Avropa İttifaqının birləşmiş stendi debüt edəcək. Bu stenddə Avstriya, Çex Respublikası, Fransa, İsveç, Latviya, Litva, Macarıstan, Niderland, Polşa, Rumıniya kimi ölkələrin səfirlik və universitetləri təmsil olunacaq. Sərgi çərçivəsində stenddə “Gənc Avropa səfirləri” şəbəkəsi və Şərq Tərəfdaşlığında Avropa Məktəbi nümayiş olunacaq. Stenddə xaricdə pulsuz təhsil və beynəlxalq təhsil mübadiləsi proqramları, o cümlədən “Erasmus+” proqramı təqdim ediləcək.

Türkiyə builki sərgi çərçivəsində milli stend ilə çıxış edir. Rusiyanın regional qrupları Moskva və Novosibirsk şəhərlərinin təhsil müəssisələri ilə təmsil olunur. Lodzi İqtisadi-Humanitar Akademiyası, Moskva Fasiləsiz Təhsil İnstitutu (FTİ), Lüblin Mariya Küri-Sklodovskaya Universiteti, Daşkənddə yerləşən Sinqapur Menecmentin İnkişafı İnstitutu, Novosibirsk diyarının universitetləri, eləcə də Azərbaycanın bir sıra təhsil müəssisə və strukturu sərgidə debüt edir.

Oktyabrın 10-da sərgidə “Universitetlərə səyahət” adlı layihə keçiriləcək və bu layihə əsnasında “Eduexpo” sərgisinin iştirakçıları, hər biri 15 dəqiqə olmaqla, öz təqdimatları çərçivəsində sərginin qonaqlarını təmsil etdikləri təhsil müəssisələrinin imkanları ilə tanış edərək xidmətlər barədə ətraflı məlumat verəcək və valideynləri maraqlandıran sualları cavablandıracaqlar.

Sərginin ikinci günü yerli və xarici ali təhsil müəssisələrinin, habelə Azərbaycanın aparıcı şirkət nümayəndələrinin iştirakı ilə “B2B” formatlı görüşlər keçiriləcək.

Bəhruz Hidayətzadə məlumat verib ki, oktyabrın 12-də sərgi çərçivəsində ilk dəfə olaraq Rusiya Yazıçılar İttifaqının üzvü, “Smeşariki” layihəsinin həmmüəllifi və “Fiksiki” layihəsinin bir neçə seriyasının ssenari müəllifi, tanınmış uşaq yazıçısı İ.M.Şevçuk ilə görüş keçiriləcək.

Həmin gün “Landau School” və “Leznik&Co” şirkətlərinin həmtəsisçisi Emil Leznik, “Dərs Evi” təhsil mərkəzinin ictimaiyyət və dövlət qurumları ilə əlaqələr üzrə meneceri Elvira Bağırova, “You will speak” təhsil mərkəzinin direktoru Günay Rəsulova, “CELT Colleges” dil kurslarının direktoru Baba Kərimli və “Motivated Outstanding Mothers” təşkilatının təsisçisi Aysel Hüseynovanın iştirakı ilə “EduTalks” - "Müasir təhsil sistemindəki nailiyyətlər və əsas məqsədlər" adlı müzakirə paneli keçiriləcək. Ekspertlər bu panel çərçivəsində sərgi auditoriyası ilə “canlı” dialoq formatında müasir təhsil xüsusunda öz fikirlərini bölüşəcəklər.

Həmçinin sərginin keçiriləcəyi günlər ərzində Bakı Ekspo Mərkəzinin 19 nömrəli otağında Rusiya ali təhsil müəssisələrinin təqdimatı olacaq.

Sərginin sonuncu iş günündə məktəblilər üçün “Fibonaççi”, “Babil qüllələri” və “Octopus” kimi bir sıra intellektual oyunlar keçiriləcək.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) mikro, kiçik və orta sahibkarlara dəstək məqsədilə sərgidə öz stendi ilə iştirak edəcək. KOBİA-nın stendində təhsil sektorunda fəaliyyət göstərən KOB-lar öz xidmətlərini təqdim edir. KOBİA startapların, mikro, kiçik və orta sahibkarların müxtəlif sərgilərdə iştirakına, məhsul və xidmətlərini təqdim etməsinə mütəmadi olaraq dəstək göstərir.

Bir sıra yerli və xarici şirkətlərin korporativ sosial məsuliyyət siyasəti çərçivəsində həyata keçirilən ali təhsil və sosial inteqrasiya vasitəsilə Azərbaycan gəncliyinin dayanıqlı inkişafına yönəlmiş “Gələcəyini qur!” Gəncliyə Dəstək layihəsi də sərgidə iştirak edir.

Sərgi əlavə tədbirlər proqramı ilə müşahidə olunacaq. Əlavə tədbirlər “Təqdimat zona”sında keçiriləcək. Təqdimat zonasının sponsoru qismində BP şirkəti çıxış edir.

“Kapital Bank”ın marketinq departamentinin direktoru Günel Fərzəliyeva diqqətə çatdırıb ki, bank beynəlxalq və Respublika fənn olimpiadalarına, “Azərbaycan üçün öyrət”, “Təhsil avtobusu”, “SABAH” qrupları tədbirlərinə, ADA Universitetinə, Azərbaycan Dövlət İqtisad Universitetinə və digər təhsil müəssisələrinə müxtəlif layihələr üzrə dəstək göstərir.

Qeyd olunub ki, sərginin baş sponsoru “Kapital Bank”dır. Sərgi Təhsil Nazirliyi, Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. “Caspian Event Organisers” şirkəti sərginin təşkilatçısıdır.

2019-cu ildə sərgilərin tərəfdaşları arasında “Qafqaz Hotels and Resorts”, “Intourist Hotel” və “Boulevard Hotel” mehmanxanaları, eləcə də “Greenwich Travel Club” turoperatoru yer alır.

“Təhsil” sərgisinə giriş IX-XI sinif şagirdləri, abituriyentlər, tələbələr və onların valideynləri, eləcə də təhsil sektorunun peşəkarları üçün açıqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İnkişafa və sabitliyə hesablanan Azərbaycan-Slovakiya əməkdaşlığı ŞƏRH

Çempionlar Liqası: “Real Madrid” geri dönüş edərək finala yüksəlib

Səfir: ADA və Bolonya universitetlərinin birgə layihəsi kənd təsərrüfatı mütəxəssislərin hazırlanmasında xüsusi önəm daşıyır

Kubada Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə tədbir təşkil edilib

Konfrans Liqasında ilk finalçı bəlli olub

Rusiyanın Londondakı hərbi attaşesi ölkədən çıxarılıb

“Paris 2024” Yay Olimpiya Oyunlarının məşəli Marselə gətirilib

Azərbaycan Basketbol Liqası: “Xəzri” seriyanın ilk oyununda qalib gəlib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilib

Xətai rayonunda Milli Qəhrəman İlqar Mirzəyevin büstünün açılışı olub

Ermənistan KTMT-ni maliyyələşdirməkdən imtina edib

Pentaqon: ABŞ qoşunları Nigerdən çıxarılacaq

Vüqar Dəmirbəylinin Dəli Alı haqqında tarixi romanı çapdan çıxıb

Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanılıb

ABŞ-ın müdafiə naziri İsrailə silah tədarükünün təxirə salındığını təsdiqləyib

“Azərpoçt” sabah xüsusi rejimdə fəaliyyət göstərəcək

Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsinin yaranması günü qeyd edilib

Marneulidə ADA Universitetinin soydaşlarımız üçün təklif etdiyi magistr proqramlarının təqdimatı keçirilib

Masallıda Ümummilli Liderin həssas kateqoriyadan olanlara daim xüsusi qayğı ilə yanaşdığı xatırlanıb

Moskvada Avrasiya İqtisadi İttifaqının yubiley sammiti keçirilir

Türkiyə və Azərbaycan prezidentlərinin qətiyyəti, iradəsi və dostluğu əməkdaşlığın təşviqində həlledici rol oynayır

Ankarada Azərbaycan-Türkiyə biznes forumu keçirilib

Ali Məclisin plenar iclasında hökumətin hesabatı dinlənilib

Azərbaycanda “Qızıl Şah” IV Milli Kulinariya Çempionatı keçiriləcək

Marneulidə “Əsrin yadigarı – Heydər Əliyev” kitabının təqdimatı keçirilib

“Peşəkarlarla görüş”də qida sahəsində gigiyena tələbləri barədə məlumat verilib

Azərbaycan-İsrail əməkdaşlığının cari vəziyyəti və perspektivləri müzakirə edilib

Naxçıvanda Kitab festivalı keçirilir

Faşizm üzərində Qələbədə Azərbaycan xalqının və Bakı neftinin böyük rolu olub - RƏY

Bolqarıstanın sabiq nazir müavini: Bizim üçün Azərbaycan qazının tədarükünün artırılması enerji təhlükəsizliyimizin açarıdır - MÜSAHİBƏ

Qida Təhlükəsizliyi Agentliyi COP29 tədbiri ilə bağlı növbəti təlim keçirib

“Le Figaro”: Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər

DGK: Avtomobil ehtiyat hissələrinin qanunsuz gətirilməsinin qarşısı alınıb

“Heydər Əliyev və elmi potensialın inkişaf dinamikası” - respublika elmi konfransı

Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konfrans

Seysmoloji Xidmət Mərkəzində Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Azərbaycan tikinti şirkətlərinin İraqda aparılan quruculuq işlərində iştirakı müzakirə edilib

Azərbaycan Çində beynəlxalq mədəniyyət festivalında təmsil olunub

10 May: məziyyəti, məsuliyyəti, müjdəsi...

İlahiyyat İnstitutunun əməkdaşı Gürcüstanda beynəlxalq elmi konfransda iştirak edib

Gürcüstan DİN ölkədə aksiya keçirmək istəyənlərə sərt xəbərdarlıq edib

Sabah “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq

Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Beynəlxalq İşəgötürənlər Təşkilatı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq müzakirə edilib

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü COP29-a dəvət olunub

YAP Mərkəzi Aparatında Vyetnam-Azərbaycan və Laos-Azərbaycan dostluq qruplarının üzvləri ilə görüş olub

Sloveniyada Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin xatirəsi anılıb

Əqli Mülkiyyət Agentliyində Sənaye Mülkiyyəti Obyektlərinin “Açıq reyestri”nin fəaliyyəti yenilənib

Gürcüstanda təbii fəlakət nəticəsində bir nəfər ölüb, bir nəfər itkin düşüb

Dərman müalicəsinin nanohissəciklərlə dəyişdirilməsi istiqamətində tədqiqatlar aparılır

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilib VİDEO

Heydər Əliyev irsində Azərbaycan tarixinin aktual məsələləri – dəyirmi masa

Təhsildə sosial iş xidmətinin həssas qruplara təsiri müzakirə olunub

Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb

Narkotik vasitələri paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirən şəxslər saxlanılıblar

Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstan Prezidenti Rumen Radevlə görüşüb

® “Kapital Bank”la avtomobil arzunuza çatmaq daha asandır

Lisenziya turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli olub

EMTA BSU-da “Yaşıl enerjiyə keçid” mövzusunda seminar təşkil edib

Bu günədək sənaye zonalarında istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac edilib

Silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə respublika çempionatında 86 polis əməkdaşı mübarizə aparıb

“Ulu Öndərin işığında” kitabının təqdimatı olub

Bolqarıstan Prezidenti və xanımı Milli Gimnastika Arenası ilə tanış olublar

Sahibə Qafarova: Parlamentlərin qarşılıqlı fəaliyyəti Azərbaycan-Bolqarıstan münasibətlərinə müsbət təsir göstərən amillərdəndir

Rumen Radev: Bolqarıstan-Azərbaycan əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə töhfə verir

UNEC-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

AZPROMO: Məqsədimiz Azərbaycanın kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxışını dəstəkləməkdir

Ağdam kəhrizlərində mikrobioloji tədqiqatlar aparılır

Baş nazir Əli Əsədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb

“Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Qafqazşünaslıq İnstitutunda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kitab təqdimatı və sərgi keçirilib

Nəsimi rayonunda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar

“İçərişəhərim” rəsm müsabiqəsinin vaxtı uzadılıb

Qusarda qəza törədən avtomobil rabitə dirəyini aşırıb

Nərimanov rayonundakı bazarda bəzi məhsulların satış sahələrinə məhdudiyyət qoyulub

Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb

Dövlət Proqramı İdarəetmə Qrupu aprel üzrə vətəndaş müraciətlərinin statistikasını açıqlayıb

Azərbaycan Silahlı Qüvvələrinin yaradıcısı Ulu Öndər həmişə dərin hörmət və ehtiramla anılır

Yaponiyada komiks tərcüməsi üçün süni intellektdən istifadə ediləcək

Fizika İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş tədbir keçirilib

Təbriz qəzeti Ulu Öndər Heydər Əliyevə həsr olunmuş məqalə dərc edib

Süni intellekt və yeni inkişaf meyarları

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə “Açıq qapı” günü təşkil olunacaq

ADPU-da tədbir: “Əbədi ömrün ikinci yüzilliyi”

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Azərbaycan Bəstəkarlar İttifaqında Ulu Öndərin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Azərbaycan Premyer Liqasında XXXV turun oyun cədvəli açıqlanıb

Ankarada Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib VİDEO

Gəncədə “Yaradıcı müzakirələr” keçirilir

“Qalatasaray”ın hücumçusu bu mövsüm ən çox məhsuldar ötürmə edən futbolçudur

Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Varis Yolçiyev: “BOOKFEST” Naxçıvan Kitab Sərgisinin təşkili təqdirəlayiq addımdır

Koreyada təhsil alan azərbaycanlı tələbələr üçün magistraturaya qəbul imtahanı keçirilib

ADA və Bolonya universitetlərinin “Dayanıqlı bağçılıq sistemləri” mövzusundakı birgə sertifikat proqramı “MacFrut” sərgisində VİDEO

Ulu Öndərin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan qüdrətli dövlətə çevrilib

Bilyardın “Pool-9” növü üzrə Azərbaycan çempionatı keçiriləcək

“Tamstore” marketlər şəbəkəsi “Bu qiymətlər bir daha olmayacaq” kampaniyasına start verib

“Sən elə bir zirvəsən!” tamaşası yenidən Akademik Musiqili Teatrın səhnəsində

® “Caspian Energy Forum Izmir 2024” oktyabr ayında keçiriləcək