Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bakıda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir

Bakı, 7 iyul (AZƏRTAC). İyulun 7-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara mövsümə uyğun olaraq əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdır.

“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada alıcıların və satıcıların rahatlığı üçün hər cür şərait yaradılmış, məhsulların keyfiyyəti sanitariya-gigiyena nəzarətindən keçirilmişdi.

Burada şəhər sakinlərinə Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 20,96 ton məhsul, o cümlədən 1,2 ton ət, 0,3 ton ağartı, 8 ton tərəvəz, 3,5 ton kartof, 5,2 ton meyvə, 0,2 ton taxıl məhsulları, 0,06 ton bal, min ədəd yumurta təklif olunurdu.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Rövşən Əliyev dedi ki, yarmarkadakı qiymətlər bazardakından 20-25 faiz ucuzdur. Qoyun ətinin kiloqramı 6 manata, mal əti 5 manata, soğan 25-30, kartof 40-50, yerkökü 50-70, yumurtanın biri 8 qəpiyə və s. satılır.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fəxrət Eminov məlumat verdi ki, Yasamal rayonunda, Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil edilmiş yarmarkaya bu əraziyə təhkim olunmuş Salyan, Qusar, Astara, Şabran rayonlarının, bundan əlavə, Gədəbəy və Göyçay rayonlarının fermerləri və torpaq mülkiyyətçiləri 88,5 ton meyvə-tərəvəz, ət, ağartı və digər məhsullar gətirmişlər.

Yarmarkada nümunəvi səliqə-sahman, fermerlərə və digər torpaq mülkiyyətçilərinə, eyni zamanda, buraya bazarlıq etməyə gələn paytaxt sakinlərinə əlverişli şəraitin yaradılması diqqəti daha çox cəlb edirdi. Yarmarkada nəzarət tərəzisi qoyulmuş, lövhələrdə qiymətlərin bazardakılarla müqayisəsi göstərilmişdir.

Yarmarkada satışa çıxarılan məhsulların əksəriyyətini xiyar, pomidor, bibər, badımcan, yerkökü, çuğundur, kələm, soğan, kartof, göyərti, həmçinin meyvələrdən alma, armud və s. təşkil edir. Yarmarkada mövsümə uyğun məhsullardan olan lobya, alça, gavalı, şaftalı, çiyələk, gilas, tut, ərik və digər meyvə-tərəvəzlərin alıcıları daha çoxdur. Məhsullar bazarlardakından 20-25 faiz ucuz satılır. Bütün məhsulların sanitar-gigiyenik vəziyyəti Kənd Təsərrüfatı Nazirliyi yayında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən diqqətlə yoxlanılır.

Badamdar qəsəbəsinin mərkəzində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkaya Ağdaş, Salyan, Masallı və digər rayonlardan 19 tondan çox müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları gətirilmişdir.

Yarmarkada təklif edilən məhsulların keyfiyyətli və bazardakından 25-30 faiz ucuz olması qəsəbə sakinləri tərəfindən razılıqla qarşılanmışdır.

Yarmarkada ərik, alça, gilas, xiyar, pomidor, lobya, badımcan və digər məhsullar təklif edilirdi.

Sakinlər yarmarkaların davamlı təşkilindən, məhsulların ucuz və keyfiyyətli olmasından məmnunluqla danışırdılar.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Məmməd Həziyev bildirdi ki, fermerlərə və şəxsi təsərrüfat sahiblərinə satışa daha çox zəruri məhsul çıxarmaları üçün hər cür imkan yaradılmışdır.

Şənbə günü Suraxanı rayonu ərazisində təşkil olunmuş yarmarkalarda - “Günəş” ticarət mərkəzində (25,4 ton) və “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisində (2,9 ton) satışa Kürdəmir, Samux, Quba, Biləsuvar, Cəlilabad və Lənkəran rayonlarından gətirilmiş ümumilikdə 28,3 ton məhsul çıxarılmışdır.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmovun verdiyi məlumata görə, hər iki yarmarkada mövsümə uyğun meyvələrdən ərik, çiyələk, alça, gavalı, gilas, tut, şaftalı, həmçinin alma, armud, naringi, tərəvəzlərdən pomidor, xiyar, soğan, kartof, badımcan, bibər, lobya və digər məhsulların, xüsusilə yay fəsli ilə əlaqədar göyərti və ağartı məhsullarının alıcıları çoxluq təşkil edir. Bazarlarla müqayisədə qiymətlər 25-30 faiz ucuzdur. Məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, ət və süd məhsulları baytar müayinəsindən keçirilir.

Xətai rayonunda, “Bakı” kinoteatrının yaxınlığındakı yarmarkaya Salyan, Biləsuvar, Qəbələ, Qax, Şəmkir, Kürdəmir, Quba və Astara rayonlarından 184 ton meyvə-tərəvəz, ət və süd məhsulları gətirilmişdir.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Oqtay Hüseynov məlumat verdi ki, yarmarkada məhsullar bazarlardakından 20-30 faiz ucuz qiymətə satılır.

Yarmarkada şəhər sakinlərinə sərfəli qiymətə kartof, soğan, xiyar, pomidor, kələm, lobya, ərik, gilas, albalı, bibər, göyərti, şaftalı, alma, badımcan və digər məhsullar təklif olunur.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Savalan Seyfəddinov bildirdi ki, şənbə günü Nərimanov rayonundakı Ə.Əliyev küçəsində təşkil olunmuş yarmarkaya Xaçmaz, Tərtər, İmişli, Salyan rayonlarından 36,5 ton kənd təsərrüfatı məhsulları və Giləzi broyler fabrikindən 12 min ədəd yumurta gətirilmişdir.

Paytaxt sakinləri burada ərik, gilas, alça, alma, armud, şaftalını, bostan məhsullarını, o cümlədən qarpızı, yemişi növbə ilə alırdılar. Onlar konservləşdirmək və qışa tədarük etmək üçün aldıqları məhsulların keyfiyyətindən və qiymətindən razılıq edirdilər. Bununla yanaşı, sakinlər həmişə olduğu kimi, bu dəfə də ət, süd məhsulları, yumurta, göyərti və kartof, soğan, pomidor, xiyar, kələm, yerkökü, çuğundur və s. kənd nemətlərini də həvəslə alırdılar. Onların dediklərinə görə, yarmarkadakı meyvə-tərəvəzin, göyərti və ağartı məhsullarının təzə və keyfiyyətli, eyni zamanda, bazarlardakından 25-35 faiz ucuz qiymətə olması çox sərfəlidir.

Nərimanov Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri yarmarkada qayda-qanuna nəzarət edirdilər.

Şənbə günü Binəqədi rayonu, 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada bol məhsul nəzərə çarpırdı. Ağstafa, Siyəzən, Bərdə. Goranboy rayonlarının fermerləri və digər torpaq mülkiyyətçiləri gətirdikləri pomidoru, əriyi, yerkökünü, badımcanı, kələmi, kartofu, lobyanı və digər meyvə-tərəvəzləri, bostan məhsullarını alıcılara bazardakından 20-30 faiz ucuz qiymətlərə təklif edirdilər.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qadir Həsənov bildirdi ki, yarmarkaya 23 ton məhsul çıxarılmışdır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Özbəkistanın Daşkənd Kimya-Texnologiya İnstitutunun rektoru BDU-da

Coğrafiya dərsliyinin məzmunu, quruluşu və tədrisi metodikasının xüsusiyyətləri – vebinar

Bakıda fəaliyyət göstərən çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Milanda içki satışına bəzi qadağalar qoyulub

ANAMA nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzurda 248 min hektar ərazi minalarla yüksək səviyyədə çirkləndirilib

Dövlət Komitəsində Bütün Gürcüstan Müsəlmanları İdarəsinin nümayəndə heyəti ilə görüş olub

Bakı güləş üzrə Avropa çempionatına ev sahibliyi edəcək

Azərbaycan və Səudiyyə Ərəbistanı enerji tərəfdaşlığını gücləndirən sənədlər imzalayıb

Paytaxtın abad məhəllələrində minifutbol yarışları başa çatıb

Vyetnamda qidadan 487 nəfər zəhərlənib

Biologiya və coğrafiya üzrə respublika fənn olimpiadalarının yekun nəticələri elan edilib

Çin Ayın görünməyən tərəfinə kosmik missiyaya start verib

Milli Məclisdə Bosniya və herseqovinalı deputatla görüş təşkil edilib

Azərbaycan avarçəkənləri "Prezident Kuboku"nu 9 medalla başa vurublar

Mediasiya Şurası BDU tələbələri ilə görüş keçirib

Günel Səfərova: Məktəblərdə bullinq haqqında maarifləndirmə işləri aparılır

Türk dövlətlərinin iqtisadi təşəbbüsü ŞƏRH

Ağdam Sənaye Parkına mediatur təşkil edilib

Ötən ay Şirvan-Salyan Regional Təhsil İdarəsinə 545 müraciət daxil olub

MDB İnformasiya Şurası faşizm üzərində Qələbənin 80 illiyinə xüsusi nəşr hazırlayacaq

BDU-da tədbir: Yaşıl enerji çağırışları kontekstində gələcəyə baxış

İndoneziyada torpaq sürüşməsi və sel 7 nəfərin həyatına son qoyub

AzMİU QS reytinqində bir neçə istiqamət üzrə uğurla təmsil olunur

Gürcüstan Fransanın Avropa və Xarici İşlər Nazirliyini qeyri-obyektivlikdə günahlandırıb

Paytaxtın Suraxanı və digər ərazilərindəki obyektlərdə 361 kəsici alət aşkarlanıb VİDEO

Azərbaycan-Argentina parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib

Çin Ayın görünməyən tərəfinə kosmik missiya göndərib

Tələbələr üçün təlim: Düşüncənin gücü

I Beynəlxalq Opera Festivalının iştirakçıları “Landmark”da çıxış ediblər

® “Araz” supermarketlər şəbəkəsi tədarükçülərini Rəqabət Məcəlləsi ilə bağlı məlumatlandırıb

Bu ilədək 802 qadın narkotik istifadəsi ilə bağlı dispanser nəzarətinə götürülüb

Ombudsmanın müşaviri: Sosial şəbəkələrdə etikaya, əxlaqa zidd paylaşımlar yeniyetmələrin düşüncəsinə mənfi təsir edir

Kuleba və Kemeron Ukraynaya hərbi yardımı müzakirə ediblər

Cənubi Koreya xaricdəki diplomatları üçün terror həyəcanı səviyyəsini yüksəldib

Almaniyanın Bonn şəhərində “COP29 və sonrası - sülh, təhlükəsizlik və iqlim dəyişikliyi” mövzusunda konfrans keçirilib

MDB dövlət informasiya agentliklərinin rəhbərləri Şuşada Qlobal Media Forumunda iştirak etməyə dəvət olunub VİDEO

Əli Hüseynli: Dövlətimiz idman sahəsində gənclərə böyük dəstək verir

İraqın şimalında 32 PKK terrorçusu zərərsizləşdirilib

BƏƏ neft hasilatını artırdığını bəyan edib

Bu il Azərbaycanda narkotiklərlə bağlı aşkarlanmış faktların sayı açıqlanıb

Əlahiddə Ümumqoşun Ordu komandanı İran İslam Respublikasına rəsmi səfər edib

Reymond Bondin: Qarabağ regionunda mədəni nümunələrin dağıdılması bəşəriyyətə qarşı cinayətdir

AQTA-da bioloji aktiv qida məhsulları idxal edən sahibkarlarla görüş keçirilib

Gürcüstan “yaşıl dəhliz” layihəsinə özəl sektoru cəlb etmək istəyir

BP indiyədək “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 4,3 milyard barel neft hasil edib

DİN nümayəndəsi: Narkotik vasitə istifadəçiləri arasında reabilitasiya mərkəzlərinə müraciət edənlərin sayı artıb

Fərid Qayıbov: Avarçəkmənin daha yüksək səviyyədə inkişafı üçün əlimizdən gələni edəcəyik

Atatürk Mərkəzində Akkan Suverin “80 ilin ardından” kitabının təqdimatı olub

Azad olunmuş ərazilərdə tikinti ilə məşğul olan sahibkarlara kredit və subsidiyalarla bağlı güzəştlər edilir

BMU-da kibertəhlükəsizlik laboratoriyası istifadəyə verilib

Sabah havanın dəyişkən buludlu və bəzi yerlərdə yağıntılı olacağı gözlənilir

Dövlət Komissiyası: Narkomaniya ilə mübarizədə medianın rolu çox vacibdir

Nazir Ceyhun Bayramov Qambiyaya işgüzar səfərə yola düşüb

Dövlət Komitəsi rəsmisi: “Uşaq hüquqları” ilə bağlı yeni qanun layihəsi artıq hazırdır, razılaşdırılması prosesi gedir

Rumıniya təmsilçisi: Milli Gimnastika Arenasında idmançılar üçün mükəmməl şərait yaradılıb

“Qarabağ” və “Turan Tovuz” azarkeşlərinə, “Sumqayıt” kənar şəxslərə görə cərimələnib

Şimali Kipr Türk Respublikasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbirlər keçiriləcək

“The Guardian”ın redaktoru: Biz artıq Bakıda keçiriləcək COP29 kimi mühüm tədbirə hazırlaşırıq

Apreldə su hövzələrindən 375 ədəd sintetik tor götürülüb

Azərbaycan Texniki Universitetində Abituriyent Məsləhət Mərkəzi yaradılıb

Azərbaycanda təbii və texnogen mənşəli hadisələrin sayı 11 faiz azalıb

Ukrayna kəşfiyyatı: Döyüş meydanında qələbə mümkünsüzdür

İsrailin Netanya şəhərində Ulu Öndərin doğum gününə həsr olunmuş tədbir təşkil edilib

Amerikalı hüquqşünas: Mədəniyyətlərarası Dialoq Forumu çox dinamik şəkildə keçdi

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda ilk qaliblər müəyyənləşib VİDEO

Bəşir Hacıyev: 2026-cı ilin sonunadək Ağdamın Xıdırlı, Sarıcalı və Kəngərli kəndində ümumilikdə 1200-dən çox evin tikintisi başa çatacaq

Peter Mixalko: Avropa İttifaqı mina təhlükəsi sahəsində də Azərbaycanla əməkdaşlığı diqqətdə saxlayır

Kəlbəcər şəhərinin Baş Planı çərçivəsində görüləcək işlər açıqlanıb

İtaliya rəsmisi: Heç bir italyan əsgəri Makronun uğrunda həlak olmayacaq

Aprel ayı ərzində BŞTİ-yə 5 mindən çox müraciət daxil olub

Müdafiə Nazirliyi: “EFES - 2024” təlimi davam edir

İKZF: Fond tərəfindən sahibkarlara ayrılan zəmanətli kreditlərin həcmi 470 milyon manata çatıb

Vitse-prezident: BP Azərbaycanın neft-qaz sektoruna 85 milyard dollar sərmayə yatırıb

AMEA: Akademik Həsən Əliyevə məxsus sənədlər elmi irs fonduna daxil edilib

Texasın şərqində daşqınlarla əlaqədar təxliyə göstərişi verilib

Forum çərçivəsində Ağdamda “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya işə başlayıb

Bakıda beynəlxalq şahmat festivalı keçiriləcək

Xətai Rayon Prokurorluğunda “Yaşıl dünya üçün hüquqi yeniliklər” adlı tədbir keçirilib

Vüqar Süleymanov: Ərazilərin minalarla çirklənməsi təbiətə də ciddi ziyan vurur

Ötən ay 141 mindən çox vətəndaş xüsusi şərtlərlə pensiya alıb

Bakıda Kukla Festivalının bağlanış mərasimi olub

Gert Jan Koopman: Aİ-yə üzv ölkələr həmrəylik göstərəndə mina sahəsində ortaya yaxşı iş qoya bilirik

Azərbaycan Prezidenti: Polşanın Cənubi Qafqazı əhatə edən mövqeyini yüksək qiymətləndiririk

Sumqayıt teatrı yeni tamaşa hazırlayır

Hindistan aprel ayında Rusiyadan neft idxalını 20 faiz artırıb

Polşa Respublikasının Prezidenti Zati-aliləri cənab Andjey Dudaya

Türk Dövlətlərinin Animasiyası-2024 kataloquna daxil edilmək üçün animasiya əsərlərinin qəbuluna başlanılıb

Prezidentin köməkçisi: Mina problemi həm sülh prosesinə mane olur, həm də mədəni irsə ciddi ziyan vurur

Maliyyə naziri Samir Şərifov Tbilisidə bir sıra görüşlər keçirib

Müharibə və müstəmləkəçilik yaşamış sülh şəhəri – Hanoy VİDEO

Muğam Mərkəzində növbəti konsert - ruhumuzun səsi

Hikmət Hacıyev: Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur

“Əhmədli” və “Həzi Aslanov” stansiyalarına yaxın ərazilərdə kəsici-deşici alətlərin satışının qarşısı alınıb VİDEO

Bu il ekoloji hüquqpozma faktları üzrə 25 cinayət işi başlanılıb

Latviyalı gimnast: Azərbaycan idmançılarını özümə əsas rəqiblərdən hesab edirəm

Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir - ŞƏRH

Viktor Orban: Avropa liderləri odla oynayırlar

Bakı Forumunun iştirakçıları Xalq rəssamı Sakit Məmmədovun emalatxanasında olublar

Azərbaycan mədəniyyətlərarası dialoqu qlobal miqyasda təşviq edir ŞƏRH

Hicran Hüseynova: Medianın cəmiyyətdə əhəmiyyəti çox böyükdür