Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Bakıda nüfuzlu “The Business Year” jurnalının Azərbaycana həsr edilən növbəti xüsusi buraxılışının təqdimatı olub VİDEO

Bakı, 25 may, AZƏRTAC 

Mayın 25-də Bakıda Prezident Administrasiyasının və “The Business Year” jurnalının təşkilatçılığı ilə nəşrin “Azerbaijan 2016” xüsusi buraxılışının (“The Business Year-Azerbaijan 2016”) təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, KİV-lərin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə “The Business Year-Azerbaijan 2016” nəşrinə həsr olunan videoçarx nümayiş etdirilib.

Qeyd olunub ki, baş ofisi Londonda yerləşən “The Business Year” dünyanın müxtəlif bölgələrini - Latın Amerikası, Asiya, Afrika qitələrini əhatə edən geniş coğrafiyada sosial-iqtisadi prosesləri izləyən və işıqlandıran, ətraflı təhlillərlə çıxış edən nüfuzlu şirkətdir. “The Business Year” ayrı-ayrı ölkələrin sosial-iqtisadi durumu və inkişaf meyilləri, biznes və investisiya mühiti, aparıcı şirkətləri və digər məsələlər haqqında ildə 20-dən çox xüsusi buraxılış hazırlayır və bütün dünyada yayır. Şirkətin xüsusi buraxılışları dünyanın aparıcı biznes dairələri tərəfindən maraqla qarşılanır, işgüzar əlaqələrin inkişafına xidmət edir və birgə iqtisadi layihələrin reallaşdırılmasına töhfə verir.

Bildirilib ki, “The Business Year” şirkəti 2011-ci ildən Azərbaycan ilə əməkdaşlığa başlayıb və ölkəmizə dair altı xüsusi buraxılış hazırlayıb və yayıb. Nəşrin builki buraxılışında “Çoxqütblü dünyaya doğru” mövzusunda IV Bakı Qlobal Forumunun açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqi, ayrı-ayrı dövlət və hökumət başçıları ilə müsahibələr, bu il Bakıda təşkil olunacaq “Formula-1” Avropa Qran-prisi və Dünya Şahmat Olimpiadasının hazırlıq mərhələlərinə həsr olunmuş materiallar, habelə Azərbaycanın dövlət qurumlarının, yerli və ölkəmizdə fəaliyyət göstərən xarici şirkət rəhbərlərinin müsahibələri əksini tapıb.

Tədbirdə çıxış edən nəşrin direktoru xanım Betül Çakaloğlu “The Business Year-Azerbaijan 2016” xüsusi buraxılışı haqqında ətraflı məlumat verib. O bildirib ki, Azərbaycana artan marağı nəzərə alan şirkət nəşrin tirajını da artırıb. Jurnalın hazırlanması ilə əlaqədar altı ay ərzində ölkəmizdə olduğunu bildirən B.Çakaloğlu müxtəlif sahələri təmsil edən şəxslərlə, o cümlədən 160 iş adamı ilə görüşlərin keçirildiyini vurğulayıb. O, Azərbaycan iqtisadiyyatının inkişafı ilə yaxından maraqlanan oxucular üçün reportajların, müsahibələrin hazırlanmasının təmsil etdiyi şirkət üçün məmnunluq doğurduğunu vurğulayıb.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “The Business Year” nəşrinin artıq altıncı ildir Azərbaycanın müasir inkişafını bütün sahələrdə dərindən təhlil edərək onun salnaməsini yaratması, dünyanın biznes və işgüzar dairələrinə təqdim etməsi baxımından fəaliyyətini yüksək qiymətləndirib. Diqqətə çatdırıb ki, “The Business Year” nəşrinin yaradıcı heyəti yüksək peşəkarlıqla Azərbaycanın müasir inkişaf tarixinin bütün sahələrini əhatə edən zəngin arxiv yaradıb.

Əli Həsənov vurğulayıb ki, xalqımızın ulu öndəri Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin təməlini qoyanda, onun müasir inkişaf konsepsiyasını müəyyən edəndə ölkəmizin sürətlə inkişaf edəcəyini və mühüm uğurlar qazanacağını bilirdi.

Nəşrin 2013-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevi “İlin adamı” seçdiyini xatırladan Prezident Administrasiyasının rəsmisi həmin vaxt dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizin qazandığı mühüm uğurları diqqətə çatdırıb. Bildirib ki, həmin dövrdə BMT Təhlükəsizlik Şurasının üzvü seçilən Azərbaycan dünyada sülhün və əməkdaşlığın təbliğində fəal iştirak edib. Bundan başqa, dünyada kosmik klubun üzvünə çevrilən Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan nəhəng enerji layihələrinin uğurla reallaşdırılmasına böyük töhfələr verib.

Əli Həsənov deyib ki, Azərbaycanın nəşrin builki təqdimatında əksini tapan uğurları təkcə ölkəmizin, xalqımızın rifahına deyil, eyni zamanda, beynəlxalq aləmdə əməkdaşlığa və tərəfdaşlığa xidmət edir. Azərbaycan Türkiyə ilə birlikdə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq TANAP və TAP layihələrini uğurla həyata keçirir. Azərbaycanın təşəbbüsü əsasında dünyanın böyük dövlətləri və nəhəng şirkətləri ilə “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya sazişi imzalanıb. Ötən il və bu il “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin toplantıları keçirilib. Bütün bu layihələr üzrə işlər sürətlə davam etdirilir. Bundan başqa, Azərbaycan ötən il tarixdə ilk dəfə keçirilən “Bakı-2015” birinci Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edərək bu mötəbər yarışların standartlarını müəyyənləşdirib.

Prezident Administrasiyasının rəsmisi nəşrdə Azərbaycanın Şimal ilə Cənub və Şərq ilə Qərb arasında mühüm nəqliyyat dəhlizinə çevrilməsinin yüksək dəqiqliklə əksini tapdığını diqqətə çatdırıb. Azərbaycanın bu il iki böyük foruma - IV Qlobal Bakı Forumuna və BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna yüksək səviyyədə ev sahibliyini etdiyini deyən Əli Həsənov bu nailiyyətlərin də nəşrin diqqət mərkəzində saxlanıldığını vurğulayıb.

Əli Həsənov “The Business Year” nəşrinin Azərbaycanın əldə etdiyi bütün bu uğurları dərindən təhlil edərək həmin nailiyyətlərin əsasında Prezident İlham Əliyevi “Dünyada ilin adamı” seçdiyini bildirib.

Bu təşəbbüsə görə nəşrin redaksiya heyətinə dərin minnətdarlığını çatdıran Əli Həsənov belə layihələrin Azərbaycanın beynəlxalq imicinin formalaşmasında və təbliğində mühüm önəm daşıdığını söyləyib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrlə yanaşı, mədəniyyət və turizmin inkişafına da göstərilən yüksək diqqət və qayğıdan danışıb. Nazir bu sahədə həyata keçirilən infrastruktur layihələrinin əhəmiyyətini vurğulayaraq, Azərbaycan dövləti ilə yanaşı, Heydər Əliyev Fondunun da ölkəmizdə mədəniyyətin və turizmin inkişafına göstərdiyi diqqətdən ətraflı bəhs edib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə respublikamızın bütün regionlarında uğurlu layihələrin həyata keçirildiyini vurğulayıb. O, Gəncədə müxtəlif sahələrə aid mühüm layihələrin icra olunduğunu, şəhərin inkişaf dövrünü yaşadığını bildirib. Qeyd edib ki, Gəncənin 2016-cı il “Avropa Gənclər Paytaxtı” seçilməsi ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir.

“Azercell” şirkətinin prezidenti Vahid Mürsəliyev rəhbərlik etdiyi qurumun həyata keçirdiyi və perspektiv layihələrdən danışıb. “Azercell”in qeyri-neft sektorunda ölkəmizin ən iri vergi ödəyicisi olduğunu bildirən şirkətin rəhbəri gələcəkdə də Azərbaycan iqtisadiyyatına töhfə verəcəklərini söyləyib.

“Azərbaycanın sürətli inkişafını görmək və onunla bağlı jurnal nəşr etdirməkdən böyük zövq alırıq”, - deyən “The Business Year” nəşrinin baş redaktoru Leland Rays bildirib ki, Azərbaycanı digər ölkələrdən fərqləndirən əsas cəhətlərdən biri də burada keçirilən mötəbər beynəlxalq tədbirlərdir. Ölkəmizin ev sahibliyi etdiyi çoxlu sayda beynəlxalq tədbirlərin Azərbaycanın dünyadakı mövqeyini daha da gücləndirdiyini qeyd edən baş redaktor nəşr barədə ətraflı məlumat verib.

X X X

Sonra mükafatlandırma mərasimi olub.

Qeyd edilib ki, “The Business Year” nəşri müxtəlif sahələrdə böyük uğurlar əldə edən rəsmi şəxslər, kommersiya və qeyri-hökumət strukturları üçün dünyada “İlin birincisi” mükafatını təsis edib.

Bildirilib ki, 25 illik müstəqillik tarixinə malik Azərbaycanın qazandığı uğurlar hətta dünyanın aparıcı ölkələri üçün nümunə hesab oluna bilər. Bütün bu nailiyyətlərin əldə olunması birbaşa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adı ilə bağlıdır. Göstərilən amilləri nəzərə alaraq və Azərbaycan Prezidentinin fəaliyyətini dərindən təhlil edərək “The Buisness Year” şirkəti İlham Əliyevi “2015-ci ildə dünyada ilin adamı” seçib.

Sonra nəşrin ekspertlərinin Azərbaycanda müxtəlif sahələr üzrə seçdikləri bir sıra şəxslərə “İlin birincisi” mükafatları təqdim olunub.

Azərbaycanda turizmin inkişafına görə “İlin ən dinamik sektorunun rəhbəri” mükafatı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə təqdim edilib.

Müxtəlif ümumşəhər xarakterli təşəbbüslərin həyata keçirilməsində oynadığı rola və Gəncənin 2016-cı ildə “Avropa Gənclər Paytaxtı” seçilməsinə görə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev “İlin icra başçısı” mükafatı ilə təltif olunub.

Transmilli nəqliyyat-kommunikasiya dəhlizlərinin yaradılması sahəsində səmərəli fəaliyyətinə görə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun “Nəqliyyat sektorunda ilin adamı” mükafatına layiq görüldüyü bildirilib.

Müxtəlif sektorlar üzrə səmərəli, davamlı və inkişaf potensialının artırılmasına yönəlmiş yeni müfəssəl korporativ idarəetmə modelinin həyata keçirilməsinə görə “İlin korporativ idarəetmə modeli” mükafatı “Paşa Holdinq”in direktoru Mir Camal Paşayevə təqdim olunub.

Birinci Avropa Oyunları ilə bağlı informasiya mübadiləsi, kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr üzrə strategiyanın işlənib hazırlanması və həyata keçirilməsində səmərəli fəaliyyətinə görə “United Business Media Group” (UBM Group) şirkətinin təsisçisi xanım Ülviyyə Mir-Qasımova “Kütləvi informasiya vasitələri ilə əlaqələr üzrə ilin adamı” mükafatı ilə təltif edilib.

Ölkəmizdə futbolun kütləviləşdirilməsi və gənc nəsil arasında təbliği sahəsində səmərəli fəaliyyətinə görə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının sədri Rövnəq Abdullayev “İlin idman federasiyasının rəhbəri” mükafatına layiq görülüb.

İstehlakçıların məlumatlandırılması və maarifləndirilməsi, həmçinin Azərbaycanda pərakəndə satış təcrübəsinin səviyyəsini yüksəltmək üçün innovativ vasitə olan “Ekspress Ofis”in yaradılmasına görə “Azercell” şirkətinin baş icraçı direktoru Vahid Mürsəliyev “İlin şirkət rəhbəri” mükafatı ilə təltif edilib.

Azərbaycanda sənayenin inkişafı, Detal Alüminium Kompleksinin yaradılması sahəsində səmərəli fəaliyyətinə görə “Det.Al Holdinq”in direktoru Sərxan Babayev “İlin holdinq rəhbəri” mükafatına layiq görülüb.

Mərasimdə, həmçinin Azərbaycanın beynəlxalq mediada təbliği sahəsində səmərəli fəaliyyətinə görə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Ceyran Əmiraslanova “Fərqlənmə Plaketi” ilə təltif olunub.

X X X

Qeyd edək ki, “The Business Year” jurnalının Azərbaycanla bağlı xüsusi buraxılışı artıq altıncı dəfədir nəşr olunur. Nəşrdə ölkəmizin siyasi, sosial-iqtisadi inkişafının əsas göstəriciləri, beynəlxalq miqyasda artan nüfuzu barədə oxuculara ətraflı məlumat verilir.

Xüsusi buraxılış Azərbaycan Prezidenti İlham Əliyevin “Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Bakı Forumunun rəsmi açılışındakı nitqi ilə başlayır.

Nəşrin budəfəki qonaq müsahibləri Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişer, Latviya Respublikasının Prezidenti Raymonds Veyonis, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçdir. Onlar müsahibələrində ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın inkişafından, Azərbaycanın bölgədə və dünyada artan nüfuzundan, əldə etdiyi iqtisadi nailiyyətlərdən, həyata keçirdiyi uğurlu enerji layihələrindən, beynəlxalq əlaqələrindən söhbət açırlar.

“The Business Year” dünyanın ayrı-ayrı bölgələrində iqtisadi prosesləri yaxından izləyən, onu peşəkar şəkildə işıqlandıran, təhlil edən və müsbət təcrübələri öz auditoriyası ilə bölüşən nüfuzlu nəşrdir. 2011-ci ildən Azərbaycan ilə yaxından əməkdaşlıq etməyə başlayan “The Business Year” nəşri ötən altı ildə ölkəmizə həsr etdiyi xüsusi buraxılışlarda Azərbaycanın daxili və xarici siyasəti, iqtisadiyyatı və onun ayrı-ayrı seqmentləri, sosial, mədəniyyət, idman və cəmiyyət həyatının digər sahələrini hərtərəfli əks etdirib.

Bakıda nüfuzlu “The Business Year” jurnalının Azərbaycana həsr edilən növbəti xüsusi buraxılışının təqdimatı olub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır

Burkina Faso hökuməti: “Human Rights Watch” öz hesabatı ilə ölkənin imicini ləkələmək istəyir

Azərbaycanın həvəskar xokkey komandası Rusiya təmsilçisinə qalib gəlib

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib

“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib

İrpendə “Azərbaycan Günü” keçirilib

Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib

AZƏRTAC-ın xüsusi müxbiri Gürcüstanın internet televiziyasında çıxış edib

Çində tornado baş verib, ölənlər var

Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində 2 nəfər həlak olub

Şirvanda kəsici-deşici alətlərin satıldığı obyektlər müəyyən edilib

Tailandın xarici işlər naziri hökumətdəki dəyişikliklərdən sonra istefa verib

Şahdilidə ekoturizm yarışması

Gürcüstan Parlamentinin sədri ABŞ senatorlarını sərt tənqid edib

Bu gün ali təhsil müəssisələrinin magistraturalarına II cəhd qəbul imtahanı keçirilib

On doqquzuncu İstanbul yarımmarafonunun qalibləri müəyyənləşib

“Şərq-Qərb” avtomagistralının Gürcüstandan keçən Şorapani-Arqveta hissəsi istifadəyə verilib

Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü inşa ediləcək

Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Abşeron rayonunda vətəndaş ona hədiyyə edilən sənədləri olmayan ov tüfəngini könüllü polisə təhvil verib

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb

Nijni Novqorodda Azərbaycan məhsullarının təqdimatı keçirilib VİDEO

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir

Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

ADPU-da “Təhsildə psixoloji xidmətin aktual problemləri” mövzusunda birinci Respublika Forumu keçirilib

Laçın və İrpen şəhərləri qardaşlaşacaq

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!

“Avroviziya 2024" mahnı müsabiqəsində səslənəcək “Özünlə apar” mahnısına çəkilmiş klip təqdim edilib VİDEO

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi mərhələsi yekunlaşır

Böyük Britaniyanın Azərbaycandakı səfiri Naxçıvanla bağlı paylaşım edib

Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb

Zəngilanda silah-sursat aşkar edilib

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib VİDEO

Yevlaxda avtoxuliqanlıq edən şəxs saxlanılıb

“Bulaq” verilişinin əvəzsiz aparıcısı

Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib VİDEO

Rusiyada zəlzələ baş verib

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV