MƏDƏNİYYƏT
Bakıda Pol Nadarın əsərlərinə həsr olunmuş konfrans təşkil edilib
Bakı, 11 fevral, AZƏRTAC
Azərbaycan Milli İncəsənət Muzeyində Fransanın məşhur fotoqrafı Pol Nadarın əsərlərinə həsr olunmuş konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, qarışıq formatda keçirilən “Pol Nadar, Qafqazdan keçməklə İstanbul-Daşkənd” adlı konfransda Fransanın Memarlıq və İrs Multimedia Kitabxanasının fotoqrafiya şöbəsinin rəhbəri, “Nadar kolleksiyası” üzrə ekspert, xanım Matild Falqiyer sənətkarın həyat və yaradıcılığından, Qafqaza səyahətlərindən söhbət açıb.
Qeyd edək ki, konfrans Fransanın Azərbaycandakı səfirliyi və Azərbaycan Fransız İnstitutu ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Milli İncəsənət Muzeyi arasında birgə əməkdaşlıq çərçivəsində keçirilən "Pol Nadar. Bakıya əsrarəngiz səyahət" adlı sərgi çərçivəsində təşkil edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:33]
“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb
- 07.05.2024 [16:38]
"Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş konsert
- 07.05.2024 [16:37]