Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Bakıda Rus Kitab Evinin 10 illik yubileyi qeyd olunub YENİLƏNİB 2

Bakı, 10 oktyabr, AZƏRTAC

Oktyabrın 10-da Rus Kitab Evinin 10 illik yubileyi qeyd olunub.

AZƏRTAC xəbər verir ki, tədbiri açan “Avrasiya Tədqiqatları İnstitutu” İnkişaf Fondunun prezidenti Valeri Tursunov Rusiya ilə Azərbaycan arasında yüksək səviyyədə münasibətlərin inkişafında iki dövlətin liderlərinin mühüm rolunu vurğulayıb.

Mərasimdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edib.

Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyinin əlamətdar hadisə olduğunu vurğulayan Prezidentin köməkçisi dedi ki, bu, postsovet məkanında Rusiya və xarici ölkə yazıçılarının müxtəlif janrlarda rus dilində nəşr olunmuş kitablarının təqdim edildiyi ilk ixtisaslaşdırılmış mağazadır. Fəaliyyətdə olduğu illər ərzində bu mağaza həm oxucuların sevimli yeri, həm də millətlərarası həmrəyliyin möhkəmlənməsi və Azərbaycan ilə Rusiyanın mədəni-humanitar əlaqələrinin dərinləşməsi üçün əlverişli məkan olub.

Son iki əsr ərzində olduğu kimi, ölkələrimizin və xalqlarımızın bu gün də dostluq və mehriban qonşuluq ənənələrini davam etdirdiyini vurğulayan Əli Həsənov bildirdi ki, dərin köklərə malik olan bu ənənələr hüquq bərabərliyi və qarşılıqlı hörmət prinsipləri əsasında qurulur. Ən əsası odur ki, dövlət müstəqilliyi bərpa ediləndən sonra biz tarixən yaranmış ənənələri qoruyub saxlamağa və artırmağa, onları keyfiyyətcə yeni səviyyəyə çatdırmağa nail olmuşuq. Şübhəsiz, bunda həm strateji əməkdaşlığın təməlini qoymuş ümummilli lider Heydər Əliyevin, həm də dövlətlərimizin indiki rəhbərləri cənab İlham Əliyevin və cənab Vladimir Putinin çox böyük xidmətləri olub.

İndiki mərhələdə Azərbaycan-Rusiya münasibətlərinin daha da möhkəmləndiyini qeyd edən Prezidentin köməkçisi dedi ki, bu əlaqələr siyasi və ticari-iqtisadi sahələrdən enerji və humanitar sahələrə qədər demək olar ki, bütün sferaları əhatə edir. Dövlət başçılarının mütəmadi qarşılıqlı səfərləri və beynəlxalq forumlar çərçivəsində görüşləri ikitərəfli faydalı və konstruktiv tərəfdaşlığın gələcək inkişafına təkan verir.

Azərbaycanın postsovet məkanında rus dilinə böyük hörmət bəslənən azsaylı ölkələrdən biri olduğunu diqqətə çatdıran Əli Həsənov dedi: “Hələ çar Rusiyası dövründə və sovet hakimiyyəti dönəmində Azərbaycan dünyaya pəncərə, həm rus, həm də dünya mədəniyyəti, ədəbiyyatı və elmi ilə ünsiyyət vasitəsi olub. Yeri gəlmişkən, yüz il bundan əvvəl Azərbaycanda ilk ali məktəbin - Bakı Dövlət Universitetinin açılması Rusiyanın aparıcı alimlərinin cəlb edilməsi sayəsində mümkün olub. Bu alimlər arasında rektor vəzifəsinə dəvət edilmiş professor Vasili Razumovski də vardı. Məlum olduğu kimi, başlanğıc mərhələdə universitetdə tədris yalnız rus dilində aparılırdı. Sovet dövründə isə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə istedadlı Azərbaycan gəncləri təhsil almaq üçün Rusiyanın aparıcı ali məktəblərinə göndərilirdi. Yadımdadır, Heydər Əliyev tələbələri təhsil almağa yola salarkən onlara rus dilini mükəmməl öyrənməyi tövsiyə edirdi. Rus dili müxtəlif ədəbiyyata yol açır, dünyagörüşünü və bilikləri zənginləşdirirdi. Sevindirici haldır ki, ən müxtəlif istiqamətlərə aid ixtisaslara yiyələnmiş kadrlar respublikaya qayıdandan sonra Azərbaycanın inkişafına öz töhfələrini veriblər. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra da rus dili özünün millətlərarası dil mövqeyini itirməyib, ona əvvəlki kimi ehtiyac var. Buna parlaq sübut kimi bir faktı göstərmək olar ki, respublikamızın 300-dən çox ümumtəhsil məktəbində tədris rus dilində aparılır. Yeri gəlmişkən, son illərdə tədrisin rus dilində aparıldığı siniflərə tələbat artır. Demək olar ki, bütün dövlət ali məktəblərində və özəl ali məktəblərin bəzilərində təhsil fəaliyyəti paralel olaraq Azərbaycan və rus dillərində aparılır. Əhalinin əksəriyyəti rus dilini sərbəst bilir, böyüməkdə olan nəsil bu dili öyrənməyə ciddi maraq göstərir”.

Bakının xəritəsində Puşkinin, Lermontovun, Tolstoyun adlarını daşıyan küçələrin olduğunu söyləyən Prezidentin köməkçisi bildirdi ki, Yesenin və Lermontov muzeylərində bu şairlərin ölkəmizdə olması ilə bağlı xatirələr qorunub saxlanılır. “Puşkin mövzusu”nun davamı kimi qeyd etmək istərdim ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan paytaxtındakı mərkəzi bağların birində böyük rus şairi Aleksandr Puşkinə heykəl ucaldılıb. Ölkəmizdə Slavyan Universiteti və Səməd Vurğun adına Rus Dram Teatrı fəaliyyət göstərir, teatrlarımızın çoxunda rusdilli truppa var. Bakıda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi və rusdilli yazıçıların “Luç” Assosiasiyası fəaliyyət göstərir. Rusiyanın iki aparıcı ali məktəbinin - M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenev adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları açılıb.

Bundan əlavə, rus dilində qəzetlər və jurnallar, dərsliklər və bədii ədəbiyyat nəşr olunur, televiziya və radio kanallarında verilişlər translyasiya edilir, Rusiyanın çoxsaylı dövri mətbu nəşrləri satılır.

Əli Həsənov xüsusi vurğulayıb ki, Cənubi Qafqazda etnik rusların ən böyük icması Azərbaycanda yaşayır. Onlar öz ana dilini, mədəniyyətini və milli ənənələrini qoruyub saxlayıblar. Onlar cəmiyyətin ictimai-siyasi, elmi-mədəni və sosial-iqtisadi həyatında geniş təmsil olunurlar, dövlətçiliyimizin möhkəmlənməsində fəal iştirak edirlər. Şübhəsiz ki, bütün yuxarıda deyilənlər hər iki ölkənin və xalqlarımızın qarşılıqlı maraqlarına cavab verən hərtərəfli əməkdaşlığın inkişafına və dərinləşməsinə dəlalət edir.

Çıxışının sonunda Azərbaycan Prezidenti İlham Əliyevin “Ölkələrimiz arasında tamdəyərli tərəfdaşlıq, dostluq, mehriban qonşuluq münasibətləri var. Mehriban dostlar və qonşular arasında münasibətlər belə də olmalıdır” sözlərini xatırladan Əli Həsənov deyib: “Əminəm ki, bu tədbir humanitar əməkdaşlığımızın daha da möhkəmlənməsinə öz töhfəsini verəcək və bizi daha da yaxınlaşdıracaq. Rus Kitab Evinə uğurlu fəaliyyət və çoxlu sədaqətli alıcı, bütün kollektivə möhkəm cansağlığı və işlərində yeni nailiyyətlər arzu edirəm”.

Tədbirdə çıxış edən Rusiya Federasiyası Prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov xatırladıb ki, “Avrasiya Tədqiqatları İnstitutu” İnkişaf Fondu 10 il əvvəl Azərbaycanda dostları ilə birgə bu əlamətdar humanitar layihəni reallaşdırmağa nail olub. “Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi olmasa idi, eləcə də Bakı sakinlərinin rus dili və mədəniyyətinə isti münasibəti olmasa idi, bu ideya həyata keçirilə bilməzdi. Bu gün Rus Kitab Evi təkcə rus dilində ədəbiyyat yayan məkan deyil, həm də Rusiya və Azərbaycanın, eləcə də rus dilini sevən və bu dildə danışan ölkələrin görkəmli yazıçılarının, tarixçilərinin, elm və təhsil nümayəndələrinin görüşdükləri məkana çevrilib. Ötən 10 il ərzində bu məkanda çoxsaylı tədbirlər keçirilib. Əminəm ki, Rus Kitab Evinin fəaliyyəti iki dövlətin müvafiq strukturlarının dəstəyi sayəsində davam edəcək”, - deyən Vladimir Çernov Rus Kitab Evinin 10 illiyi münasibətilə Rusiyanın məşhur nəşriyyatları və universitetlərinin bu məkana böyük miqdarda nüsxə kitablar hədiyyə etdiklərini diqqətə çatdırıb. Yubileyin A.S.Puşkinin anadan olmasının 220 illiyi ilə eyni vaxta düşdüyünü deyən Vladimir Çernov böyük rus şairinə Azərbaycanda verilən yüksək dəyəri qeyd edib, vaxtilə abidəsinin Bakıda açılışını və həmin tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin çıxışını xatırladıb.

Tədbirdə “Azərbaycan” nəşriyyatının baş direktoru Ağabəy Əsgərova Rusiya Federasiyasının dövlət mükafatı olan “A.S.Puşkin” medalı, “Avrasiya Tədqiqatları İnstitutu” İnkişaf Fondunun Azərbaycan filialının icraçı direktoru Rauf Həsənova isə Rusiya Federasiyası Prezidenti Administrasiyası rəhbərinin təşəkkürnaməsi təqdim edilib.

Daha sonra çıxış edən Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası işləri üzrə və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov Azərbaycanda rus dili və ədəbiyyatına göstərilən yüksək münasibətdən, iki dövlət arasında dostluqdan, bu dostluğun, o cümlədən parlament səviyyəsində inkişafından, davamlı olaraq birgə tədbirlər keçirilməsindən danışıb, iki dövlətin liderlərinin bu işə xüsusi töhfə verdiyini bildirib.

Azərbaycan Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin Azərbaycanda cəmiyyətin bu dilə tələbatının yüksək səviyyədə təmin olunduğunu deyib. Bakının müxtəlif yerlərində açılan kitab evlərində də rus dilində kitab bölmələri olduğunu qeyd edən Mixail Zabelin VI Bakı Beynəlxalq Kitab Yarmarkasında Rusiyanın bir çox nəşriyyatlarının iştirak etdiyini xatırladıb. “Bu gün Azərbaycanda 120 mindən çox təkcə rus əhalisi yaşayır. Mən hələ digər millətlərin nümayəndələrini demirəm. Azərbaycan nəinki Qafqazda, bütün Avropaya örnək olan multikulturalizm mərkəzinə çevrilib”, - deyə Mixail Zabelin vurğulayıb.

Mərasimdə çıxış edən Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Rus Kitab Evinin fəaliyyətinə göstərilən dəstəyə görə iki dövlətin müvafiq strukturlarına təşəkkürünü bildirib. Rusiya-Azərbaycan münasibətlərindən söz açan səfir son günlər Azərbaycanda həyata keçirilən birgə mədəni tədbirlər fonunda Rus Kitab Evinin 10 illik yubiley tədbirinin xüsusi yeri olduğunu vurğulayıb. O, yaşadığımız rəqəmsal dövrdə kitaba önəm verilməsini yüksək qiymətləndirib.

Rusiya yazıçısı, publisist Yuri Polyakov Rusiya Kitab Evinin bir mədəniyyət məbədi olduğunu vurğulayıb, müasir dövrdə mütaliənin əhəmiyyətindən danışıb.

Azərbaycanın Xalq yazıçısı, Yazıçılar Birliyinin katibi, Azərbaycan PEN-klubun prezidenti Çingiz Abdullayev Bakıda Rus Kitab Evinin fəaliyyətini yüksək qiymətləndirib, Azərbaycanda cəmiyyətin inkişafında rus dili və ədəbiyyatının rolunu, habelə rus dili və digər dilləri bilməyin önəmini, mütaliənin vacibliyini qeyd edib.

Moskvadakı A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunun rektoru Marqarita Rusetskaya rəhbərlik etdiyi tədris müəssisəsi ilə Azərbaycanın bir çox tədris ocaqları arasında onilliklər boyunca davam edən dostluq, peşəkar münasibətlərdən danışıb, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti ilə əlaqələri vurğulayıb. Rus Kitab Evinin həm də rus dilində danışan, düşünən, oxuyan hər kəsi cəlb edəcəyinə ümidvar olduğunu deyib.

“Azərbaycan” nəşriyyatının baş direktoru Ağabəy Əsgərov, “Avrasiya Tədqiqatları İnstitutu” İnkişaf Fondunun Azərbaycan filialının icraçı direktoru Rauf Həsənov Rus Kitab Evinin fəaliyyətinin önəmindən danışıb, təltif edildiklərinə görə təşəkkürlərini bildiriblər.

Qeyd olunub ki, respublikamızın 350-dən çox ümumtəhsil məktəbində tədris rus dilində aparılır. Ölkəmizin paytaxtında Rusiyanın iki aparıcı ali məktəbinin - M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları açılıb. Bakıda Puşkinin, Lermontovun, Tolstoyun adlarını daşıyan küçələr, Yesenin və Lermontov muzeyləri fəaliyyət göstərir.

Sonda Rus Kitab Evinə rus dilində ədəbiyyat hədiyyə olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Konfrans Liqasında ilk finalçı bəlli olub

Rusiyanın Londondakı hərbi attaşesi ölkədən çıxarılıb

“Paris 2024” Yay Olimpiya Oyunlarının məşəli Marselə gətirilib

Azərbaycan Basketbol Liqası: “Xəzri” seriyanın ilk oyununda qalib gəlib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilib

Xətai rayonunda Milli Qəhrəman İlqar Mirzəyevin büstünün açılışı olub

Ermənistan KTMT-ni maliyyələşdirməkdən imtina edib

Pentaqon: ABŞ qoşunları Nigerdən çıxarılacaq

Vüqar Dəmirbəylinin Dəli Alı haqqında tarixi romanı çapdan çıxıb

Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanılıb

ABŞ-ın müdafiə naziri İsrailə silah tədarükünün təxirə salındığını təsdiqləyib

“Azərpoçt” sabah xüsusi rejimdə fəaliyyət göstərəcək

Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsinin yaranması günü qeyd edilib

Marneulidə ADA Universitetinin soydaşlarımız üçün təklif etdiyi magistr proqramlarının təqdimatı keçirilib

Masallıda Ümummilli Liderin həssas kateqoriyadan olanlara daim xüsusi qayğı ilə yanaşdığı xatırlanıb

Moskvada Avrasiya İqtisadi İttifaqının yubiley sammiti keçirilir

Türkiyə və Azərbaycan prezidentlərinin qətiyyəti, iradəsi və dostluğu əməkdaşlığın təşviqində həlledici rol oynayır

Ankarada Azərbaycan-Türkiyə biznes forumu keçirilib

Ali Məclisin plenar iclasında hökumətin hesabatı dinlənilib

Azərbaycanda “Qızıl Şah” IV Milli Kulinariya Çempionatı keçiriləcək

Marneulidə “Əsrin yadigarı – Heydər Əliyev” kitabının təqdimatı keçirilib

“Peşəkarlarla görüş”də qida sahəsində gigiyena tələbləri barədə məlumat verilib

Azərbaycan-İsrail əməkdaşlığının cari vəziyyəti və perspektivləri müzakirə edilib

Naxçıvanda Kitab festivalı keçirilir

Faşizm üzərində Qələbədə Azərbaycan xalqının və Bakı neftinin böyük rolu olub - RƏY

Bolqarıstanın sabiq nazir müavini: Bizim üçün Azərbaycan qazının tədarükünün artırılması enerji təhlükəsizliyimizin açarıdır - MÜSAHİBƏ

Qida Təhlükəsizliyi Agentliyi COP29 tədbiri ilə bağlı növbəti təlim keçirib

“Le Figaro”: Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər

DGK: Avtomobil ehtiyat hissələrinin qanunsuz gətirilməsinin qarşısı alınıb

“Heydər Əliyev və elmi potensialın inkişaf dinamikası” - respublika elmi konfransı

Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konfrans

Seysmoloji Xidmət Mərkəzində Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Azərbaycan tikinti şirkətlərinin İraqda aparılan quruculuq işlərində iştirakı müzakirə edilib

Azərbaycan Çində beynəlxalq mədəniyyət festivalında təmsil olunub

10 May: məziyyəti, məsuliyyəti, müjdəsi...

İlahiyyat İnstitutunun əməkdaşı Gürcüstanda beynəlxalq elmi konfransda iştirak edib

Gürcüstan DİN ölkədə aksiya keçirmək istəyənlərə sərt xəbərdarlıq edib

Sabah “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq

Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Beynəlxalq İşəgötürənlər Təşkilatı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq müzakirə edilib

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü COP29-a dəvət olunub

YAP Mərkəzi Aparatında Vyetnam-Azərbaycan və Laos-Azərbaycan dostluq qruplarının üzvləri ilə görüş olub

Sloveniyada Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin xatirəsi anılıb

Əqli Mülkiyyət Agentliyində Sənaye Mülkiyyəti Obyektlərinin “Açıq reyestri”nin fəaliyyəti yenilənib

Gürcüstanda təbii fəlakət nəticəsində bir nəfər ölüb, bir nəfər itkin düşüb

Dərman müalicəsinin nanohissəciklərlə dəyişdirilməsi istiqamətində tədqiqatlar aparılır

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilib VİDEO

Heydər Əliyev irsində Azərbaycan tarixinin aktual məsələləri – dəyirmi masa

Təhsildə sosial iş xidmətinin həssas qruplara təsiri müzakirə olunub

Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb

Narkotik vasitələri paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirən şəxslər saxlanılıblar

Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstan Prezidenti Rumen Radevlə görüşüb

® “Kapital Bank”la avtomobil arzunuza çatmaq daha asandır

Lisenziya turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli olub

EMTA BSU-da “Yaşıl enerjiyə keçid” mövzusunda seminar təşkil edib

Bu günədək sənaye zonalarında istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac edilib

Silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə respublika çempionatında 86 polis əməkdaşı mübarizə aparıb

“Ulu Öndərin işığında” kitabının təqdimatı olub

Bolqarıstan Prezidenti və xanımı Milli Gimnastika Arenası ilə tanış olublar

Sahibə Qafarova: Parlamentlərin qarşılıqlı fəaliyyəti Azərbaycan-Bolqarıstan münasibətlərinə müsbət təsir göstərən amillərdəndir

Rumen Radev: Bolqarıstan-Azərbaycan əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə töhfə verir

UNEC-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

AZPROMO: Məqsədimiz Azərbaycanın kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxışını dəstəkləməkdir

Ağdam kəhrizlərində mikrobioloji tədqiqatlar aparılır

Baş nazir Əli Əsədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb

“Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Qafqazşünaslıq İnstitutunda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kitab təqdimatı və sərgi keçirilib

Nəsimi rayonunda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar

“İçərişəhərim” rəsm müsabiqəsinin vaxtı uzadılıb

Qusarda qəza törədən avtomobil rabitə dirəyini aşırıb

Nərimanov rayonundakı bazarda bəzi məhsulların satış sahələrinə məhdudiyyət qoyulub

Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb

Dövlət Proqramı İdarəetmə Qrupu aprel üzrə vətəndaş müraciətlərinin statistikasını açıqlayıb

Azərbaycan Silahlı Qüvvələrinin yaradıcısı Ulu Öndər həmişə dərin hörmət və ehtiramla anılır

Yaponiyada komiks tərcüməsi üçün süni intellektdən istifadə ediləcək

Fizika İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş tədbir keçirilib

Təbriz qəzeti Ulu Öndər Heydər Əliyevə həsr olunmuş məqalə dərc edib

Süni intellekt və yeni inkişaf meyarları

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə “Açıq qapı” günü təşkil olunacaq

ADPU-da tədbir: “Əbədi ömrün ikinci yüzilliyi”

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Azərbaycan Bəstəkarlar İttifaqında Ulu Öndərin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Azərbaycan Premyer Liqasında XXXV turun oyun cədvəli açıqlanıb

Ankarada Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib VİDEO

Gəncədə “Yaradıcı müzakirələr” keçirilir

“Qalatasaray”ın hücumçusu bu mövsüm ən çox məhsuldar ötürmə edən futbolçudur

Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Varis Yolçiyev: “BOOKFEST” Naxçıvan Kitab Sərgisinin təşkili təqdirəlayiq addımdır

Koreyada təhsil alan azərbaycanlı tələbələr üçün magistraturaya qəbul imtahanı keçirilib

ADA və Bolonya universitetlərinin “Dayanıqlı bağçılıq sistemləri” mövzusundakı birgə sertifikat proqramı “MacFrut” sərgisində VİDEO

Ulu Öndərin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan qüdrətli dövlətə çevrilib

Bilyardın “Pool-9” növü üzrə Azərbaycan çempionatı keçiriləcək

“Tamstore” marketlər şəbəkəsi “Bu qiymətlər bir daha olmayacaq” kampaniyasına start verib

“Sən elə bir zirvəsən!” tamaşası yenidən Akademik Musiqili Teatrın səhnəsində

® “Caspian Energy Forum Izmir 2024” oktyabr ayında keçiriləcək

“The Standard”: COP29-a ev sahibliyi etməyə hazırlaşan Azərbaycan tarixi anın astanasındadır

İsmail Serageldin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib

Dövlət Komitəsi daha bir beynəlxalq mükafata layiq görülüb VİDEO

İsmail Serageldinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı