Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Bakıda üç gün davam edən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu uğurla başa çatıb VİDEO

Bakı, 27 aprel, AZƏRTAC

Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna aprelin 27-də yekun vurulub.

AZƏRTAC xəbər verir ki, yekun mərasimi bəşəriyyətin minilliklər ərzində keçdiyi tarixi inkişaf yolundan bəhs edən videofilmin təqdimatı ilə başlanıb. Bu videofilmdə Yer üzündə yüz minlərlə insanın həyatına son qoyan müharibələr, hələ də davam edən qırğınlar, məcburi miqrasiya problemləri ilə yanaşı, əlamətdar hadisələr, sülhə çağırış, birgəyaşama, insana və insanlığa sevgi dolu şüarlar öz əksini tapıb.

BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir deyib ki, Forum işini uğurla yekunlaşdırıb. Azərbaycan hökuməti ilə apardığımız əməkdaşlıqdan qürur duyuram. Gözəl təşkilatçılığa görə Azərbaycana, Alyansın həmtəsisçiləri İspaniya və Türkiyəyə təşəkkür edirəm.

Nasir Əbdüləziz Əl-Nasir deyib ki, BMT-nin Sivilizasiyalar Alyansı inklüziv cəmiyyətdə birgəyaşayışı məqsəd kimi qarşıya qoyub. Forum çərçivəsində yaxşı təcrübəni bölüşmək üçün platforma, inklüziv cəmiyyətdə birgəyaşama müzakirə olundu. “Biz burada mövcud tərəfdaşları müəyyən etdik. Burada müxtəlif tələblər var idi. Hökumətlər, icmalar, dini liderlər öz fikirlərini bölüşüblər. Bu gün biz 2030-cu ilə qədər inklüziv cəmiyyətlərdə birgəyaşayış problemlərini müzakirə etdik. İnklüziv cəmiyyət sülhün təminatıdır. O, həmçinin məşğulluğa təminat verir, qeyri-bərabərliyi, təcridolunmanı aradan qaldırır. Biz zorakı ekstremizmə qarşı mübarizənin müxtəlif üsulları barədə müzakirələr apardıq”, - deyə ali nümayəndə vurğulayıb.

Nasir Əbdüləziz Əl-Nasir deyib: “Biz Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın çıxışını dinlədik. Onun rəhbərlik etdiyi Fondun fəaliyyəti ilə tanış olduq. Məlum oldu ki, onlar da sosial inklüzivlik sahəsində çalışırlar”. Gənclər, media və təhsil bizim proqrama daxil olan sənədlərdə əks olunub. Bütün bunlar zorakı ekstremizmə qarşı mübarizədə mühüm rol oynaya bilər. İnklüzivliyi bundan sonra da təşviq etməliyik.

Ali nümayəndə deyib ki, Forum çərçivəsində təşkil olunan plenar və bölmə iclaslarında sosial şəbəkələr, media vasitəsilə təhsildə olan boşluqların aradan qaldırılmasından danışdıq. Zorakılıq və terrorizmin aradan qaldırılması barədə söhbətlər apardıq. Bu gün Avropada baş verən miqrasiya böhranı, həmçinin mətbuatdan da müəyyən öhdəlik tələb edir. Sosial təcridolunma halları bu boşluqların olması səbəbindən yaranır. Ekstremizm, terrorizm təhsilə zərbədir. Bu halda insan haqları pozulur, insanların istək və arzuları məhv olur. Sülh və təhlükəsizlik olmadan cəmiyyətlər də lazımi şəkildə inkişaf edə bilməz.

Forumda gənclərin rolundan danışan ali nümayəndə deyib: “Biz gənclərin təşəbbüslərini dəstəkləməliyik. Məhz bu bizdən bir çox prosesləri həyata keçirməyi tələb edir. Hesab edirəm ki, biz gələcəyə ümidlə baxa bilərik. Forum çərçivəsində, həmçinin gördük ki, gənclərin inkişafı inklüziv cəmiyyətlərdə daha böyük sürətlə baş verə bilər”.

Alyans rəsmisi Məşvərət Şurasının işinin başlamasını rəsmən elan edib. O bildirib ki, Şura siyasi, dini, vətəndaş cəmiyyəti və akademik sahənin ali nümayəndələrindən ibarət olacaq və Alyans üçün tövsiyələrlə çıxış edəcək.

BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi vurğulayıb ki, idmanla da insanları bir araya gətirə bilərik. İdman mühüm bir sosial inklüzivlik ahəngdarlığıdır. Sentyabr ayında Qırğızıstanda keçiriləcək köçəri oyunlarını dəstəkləyirəm. Noyabr ayında mədəni özünəməxsusluğa həsr edilən konfrans keçiriləcək. Daha sonra beynəlxalq idman təhlükəsizlik mərkəzi ilə razılaşma memorandumu imzalayacağıq. Sivilizasiyalar Alyansı olaraq bir sıra təşkilatlarla əməkdaşlıq üçün razılığa gəldik. Təqaüd proqramları layihəsinin həyata keçirilməsi təşəbbüsünü də irəli sürdük.

Qonaq deyib ki, sülh və davamlı inkişafa birgə çalışmaqla, debatlar aparmaqla nail olmaq olar. “Biz qeyri-adi dəyişikliklərin baş verdiyi dünyada yaşayırıq. Bu dəyişikliklər bizim həyat tərzimizi müəyyənləşdirir. Həmçinin özümüz də bu dəyişiklikliyə uyğunlaşmalıyıq”, - deyə BMT rəsmisi vurğulayıb.

Nasir Əbdüləziz Əl-Nasir deyib ki, bütün bu uğurlarla yanaşı, VII Qlobal Forumda qəbul edilən Bakı Bəyannaməsi tədbirin çox önəmli hadisəsidir.

O, çıxışının sonunda Azərbaycan hökumətinə Forumun yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib.

Mədəniyyət və turizm naziri, Forumun Təşkilat Komitəsinin rəhbəri Əbülfəs Qarayev Azərbaycan adından BMT-nin Sivilizasiyalar Alyansına Forumun Bakıda keçirilməsinə dair qərarına görə təşəkkür edib. Bu qərar Azərbaycanda tolerantlıq, birgəyaşama dəyərlərinə olan münasibətin təzahürüdür.

Forumun nəticələrindən danışan nazir bildirib ki, tədbirin açılışında Azərbaycan və Türkiyə prezidentlərinin, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsinin, İspaniyanın xarici işlər nazirinin çıxışlarında sülhün müdafiəsi, qlobal təhlükəsizlik üçün inklüziv cəmiyyətin inkişafının vacibliyi vurğulanıb. Forumda dünyanı sülhə və dialoqa çağıran Bakı Bəyannaməsi qəbul edilib. Bu siyasi sənəd ölkəmizin gələcəkdə bir sıra mühüm layihələri reallaşdırmasına təkan verəcək.

Əbülfəs Qarayev deyib ki, Forumda 147 xarici ölkədən 1500-dən çox qonaq iştirak edib. Ümumi qeydiyyatdan keçənlərin sayı 4300-dən çox olub. Könüllüləri də daxil etsək, Forumun işində 6 mindən çox insan iştirak edib. Forumda 120-dən çox yüksək səviyyəli hökumət və beynəlxalq qurum rəsmisi təmsil olunub.

Bildirilib ki, Forum çərçivəsində 3 gün ərzində ümumilikdə 41 tədbir keçirilib. Təşkilat Komitəsi Forumla bağlı 86 mədəni tədbir təşkil edib.

Nazir qeyd edib ki, Forumun plenar və bölmə iclaslarında 168 natiqin çıxışı dinlənilib. Alyansın Dostları Qrupunun yüksək səviyyəli iclasında isə 70-dən çox rəsmi nümayəndə çıxış edib.

Forumun işinin yerli və xarici media qurumları tərəfindən yüksək səviyyədə işıqlandırılmasına görə Ə.Qarayev mətbuat işçilərinə minnətdarlığını bildirib.

Nazir deyib ki, “Bakı Prosesi” artıq qlobal status alıb və bu istiqamətdə işlər davam etdiriləcək. Azərbaycan 2017-ci ildə IV Ümumdünya Mədəniyyətlərarası Qlobal Forumuna ev sahibliyi edəcək.

Sonda nazir tədbirin yüksək səviyyədə təşkilində iştirak edən bütün təşkilatlara minnətdarlığını bildirib.

Bakıda üç gün davam edən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu uğurla başa çatıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır

Burkina Faso hökuməti: “Human Rights Watch” öz hesabatı ilə ölkənin imicini ləkələmək istəyir

Azərbaycanın həvəskar xokkey komandası Rusiya təmsilçisinə qalib gəlib

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib

“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib

İrpendə “Azərbaycan Günü” keçirilib

Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib

AZƏRTAC-ın xüsusi müxbiri Gürcüstanın internet televiziyasında çıxış edib

Çində tornado baş verib, ölənlər var

Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində 2 nəfər həlak olub

Şirvanda kəsici-deşici alətlərin satıldığı obyektlər müəyyən edilib

Tailandın xarici işlər naziri hökumətdəki dəyişikliklərdən sonra istefa verib

Şahdilidə ekoturizm yarışması

Gürcüstan Parlamentinin sədri ABŞ senatorlarını sərt tənqid edib

Bu gün ali təhsil müəssisələrinin magistraturalarına II cəhd qəbul imtahanı keçirilib

On doqquzuncu İstanbul yarımmarafonunun qalibləri müəyyənləşib

“Şərq-Qərb” avtomagistralının Gürcüstandan keçən Şorapani-Arqveta hissəsi istifadəyə verilib

Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü inşa ediləcək

Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Abşeron rayonunda vətəndaş ona hədiyyə edilən sənədləri olmayan ov tüfəngini könüllü polisə təhvil verib

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb

Nijni Novqorodda Azərbaycan məhsullarının təqdimatı keçirilib VİDEO

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir

Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

ADPU-da “Təhsildə psixoloji xidmətin aktual problemləri” mövzusunda birinci Respublika Forumu keçirilib

Laçın və İrpen şəhərləri qardaşlaşacaq

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!

“Avroviziya 2024" mahnı müsabiqəsində səslənəcək “Özünlə apar” mahnısına çəkilmiş klip təqdim edilib VİDEO

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi mərhələsi yekunlaşır

Böyük Britaniyanın Azərbaycandakı səfiri Naxçıvanla bağlı paylaşım edib

Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb

Zəngilanda silah-sursat aşkar edilib

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib VİDEO

Yevlaxda avtoxuliqanlıq edən şəxs saxlanılıb

“Bulaq” verilişinin əvəzsiz aparıcısı

Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib VİDEO

Rusiyada zəlzələ baş verib

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV