Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

BAKIDA “XƏZƏR NEFT, QAZ, NEFTAYIRMA VƏ NEFT KİMYASI-2006” XIII BEYNƏLXALQ SƏRGİ VƏ KONFRANSI AÇILMIŞDIR
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV AÇILIŞ MƏRASİMİNDƏ İŞTİRAK ETMİŞDİR

İyunun 6-da Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində “Xəzər neft, qaz, neftayırma və neft kimyası-2006” XIII beynəlxalq sərgi və konfransının təntənəli açılış mərasimi olmuşdur.

Cari ildə bu mötəbər tədbirdə dünyanın 30-dan çox ölkəsindən 360 şirkət, habelə yüksək təcrübəyə malik 100-dən çox yerli şirkət və təşkilat iştirak edir. Ötən illə müqayisədə bu il iştirakçıların sayı artmış, sərginin sahəsi isə 15 faiz genişlənmişdir. Bu, Azərbaycanın dünyanın mühüm neft hasilatçılarından birinə çevrilməsinə əyani sübutdur.

bp, LUKoyl, Bos Shelf və s. şirkətlərin maliyyə dəstəyi göstərdiyi sərgidə bir neçə şirkətin ilk dəfə təmsil olunması Avropa və Asiya şirkətlərinin Azərbaycanın neft-qaz sektoruna marağının artmasını göstərir. Ənənəvi sərgi-konfransın təşkilatçıları Azərbaycan Ticarət və Sənaye Palatası və Britaniyanın “Kaspian İvents Limited” şirkətidir.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva sərginin açılış mərasimində iştirak etmək üçün İdman-Konsert Kompleksinə gəldilər. Mərasimə toplaşanlar Azərbaycan Prezidentini hərarətlə qarşıladılar.

Mərasimi giriş sözü ilə açan İTE Group şirkətinin baş məsləhətçisi ANDRYU VUD növbəti dəfə Bakıda keçirilən sərgini bütün dünyanın Azərbaycana artan marağı kimi səciyyələndirərək dedi ki, bu sərgi hər zaman çox mühüm bir hadisədir. Builki sərgi isə daha böyük əhəmiyyət daşıyır. Çünki Azərbaycanın enerji sektoru genişlənir və bütün dünyada ona maraq artır. Xüsusilə önəmli haldır ki, Azərbaycan şirkətləri bu sərgidə daha çox iştirak edir. Ona görə də bu, sözün əsil mənasında böyük bir sərgidir.

Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti SÜLEYMAN TATLIYEV sərginin açılışını Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə Avropa bazarına çıxarılması ilə bir vaxta təsadüf etməsini xalqımız üçün ikiqat bayram kimi dəyərləndirdi. O dedi ki, bizim üçün böyük şərəfdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev gərgin iş rejiminə baxmayaraq, həmişə olduğu kimi, sərginin açılışı mərasimində iştirak edir. İcazə verin, hamımızın adından onu bir daha ürəkdən salamlayım və açılış mərasimində iştirakına görə dərin təşəkkürümüzü bildirim.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev siyasətinə sadiq qalaraq, respublikamızın iqtisadiyyatının bütün sahələrinin yüksək sürətlə inkişafı üçün genişmiqyaslı işlər görür, bir çox beynəlxalq və regional layihələrin təşəbbüskarı kimi çıxış edir.

Builki sərginin keçirilməsi müstəqil Azərbaycan üçün dünya əhəmiyyətli tarixi bir günə təsadüf edir. Azərbaycan neftinin Respublika günündə Ceyhan terminalına daxil olması, oradan da Avropaya göndərilməsi hamımız üçün ikiqat bayrama çevrilmişdir. Bakı-Tbilisi-Ərzurum qaz kəməri də istifadəyə verilmək üzrədir.

Xəzər neft-qaz sərgisində iştirak edən ölkələrin və onları təmsil edən şirkətlərin sayı ilbəil artmaqdadır. Misal üçün, 1994-cü ildə birinci sərgidə 12 ölkədən cəmi 150 şirkət iştirak etmişdisə, bugünkü sərgidə 360 şirkət iştirak edir. Bu isə onu göstərir ki, hər il keçirilən sərgi beynəlxalq nüfuzunu artıraraq, uzunmüddətli səmərəli əməkdaşlıq meydanına çevrilir və respublikada energetika sahəsinin inkişafına yönəldilən əməli tədbirlərdən biridir. Çox fərəhləndirici haldır ki, bu gün burada yüksək təcrübəyə malik olan 100-dən çox yerli şirkət və təşkilat da təmsil olunur. Ümidvarıq, həmişə olduğu kimi, sərgi və konfrans günlərində yeni görüşlər və müzakirələr nəticəsində işgüzar əlaqələr daha da möhkəmlənəcək, yeni-yeni əməkdaşlıq layihələrinin əsası qoyulacaqdır. Bu işdə sizin hamınıza böyük müvəffəqiyyətlər diləyirəm.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə nitq söylədi.

X X X

ABŞ-ın dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşaviri MƏTYU BRAYZƏ çıxışında əhatəli nitqinə görə Prezident İlham Əliyevə təşəkkür edərək dedi ki, bu, bizim strateji maraqlarımızı əks etdirən bir nitq idi. Lakin mən ilk öncə, ABŞ Prezidenti Corc Buşun Prezident İlham Əliyevə məktubunu oxumaq istəyirəm.

Mətyu Brayzə Prezident Corc Buşun təbrik məktubunu oxudu.

ABŞ diplomatı dedi ki, hesab edirəm, Prezident Buşun məktubu Amerikanın Azərbaycanla tərəfdaşlıqla bağlı fikirlərini çox aydın şəkildə nümayiş etdirir. Biz uzun illər ərzində bu layihənin həyata keçirilməsində sizinlə işləməyimizdən çox fərəh hissi duyuruq. Bu layihə başlayanda bir çoxları, hətta indi burada əyləşən şəxslərin əksəriyyəti inanmırdı ki, bu, reallığa çevrilə bilər. Lakin Azərbaycan öz səyləri nəticəsində bunu reallığa çevirə bildi.

Türkiyə, Gürcüstan və Azərbaycan hökumətlərinin səyləri, xüsusən də Prezident Heydər Əliyevin uzaqgörən siyasəti, onun Türkiyə Prezidenti Süleyman Dəmirəllə əməkdaşlığı sayəsində bu layihənin gerçəkləşməsi mümkün olmuşdur. Artıq növbəti mərhələyə Prezident İlham Əliyevin rəhbərliyi altında qədəm qoyuruq. Biz artıq böyük inamla bu işləri yerinə yetirməkdəyik.

Bəzi region dövlətləri hesab edirdilər ki, Azərbaycanda kifayət qədər qaz ehtiyatı yoxdur. Lakin mən sizi əmin edirəm ki, bu, düzgün deyildir. Şirkətlərimiz, Azərbaycan hökuməti qaz hasilatının daha da artırılması üçün mümkün variantları nəzərdən keçirir. Qaz kəməri çəkiləndən sonra Azərbaycan qazı Türkiyəyə çatdırılacaqdır. Eyni zamanda, Xəzər dənizinin digər sahilində yerləşən dövlətlər də öz təbii sərvətlərini məhz Azərbaycanın imkanlarından istifadə edərək nəql edə biləcəklər. Bir sözlə, mən hesab edirəm ki, Azərbaycanla olan münasibətlərimiz və əməkdaşlığımız bir çox sahələrdə öz təzahürünü tapır. Prezident Buş da hesab edir ki, Azərbaycanla ötən illər ərzində aparılan əməkdaşlıq olduqca məzmunlu idi. Hesab edirik ki, bu ölkədə, Azərbaycanda demokratik dəyərlər daha böyük mənada bərqərar olunmaqdadır. Bu baxımdan biz bölüşdüyümüz dəyərlərin daha da inkişaf etidirilməsində sizinlə əməkdaşlığımızı gələcəkdə davam etdirmək əzmindəyik.

X X X

Böyük Britaniyanın Azərbaycandakı səfiri LORENS BRİSTOUN çıxış edərək dedi:

- Cənab Prezident, xanımlar və cənablar!

Bu gün Azərbaycanda olmaq çox əlamətdar bir hadisədir. Son 10 il ərzində Azərbaycan xalqı böyük işlər görmüşdür. Bu cür nəhəng layihənin həyata keçirilməsi Azərbaycan, Gürcüstan və Türkiyədəki insanların böyük zəhməti əsasında mümkün olmuşdur. Mən əldə olunmuş nailiyyətləri yüksək dəyərləndirirəm. İndi isə mən Birləşmiş Krallığın Baş naziri Toni Bleyerin məktubunu oxumaq istəyirəm.

Səfir Lorens Bristoun Baş nazir Toni Bleyerin təbrik məktubunu oxudu. (Məktub qəzetin bugünkü nömrəsinin birinci səhifəsində dərc edilir).

X X X

Türkiyənin energetika və təbii ehtiyatlar nazirinin müavini SALİH PAŞAOĞLU Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsinin qardaş ölkədə yüksək əhval-ruhiyyə doğurduğunu bildirərək dedi:

- Hörmətli cümhurbaşqanı, çıxışıma Sizi təbriklə başlamaq istəyirəm. Sizi səmimi qəlbdən təbrik edirəm. Sizin şəxsinizdə bütün Azərbaycan xalqını Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin tamamlanıb istismara verilməsi və ilk neftin tankerə yüklənməsi münasibətilə ürəkdən təbrik edirəm. Bu layihənin həyata keçməsində çox böyük əməyi olmuş görkəmli dövlət xadimi, böyük lider Heydər Əliyevi hörmətlə, ehtiramla və rəhmətlə anıram.

Hörmətli Cümhurbaşqanı, bu mühüm hadisəni, inşallah, iyunun 13-də Türkiyədə, Heydər Əliyev adına Ceyhan terminalında Türkiyə, Azərbaycan və Gürcüstan prezidentlərinin təşrifi və hörmətli qonaqların iştirakı ilə birlikdə təntənəli mərasimlə, bayram əhval-ruhiyyəsi və coşqu ilə qeyd edəcəyik. “Əsrin müqaviləsi”nin tamamlanıb Azərbaycan neftinin Türkiyə vasitəsilə Qərbə getməsinin başlanmasını bayram edəcəyik.

Çox qısa bir zamandan sonra isə “Şahdəniz” qazının da Türkiyə ərazisindən Qərbə nəqlini bayram edəcəyik. İnşallah, bu ilin sonunda Bakı-Tbilisi-Ərzurum qaz xəttinin tamamlanması ilə Xəzər qazı Türkiyəyə gələcək və buradan Avropaya nəql olunacaqdır.

XIII beynəlxalq Xəzər neft-qaz sərgisi və konfransının çox səmərəli və faydalı keçməsini arzulayır və hamınıza hörmətimi bildirirəm.

X X X

Gürcüstanın yanacaq və energetika nazirinin müavini İSAQ NOVRUZOV neft-qaz kəmərlərinin region ölkələrinın iqtisadi inkişafına təsirindən danışdı. O, ötən qış mövsümündə Gürcüstanda yaranmış enerji böhranı zamanı Azərbaycan Prezidenti İlham Əliyevin göstərdiyi humanizmi gürcü xalqının heç vaxt unutmayacağını xüsusi vurğuladı. İ.Novruzov dedi ki, həmin dövrdə Azərbaycanın özünün də ehtiyacı olmasına baxmayaraq Prezident cənab İlham Əliyev Prezidentimiz Mixail Saakaşvilinin müraciətinə müsbət cavab verdi, Gürcüstan vətəndaşlarını soyuqdan və zülmətdən xilas etdi. Buna görə də Gürcüstan rəhbərliyi və adi vətəndaşlar dost, qardaş Azərbaycanın rəhbərliyinə, gürcü xalqının dərin hörmətini qazanmış ümummilli lider Heydər Əliyevin siyasətini uğurla həyata keçirən Azərbaycan Prezidenti cənab İlham Əliyevə təşəkkür edirlər.

Bu günlərdə GUAM ölkələrinin zirvə toplantısında ölkələrimizin energetika təhlükəsizliyini təmin edəcək yanacaq-energetika şurası yaratmaq qərara alınmışdır. Bir zamanlar xəyal kimi görünən, lakin bu gün artıq gerçəklik olan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri ölkələrimizi bir-birinə daha sıx bağlayır.

X X X

İsrailin milli infrastruktur naziri BENYAMİN BEN-ELİEZER artıq dünyada neft ölkəsi kimi tanınmış Azərbaycanın öz siyasətini bütün dövlətlərlə bərabərhüquqlu tərəfdaş kimi qurmasını ölkə rəhbərliyinin uğurlu daxili və xarici siyasətinin təntənəsi kimi səciyyələndirdi.

O dedi ki, mən buraya Bakıdan 2 min kilometr uzaqda yerləşən, lakin Ceyhandan 600 kilometr cənubda yerləşən İsrail dövlətindən gəlmişəm. Ona görə gəlmişəm ki, sizi ilk Azərbaycan neftinin Ceyhana çatması və oradan da tankerlərlə Aralıq dənizi ilə Qərbə göndərilməsi münasibətilə təbrik edim. Azərbaycan tərəfdaşlıq və əməkdaşlıq siqnalları göndərən bir dövlətdir. Yəhudilər də 100 illərdir bu ölkənin xoşbəxt sakinləridir və İsrail Azərbaycan diasporunu yüksək qiymətləndirir, eyni zamanda, Azərbaycandakı yəhudi diasporu ilə sıx işləyir.

Mənim üçün Azərbaycanda gördüyüm qonaqpərvərlik, açıqlıq və səmimiyyət çox mühüm bir əlamətdir. Xüsusilə ona görə əhəmiyyətlidir ki, bizim zamanda bəziləri münaqişələri artırmaq istəyirlər. Cənab Prezident, İsrail yüksək keyfiyyətli Xəzər nefti və qazı üçün çox gözəl müştəri ola bilər. İsrail Aşilon-Lapa kəməri vasitəsilə Xəzərin xam neftinin Asiya bazarlarında satılmasında tərəfdaş ola bilər. Bu kəmərin mühüm potensialı vardır. İnanıram ki, Azərbaycan və israil arasındakı əməkdaşlıq imkanları çox genişdir. Səbirsizliklə gözləyirəm ki, gələcəkdə Azərbaycanla İsrail arasında əməkdaşlığın əlavə yolları işlənib hazırlanacaqdır. Bu əməkdaşlıq həm Azərbaycan, həm də İsrail xalqları üçün faydalı olacaqdır.

X X X

Qazaxıstanın energetika və mineral ehtiyatlar nazirinin müavini İLYA ZAKİMOV Xəzər regionu ölkələrinin Azərbaycanın təcrübəsindən bəhrələnməsi və Xəzərin karbohidrogen ehtiyatlarından istifadədə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikirlərini söyləyərək dedi:

- Əziz azərbaycanlı həmkarlar, bilirik ki, sizin neft-qaz hasilatı sahəsində çox böyük təcrübəniz var və bu təcrübə əsrlər boyu toplanmışdır. Bilirik ki, siz Xəzərdə ilk axtarış-kəşfiyyat, habelə hasilat işləri görmüş insanlar olmusunuz. Ona görə də bizimlə bölüşməyə təcrübəniz var. Bu gün sizinlə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən neft-qaz hasilatı sahəsində ümumi işlərimiz çoxdur. İndi biz Qazaxıstan neftinin BTC sistemi vasitəsilə dünya bazarlarına nəqlinə kömək haqqında müqaviləni başa çatdırmaq mərhələsindəyik. Zənnimcə, bu müqavilə yaxın gələcəkdə imzalanacaq və o, qarşılıqlı fəaliyyətimizi genişləndirməyə böyük imkan yaradacaqdır.

Bundan başqa, biz sizinlə qazın nəqli məsələsini də mütləq nəzərdən keçirəcəyik. Belə ki, indi bu məsələ bir çox ölkələr üçün, xüsusən də Avropa üçün çox vacibdir. Düşünürəm ki, əvvəlki işlərdə topladığımız təcrübə bizə kömək edəcəkdir.

İcazə verin, bir daha bu sərgiyə uğurlar arzulayım. Əminəm ki, bölüşməli təcrübə və danışmağa mövzu olacaq və bu, bizə yeni birgə işlərə başlamağa imkan verəcəkdir.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimindən sonra sərginin pavilyonları ilə tanış oldu. Dövlətimizin başçısı əvvəlcə ARDNŞ-in ekspozisiyasına baxdı. Burada 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasından başlayan çətin və uzun yolun region üçün həlledici əhəmiyyətli sonluğunu əks etdirən maraqlı ekspozisiya nümayiş etdirilir.

Ümumiyyətlə, sərgidə dünyanın ən məşhur neft-qaz şirkətləri təmsil olunmuşdur. Hər bir pavilyonda dövlətimizin başçısına məlumat verildi ki, neft-qaz sərgilərinə marağın ildən-ilə artması ümummilli liderimiz Heydər Əliyevin neft strategiyasının uğurlu həlli ilə bağlıdır. Bakıda sərgi-konfranslar işgüzar müzakirələr, səmərəli danışıqlar aparılması, dünyanın enerji sektorundakı nailiyyətlərin nümayişi, əlverişli sazişlər bağlanılması baxımından müstəsna əhəmiyyət kəsb edir. Builki sərgidə ekspozisiyaların 26 faizi əvvəllər heç vaxt Azərbaycan bazarına çıxmamış yeni şirkətlərin payına düşür. Milli qurumlar üçün pavilyonlar İtaliya, Yaponiya, Almaniya, Rusiya, Böyük Britaniya, Polşa və digər ölkələr tərəfindən əvvəlcədən sifariş edilmişdir.

Prezident İlham Əliyev neft və qaz yataqlarının istismarı, platformalar və üzən qazma qurğuları, qaz hasilatı üçün avadanlığın layihələşdirilməsi, istehsalı və texniki qulluq, boruların çəkilməsi və boru kəmərlərinin təhlükəsizliyini təmin edən sistemlər və digər sahələrə aid ekspozisiyalarla yaxından tanış oldu.

Şirkətlər neft-qaz və neft kimyası sənayesi, karbohidrogenlərin nəqli ilə bağlı ən müasir texnologiyaları nümayiş etdirirlər.

Dövlətimizin başçısı MakDermott, Bos Shelf, bp, “Statoyl”, “İtoçu”, “Total”, “LUKoyl”, “Siemens” kimi nəhəng şirkətlərin ekspozisiyalarına da baxdı.

Sərgidə ölkəmizi təmsil edən ARDNŞ-in, Alkon LTD-nin, Milli Elmlər Akademiyasının, Dövlət Neft Akademiyasının, “Azəriqaz”, “Azərikimya” səhmdar cəmiyyətlərinin və digər qurumların ekspozisiyaları ölkəmizin potensialı barədə təsəvvür yaradır.

Azərbaycan Prezidenti İlham Əliyev sərgi iştirakçılarına uğurlar arzuladı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakı-Tbilisi-Qars dəmir yolu xəttində modernizasiya işləri başa çatıb

ADAU-da sahibsiz heyvanlarla bağlı növbəti aksiya

Avropa çempionatı: Azərbaycanın U-17 yığmasının seçmə mərhələdəki rəqibləri bəlli olub

Agentlik aprel üzrə diplomların tanınması statistikasını açıqlayıb

Pakistanda avtobus qəzasında ölənlərin sayı 20 nəfərə çatıb

Norveçli səyyahlar Laçında həyata keçirilən bərpa və yenidənqurma işləri ilə tanış olublar

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşların müraciətlərini dinləyib

BP-nin dəstəyi ilə Sumqayıt Dövlət Universitetində kimya mühəndisliyi üzrə yeni magistr proqramı yaradılıb

AZƏRTAC-ın İdarə Heyətinin sədri: Həmkarlarımızı COP29 barədə informasiyaların yayılması üzrə birgə fəaliyyətə dəvət edirik

Rusiya din xadimi: Azərbaycan gündən-günə dinlərarası dialoq mərkəzi kimi mövqeyini gücləndirir

Azərbaycanın hərbi qulluqçuları “Anatolian Phoenix-2024” beynəlxalq təlimində iştirak edəcəklər

Azərbaycanda bu mövsüm pambıq sahələrinin sığortasında yenilik tətbiq olunub

Azərbaycan gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib

Özbəkistanın Daşkənd Kimya-Texnologiya İnstitutunun rektoru BDU-da

Coğrafiya dərsliyinin məzmunu, quruluşu və tədrisi metodikasının xüsusiyyətləri – vebinar

Bakıda fəaliyyət göstərən çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Milanda içki satışına bəzi qadağalar qoyulub

ANAMA nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzurda 248 min hektar ərazi minalarla yüksək səviyyədə çirkləndirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş olub

Bakı güləş üzrə Avropa çempionatına ev sahibliyi edəcək

Azərbaycan və Səudiyyə Ərəbistanı enerji tərəfdaşlığını gücləndirən sənədlər imzalayıb

Paytaxtın abad məhəllələrində minifutbol yarışları başa çatıb

Vyetnamda qidadan 487 nəfər zəhərlənib

Biologiya və coğrafiya üzrə respublika fənn olimpiadalarının yekun nəticələri elan edilib

Çin Ayın görünməyən tərəfinə kosmik missiyaya start verib

Milli Məclisdə Bosniya və herseqovinalı deputatla görüş təşkil edilib

Azərbaycan avarçəkənləri "Prezident Kuboku"nu 9 medalla başa vurublar

Mediasiya Şurası BDU tələbələri ilə görüş keçirib

Günel Səfərova: Məktəblərdə bullinq haqqında maarifləndirmə işləri aparılır

Türk dövlətlərinin iqtisadi təşəbbüsü ŞƏRH

Ağdamda peşə hazırlığı kurslarına mediatur təşkil edilib

Ötən ay Şirvan-Salyan Regional Təhsil İdarəsinə 545 müraciət daxil olub

MDB İnformasiya Şurası faşizm üzərində Qələbənin 80 illiyinə xüsusi nəşr hazırlayacaq

BDU-da tədbir: Yaşıl enerji çağırışları kontekstində gələcəyə baxış

İndoneziyada torpaq sürüşməsi və sel 7 nəfərin həyatına son qoyub

AzMİU QS reytinqində bir neçə istiqamət üzrə uğurla təmsil olunur

Gürcüstan Fransanın Avropa və Xarici İşlər Nazirliyini qeyri-obyektivlikdə günahlandırıb

Paytaxtın Suraxanı və digər ərazilərindəki obyektlərdə 361 kəsici alət aşkarlanıb VİDEO

Azərbaycan-Argentina parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib

Çin Ayın görünməyən tərəfinə kosmik missiya göndərib

Tələbələr üçün təlim: Düşüncənin gücü

I Beynəlxalq Opera Festivalının iştirakçıları “Landmark”da çıxış ediblər

® “Araz” supermarketlər şəbəkəsi tədarükçülərini Rəqabət Məcəlləsi ilə bağlı məlumatlandırıb

Dövlət Komissiyası: Cari il yanvarın 1-dək 802 qadın narkotik istifadəsi ilə bağlı dispanser nəzarətinə götürülüb

Ombudsmanın müşaviri: Sosial şəbəkələrdə etikaya, əxlaqa zidd paylaşımlar yeniyetmələrin düşüncəsinə mənfi təsir edir

Kuleba və Kemeron Ukraynaya hərbi yardımı müzakirə ediblər

Cənubi Koreya xaricdəki diplomatları üçün terror həyəcanı səviyyəsini yüksəldib

Almaniyanın Bonn şəhərində “COP29 və sonrası - sülh, təhlükəsizlik və iqlim dəyişikliyi” mövzusunda konfrans keçirilib

MDB dövlət informasiya agentliklərinin rəhbərləri Şuşada Qlobal Media Forumunda iştirak etməyə dəvət olunub VİDEO

Əli Hüseynli: Dövlətimiz idman sahəsində gənclərə böyük dəstək verir

İraqın şimalında 32 PKK terrorçusu zərərsizləşdirilib

BƏƏ neft hasilatını artırdığını bəyan edib

Bu il Azərbaycanda narkotiklərlə bağlı aşkarlanmış faktların sayı açıqlanıb

Əlahiddə Ümumqoşun Ordu komandanı İran İslam Respublikasına rəsmi səfər edib

Reymond Bondin: Qarabağ regionunda mədəni nümunələrin dağıdılması bəşəriyyətə qarşı cinayətdir

AQTA-da bioloji aktiv qida məhsulları idxal edən sahibkarlarla görüş keçirilib

Gürcüstan “yaşıl dəhliz” layihəsinə özəl sektoru cəlb etmək istəyir

BP indiyədək “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 4,3 milyard barel neft hasil edib

DİN nümayəndəsi: Narkotik vasitə istifadəçiləri arasında reabilitasiya mərkəzlərinə müraciət edənlərin sayı artıb

Fərid Qayıbov: Avarçəkmənin daha yüksək səviyyədə inkişafı üçün əlimizdən gələni edəcəyik

Atatürk Mərkəzində Akkan Suverin “80 ilin ardından” kitabının təqdimatı olub

Azad olunmuş ərazilərdə tikinti ilə məşğul olan sahibkarlara kredit və subsidiyalarla bağlı güzəştlər edilir

BMU-da kibertəhlükəsizlik laboratoriyası istifadəyə verilib

Sabah havanın dəyişkən buludlu və bəzi yerlərdə yağıntılı olacağı gözlənilir

Dövlət Komissiyası: Narkomaniya ilə mübarizədə medianın rolu çox vacibdir

Nazir Ceyhun Bayramov Qambiyaya işgüzar səfərə yola düşüb

Dövlət Komitəsi rəsmisi: “Uşaq hüquqları” ilə bağlı yeni qanun layihəsi artıq hazırdır, razılaşdırılması prosesi gedir

Rumıniya təmsilçisi: Milli Gimnastika Arenasında idmançılar üçün mükəmməl şərait yaradılıb

“Qarabağ” və “Turan Tovuz” azarkeşlərinə, “Sumqayıt” kənar şəxslərə görə cərimələnib

Şimali Kipr Türk Respublikasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbirlər keçiriləcək

“The Guardian”ın redaktoru: Biz artıq Bakıda keçiriləcək COP29 kimi mühüm tədbirə hazırlaşırıq

Apreldə su hövzələrindən 375 ədəd sintetik tor götürülüb

Azərbaycan Texniki Universitetində Abituriyent Məsləhət Mərkəzi yaradılıb

Azərbaycanda təbii və texnogen mənşəli hadisələrin sayı 11 faiz azalıb

Ukrayna kəşfiyyatı: Döyüş meydanında qələbə mümkünsüzdür

İsrailin Netanya şəhərində Ulu Öndərin doğum gününə həsr olunmuş tədbir təşkil edilib

Amerikalı hüquqşünas: Mədəniyyətlərarası Dialoq Forumu çox dinamik şəkildə keçdi

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda ilk qaliblər müəyyənləşib VİDEO

Bəşir Hacıyev: 2026-cı ilin sonunadək Ağdamın Xıdırlı, Sarıcalı və Kəngərli kəndində ümumilikdə 1200-dən çox evin tikintisi başa çatacaq

Peter Mixalko: Avropa İttifaqı mina təhlükəsi sahəsində də Azərbaycanla əməkdaşlığı diqqətdə saxlayır

Kəlbəcər şəhərinin Baş Planı çərçivəsində görüləcək işlər açıqlanıb

İtaliya rəsmisi: Heç bir italyan əsgəri Makronun uğrunda həlak olmayacaq

Aprel ayı ərzində BŞTİ-yə 5 mindən çox müraciət daxil olub

Müdafiə Nazirliyi: “EFES - 2024” təlimi davam edir

İKZF: Fond tərəfindən sahibkarlara ayrılan zəmanətli kreditlərin həcmi 470 milyon manata çatıb

Vitse-prezident: BP Azərbaycanın neft-qaz sektoruna 85 milyard dollar sərmayə yatırıb

AMEA: Akademik Həsən Əliyevə məxsus sənədlər elmi irs fonduna daxil edilib

Texasın şərqində daşqınlarla əlaqədar təxliyə göstərişi verilib

Forum çərçivəsində Ağdamda “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya işə başlayıb

Bakıda beynəlxalq şahmat festivalı keçiriləcək

Xətai Rayon Prokurorluğunda “Yaşıl dünya üçün hüquqi yeniliklər” adlı tədbir keçirilib

Vüqar Süleymanov: Ərazilərin minalarla çirklənməsi təbiətə də ciddi ziyan vurur

Ötən ay 141 mindən çox vətəndaş xüsusi şərtlərlə pensiya alıb

Bakıda Kukla Festivalının bağlanış mərasimi olub

Gert Jan Koopman: Aİ-yə üzv ölkələr həmrəylik göstərəndə mina sahəsində ortaya yaxşı iş qoya bilirik

Azərbaycan Prezidenti: Polşanın Cənubi Qafqazı əhatə edən mövqeyini yüksək qiymətləndiririk

Sumqayıt teatrı yeni tamaşa hazırlayır

Hindistan aprel ayında Rusiyadan neft idxalını 20 faiz artırıb

Polşa Respublikasının Prezidenti Zati-aliləri cənab Andjey Dudaya