BAKILILAR BÖYÜK QÜVVƏDİRLƏR
Hazırda İsrail dövlətində yaşayan çoxlu həmyerlimiz təşkilatlanmaq qərarına gəlmişdir. AZƏRTAC xəbər verir ki, bu məqsədlə aprelin 12-də Təl-Əvivdə yeni ictimai qurumun təsis konqresi keçiriləcəkdir. Azərbaycandan nümayəndə heyəti tədbirdə iştirak etmək üçün artıq bu ölkəyə gəlmişdir.
Nümayəndə heyətinin üzvü, tanınmış bakılı sahibkar, Ümumdünya Dağ Yəhudiləri Konqresinin vitse-prezidenti Matvey Yelizarov səfər ərəfəsində demişdir: “İsraildə 100 mindən çox həmyerlimiz yaşayır. Nə vaxt getməsindən asılı olmayaraq, onların hamısı qəlbən birinci vətəninə - Azərbaycana bağlıdır. Bakıdan hər bir xəbəri həsrətlə gözləyir, Azərbaycan həqiqətlərini israillilərə çatdırırlar. Konqresin yaradılması ölkəmizdən gələnləri təşkilatlandıran cəmiyyətləri və birlikləri əlaqələndirməyə, diasporumuzun ən müxtəlif istiqamətlərdə fəaliyyətini gücləndirməyə imkan verəcəkdir. Konqresin təşkilat komitəsinə tanınmış yazıçı və publisist, Knessetin deputatı, İsrail-Azərbaycan parlamentlərarası komissiyasının başçısı İosif Şaqal rəhbərlik edir.
Azərbaycanın nüfuzlu nümayəndə heyətinə dövlət qurumlarının ölkəmizdə fəaliyyət göstərən bütün yəhudi icmalarının təmsilçiləri, incəsənət ustaları daxildirlər. Tanınmış müğənni Azərin, dağ yəhudiləri mahnılarının populyar ifaçısı Xayam Nisanov, habelə milli muğam üçlüyü çoxlu həmyerlimizin yaşadığı Hayfa şəhərində konsert verəcək, habelə Konqres münasibətilə təşkil olunacaq konsertdə iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]