İDMAN
Bakının “Avro-2020”nin oyunlarına ev sahibliyi etmək üçün namizədliyi təsdiqlənmişdir
Bakı, 20 sentyabr (AZƏRTAC). Sentyabrın 20-də 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının oyunlarına ev sahibliyi etmək üçün namizəd şəhərlərin siyahısı açıqlanmışdır.
AZƏRTAC xəbər verir ki, 13 şəhərdə keçirilməsi nəzərdə tutulan qitə birinciliyinə hazırda 32 şəhər iddialıdır. Onların arasında Bakı da vardır.
Bakının “Avro-2020”yə ev sahibliyi etmək yolundakı rəqibləri London (İngiltərə), Minsk (Belarus), Brüssel (Belçika), Sofiya (Bolqarıstan), Skopye (Keçmiş Yuqoslaviya Respublikası Makedoniya), Budapeşt (Macarıstan), Münxen (Almaniya), Afina (Yunanıstan), Kopenhagen (Danimarka), Yerusəlim (İsrail), Dublin (İrlandiya), Madrid, Barselona, Bilbao, Valensiya (İspaniya), Roma, Milan (İtaliya), Astana (Qazaxıstan), Amsterdam (Niderland), Varşava, Xojuv (Polşa), Lissabon, Portu (Portuqaliya), Sankt-Peterburq (Rusiya), Buxarest (Rumıniya), Belqrad (Serbiya), İstanbul (Türkiyə), Kiyev, Donetsk (Ukrayna), Kardiff (Uels), Helsinki (Finlandiya), Lion (Fransa), Zaqreb (Xorvatiya), Praqa (Çexiya), Yerevan (Ermənistan), Bazel (İsveçrə), Solna (İsveç) və Qlazqo (Şotlandiya) şəhərləridir.