İQTİSADİYYAT
Bakının elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsal azalıb
Bakı, 31 oktyabr, AZƏRTAC
Paytaxtın elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın dəyəri azalıb.
AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı hesabata istinadla xəbər verir ki, yanvar-sentyabr aylarında elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 421,4 milyon manat dəyərində məhsul istehsal edilib və xidmətlər göstərilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,3 faiz azalıb. Doqquz ayda sənaye məhsulunun 1,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsal edilib.
Hesabat dövründə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların və göstərilmiş xidmətlərin həcmi isə ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 8,5 faiz artaraq 185,2 milyon manat təşkil edib. Sənaye məhsulunun 0,4 faizi bu sektorda istehsal olunub.