MƏDƏNİYYƏT
Bakının Mərdəkan qəsəbəsindəki qədim müdafiə qalası
Bakı, 17 sentyabr, AZƏRTAC
Böyük Mərdəkan qalası XIV əsrin ortalarında Şirvanşah Mənuçöhrün oğlu Şirvanşah Axsitan tərəfindən Abşeron yarımadası üzərində gözətçi qüllələrindən biri kimi inşa edilmiş dördbucaqlı müdafiə qalasıdır. Qüllə dördbucaqlı formada tikilib.
AZƏRTAC xəbər verir ki, Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən tarix-memarlıq abidəsi Mədəniyyət Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınıb.
Qala Axsitanın düşmənlər üzərində parlaq qələbəsi şərəfinə ucaldılıb və hərbi postun yerləşdiyi yer, eləcə də müşahidə məntəqəsi kimi istifadə edilib.
Qalanın daxili həyəti 24x20 metr ölçüyə, həyətdə yerləşən qüllə isə 22 metr hündürlüyə malikdir.
Qeyd edək ki, bu qala 2001-ci ildə UNESCO-nun Ehtiyat siyahısına daxil edilib.