CƏMİYYƏT
Bakının yollarında xüsusi sarı zolaqlara icazəsiz daxil olan 1319 sürücü cərimələnib
Bakı, 23 may, AZƏRTAC
IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar paytaxtın bəzi küçə və yollarında sarı xətlərlə nişanlanmış xüsusi zolaqlara icazəsiz daxil olan 1319 sürücü inzibati məsuliyyətə cəlb edilib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov AZƏRTAC-a bildirib ki, IV İslam Həmrəyliyi Oyunları ilə bağlı çəkilmiş xüsusi hərəkət zolaqlarına daxil olanların sayı ötən oyunlarla müqayisədə xeyli azalıb. Birinci Avropa Oyunları zamanı bu rəqəm xeyli çox idi. Nəzərə alsaq ki, IV İslam Həmrəyliyi Oyunlarında daha çox ölkə iştirak edirdi, daha böyük tədbir idi, bu göstəricini qənaətbəxş hesab etmək olar. Mayın 5-dən bu günədək bu zolaqlara daxil olaraq qayda pozan 1319 nəfər inzibati məsuliyyətə cəlb edilib.
Atıq mayın 23-də saat 12:00-dan etibarən sarı xətlə nişanlanmış xüsusi zolaqlarda avtomobillərin hərəkəti ilə bağlı qoyulmuş məhdudiyyət götürülüb.