Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

“Baku Cup-2014” Beynəlxalq tennis turnirinin ilkin nəticələri

Bakı, 21 iyul (AZƏRTAC, M.Əlioğlu, Z.Həsənov). Xəbər verdiyimiz kimi, iyulun 20-də Bakıda qadınlar arasında WTA “Baku Cup-2014” Beynəlxalq turniri başlayıb.

AZƏRTAC xəbər verir ki, Bakı Tennis Akademiyasının 4 kortunda keçirilən yarışda əsas setkada 32 yüksək reytinqli tennisçi mübarizə aparır.

“WTA Tour”un rəhbərliyi ilə keçirilən “Baku Cup” turnirinin bu ilki mükafat fondu 250 min ABŞ dollarıdır.

İyulun 21-də turnirin ikinci gününün oyunları keçirilib.

İlk matçında gürcüstanlı Sofiya Şapatavanın turnirdən çəkilməsinə görə texniki qələbə ilə 2-ci tura yüksələn ukraynalı Katerina Bondarenko bu gün turnirdə ilk matçına çıxıb. Mərkəzi kortda Serbiya təmsilçisi Yovana Yakşiç ilə qarşılaşan Katerina Bondarenko hər iki seti 6:3 hesabı ilə qalib bitirib və əsas mərhələyə (main draw) yüksələcək 6 tennisçidən biri olub.

Dördüncü kortda digər serbiyalı tennisçi Vesna Dolonts Alla Kudryavtsevanı (Rusiya) 6:2 və 6:3 hesabı ilə bitən setlərlə 2:0 məğlub etməyi bacarıb. V.Dolonts da K.Bondarenko kimi əsas mərhələdə iştirak etmək hüququ əldə edib.

İlk oyunlarını qələbə ilə başa vuran ukraynalı Olqa Savçuk və rusiyalı Kseniya Pervak 1-ci kortda üz-üzə gəliblər. Qalib tay-breykdə müəyyənləşib. Ukraynalı tennisçi matçı 2:1 hesablı əzmkar qələbə ilə bitirib. Bununla da O.Savçuk əsas mərhələyə (main draw) vəsiqə qazanan 3-cü tennisçi olub.

Özbəkistan idmançısı Niqina Abduraimova ikinci turda 3-cü kortda belaruslu Aliaksandra Şaşnoviç ilə qarşılaşıb. A.Şaşnoviç ilk turda azərbaycanlı tennisçi Züleyxa Səfərova üzərində qələbə qazanaraq ikinci tura yüksəlmişdi.

Özbəkistanlı tennisçi oyundan 2:1 hesablı qələbə ilə ayrılıb.

İki qələbə ilə seçmə mərhələni (qualfying) uğurla başa vuran Niqina Abduraimova üçüncü tura yüksəlib və əsas mərhələyə (main draw) vəsiqə əldə edib.

“Baku Cup 2014”də seçmə mərhələ (qualfying) yarışlarını uğurla başa vuran son iki tennisçi monteneqrolu Danka Koviniç və yaponiyalı Misa Equçi olub. Danka Koviniç rusiyalı Aleksandra Panova üzərində 2:1 hesabı ilə qələbə qazanıb. Bu oyunla paralel keçirilən matçda isə Misa Equçi (Yaponiya) fransalı Amandin Hesseni 2:0 hesabı ilə məğlub edib.

Bununla da Katerina Bondarenko, Olqa Savçuk, Vesna Dolonts və Niqina Abduraimovadan sonra Danka Koviniç və Misa Equçi də əsas mərhələyə (3-cü tur) vəsiqə qazanıblar.

Turnirin ikinci günündə seçmə mərhələnin (qulafying) 6 oyunu ilə yanaşı, əsas mərhələnin (main draw) də oyunları keçirilib.

Bu mərhələnin ilk matçı Bakı Tennis Akademiyasının mərkəzi kortunda baş tutub. Rumıniyalı Aleksandra Kadantsu ilə isveçrəli Ştefani Föqele arasındakı oyunun qalibi 1 saat 24 dəqiqə ərzində müəyyənləşib. Dünya reytinqində 72-ci olan 24 yaşlı Ş.Föqele reytinqdə 131-ci olan A.Kadantsu ilə görüşdə üstün oyun nümayiş etdirib və matçdan 2:0 hesablı qələbə ilə ayrılıb. İsveçrəli tennisçi bu qələbə sayəsində turnirin 4-cü turuna (1/8 final) yüksəlib.

Üçüncü kortda keçirilən digər matçda polşalı Ursula Radvanska ilə belçikalı Alison Van Uytvank qarşılaşıblar. Dünya reytinqində 117-ci yerdə olan U.Radvanska reytinqdə 86-cı olan güclü rəqibini ilk setdə 6:1 hesabı ilə məğlub edib. İkinci setin başlanğıcında isə Alison Van Uytvank oyundan çəkildiyi üçün matç yarımçıq dayandırılıb və U.Radvanska texniki qələbə qazanıb. Bununla da polşalı tennisçi 4-cü tura (1/8 final) vəsiqə qazanıb.

“Baku Cup 2014”ün üçüncü turunun daha bir oyununda isə 2012-ci ildə Bakıda keçirilən turnirin qalibi, dünya reytinqində 40-cı pillədə yer alan serbiyalı Boyana Yovanovski reytinqdə 83-cü olan avstriyalı Patrisiya Mayr-Axlaytner ilə qarşılaşıb. Əvvəldən axıradək gərgin mübarizə şəraitində keçən matçın qalibi 2 saat ərzində müəyyənləşib.

“Baku Cup 2012”nin qalibi oyundan 2:0 hesablı qələbə ilə ayrılıb və növbəti mərhələyə keçib.

“Baku Cup 2014”də cütlüklərin (doubles) yarışına da start verilib.

Cütlüklərin ilk matçında 17 yaşlı azərbaycanlı tennisçi Nəzrin Cəfərova 19 yaşlı gürcüstanlı komanda yoldaşı Tamari Çalaqanidze ilə Oleksandra Koraşvili (Ukrayna) -Tereza Martinkova (Çexiya) cütlüyünə qarşı oynayıb. Hər iki seti 6:0 hesablı qələbə ilə bitirən O.Koraşvili -T. Martinkova cütlüyü matçdan 2:0 qalib ayrılıb.

Qeyd edək ki, Nəzrin Cəfərova təklərin yarışında (singles) isə ilk matçına iyulun 22-də çıxacaq. Onun rəqibi slovakiyalı Cana Çepelova olacaq.

“Baku Cup 2014” turnirinin əsas mərhələsinin də üç oyunu keçirilib.

Polşalı Katarzina Piter çexiyalı Kristina Plişkova ilə qələbə uğrunda 2 saat 18 dəqiqə ərzində gərgin mübarizə aparıb. Katarzina Piter matçdan 2:1 hesablı qələbə ilə ayrılıb.

Növbəti mərhələyə yüksələn Katarzina Piter 1/8 finalda “Baku Cup 2012”nin qalibi olmuş serbiyalı Boyana Yovanovski ilə qarşılaşacaq.

Fransalı Paulin Parmentiyer isə rumıniyalı Aleksandra Dulqeru ilə münasibətlərinə aydınlıq gətirib. Dünya reytinqində 95-ci olan P.Parmentiyer 96-cı yerdə qərarlaşan rəqibi üzərində 2:0 hesablı qələbə qazanıb və 1/8 finala yüksəlib.

Günün son matçı isə israilli Şayar Peyer ilə avstriyalı Yvonne Meysburger arasında olub. “Baku Cup 2013”ün finalçısı olmuş dünya reytinqinin 90 nömrəli tennisçisi Ş.Peyer reytinqdə 60-cı pillədə qərarlaşmış güclü rəqibini 2:0 hesabı ilə məğlub edib.

Xatırladaq ki, 2011-ci ildən başlayaraq hər il keçirilən “Baku Cup” turnirləri müddətində Vera Zvonaryova, Anastasiya Pavlyuçenkova, Aravan Rezai, Boyana Yovanovski, Elina Svitolina kimi tennis ulduzları ölkəmizin qonağı olublar.

Turnirə iyulun 27-də yekun vurulacaq. Final oyunu isə iyulun 27-də 3 min tamaşaçı tutumuna malik mərkəzi kortda keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində 2 nəfər həlak olub

Şirvanda kəsici-deşici alətlərin satıldığı obyektlər müəyyən edilib

Tailandın xarici işlər naziri hökumətdəki dəyişikliklərdən sonra istefa verib

Şahdilidə ekoturizm yarışması

Gürcüstan Parlamentinin sədri ABŞ senatorlarını sərt tənqid edib

Bu gün ali təhsil müəssisələrinin magistraturalarına II cəhd qəbul imtahanı keçirilib

On doqquzuncu İstanbul yarımmarafonunun qalibləri müəyyənləşib

“Şərq-Qərb” avtomagistralının Gürcüstandan keçən Şorapani-Arqveta hissəsi istifadəyə verilib

Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü inşa ediləcək

Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Abşeron rayonunda vətəndaş ona hədiyyə edilən sənədləri olmayan ov tüfəngini könüllü polisə təhvil verib

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb

Nijni Novqorodda Azərbaycan məhsullarının təqdimatı keçirilib

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir

Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

ADPU-da “Təhsildə psixoloji xidmətin aktual problemləri” mövzusunda birinci Respublika Forumu keçirilib

Laçın və İrpen şəhərləri qardaşlaşacaq

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!

“Avroviziya 2024" mahnı müsabiqəsində səslənəcək “Özünlə apar” mahnısına çəkilmiş klip təqdim edilib

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi mərhələsi yekunlaşır

Böyük Britaniyanın Azərbaycandakı səfiri Naxçıvanla bağlı paylaşım edib

Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb

Zəngilanda silah-sursat aşkar edilib

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib VİDEO

Yevlaxda avtoxuliqanlıq edən şəxs saxlanılıb

“Bulaq” verilişinin əvəzsiz aparıcısı

Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib VİDEO

Rusiyada zəlzələ baş verib

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb