İQTİSADİYYAT
“Bakutel 2013” XIX Azərbaycan Beynəlxalq telekommunikasiya-informasiya texnologiyaları sərgisində AzərTAc da öz stendi ilə təmsil olunur VİDEO
Bakı, 3 dekabr (AZƏRTAC). Xəzər və Qafqaz regionlarının ən böyük telekommunikasiya-informasiya texnologiyaları sərgisi olan “Bakutel 2013”-də AZƏRTAC da öz stendi ilə təmsil olunur.
Stenddə AZƏRTAC-ın müxtəlif illərdə hazırladığı çap və multimedia məhsulları, o cümlədən “Gəzdim Azərbaycanı” layihəsi çərçivəsində respublikamızın səfalı və tarixi məkanlarından söhbət açan videoreportajlar nümayiş etdirilir.
Ekspozisiya ilə tanış olan ziyarətçilərə İKT-nin geniş imkanlarından bəhrələnən və 6 dildə xəbər yayan AZƏRTAC-ın öz məhsullarını mətn, infoqrafika, video, audio-slaydşou və fotolent formalarında dünya informasiya məkanında yayması barədə ətraflı məlumat verilir.
Ənənəvi olaraq hər il keçirilən “Bakutel” sərgisinin media tərəfdaşı olan AZƏRTAC-ın ekspozisiyasındakı nəşrlər, multimedia məhsulları, informasiyanın istehsalı və yayılması sahəsində texniki imkanları sərgi iştirakçıları tərəfindən maraqla qarşılanır.