Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

“Bakutel 2019” sərgisini 25 minədək insan ziyarət edib

Bakı, 9 dekabr, AZƏRTAC

“Bakutel 2019” 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi uğurla başa çatıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu il 4 gün ərzində xüsusi maraqla qarşılanan sərgiyə qatılan 25 minə yaxın ziyarətçinin 6 mini uşaqlar olub. Bir sıra orta məktəblərin şagirdlərinin, uşaq evlərindən olan, autizmli, görmə və eşitmə məhdudiyyətli uşaqların sərgiyə ekskursiyası, eyni zamanda, onların iştirakı ilə tədbirlər təşkil edilib. Yubiley sərginin digərlərindən əsas fərqi builki sərgiyə qatılan izləyicilərin, xüsusilə gənc sahibkarlar, tələbələr və uşaqların çox olmasıdır.

“Bakutel 2019” sərgisində 23 ölkədən 240-dək şirkət iştirak edib. ABŞ, Fransa, İtaliya, Birləşmiş Ərəb Əmirlikləri, İran, İsrail, Türkiyə, Rusiya, Belarus, Sloveniya, Xorvatiya və digər ölkələrin ticarət palataları və səfirliklərinin dəstəyi ilə aparıcı IT şirkətlərindən ibarət milli qruplar sərgiyə qatılıb. Ümumilikdə sərgidə 11 xarici milli pavilyon təmsil edilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Bakutel 2019” 25-ci yubiley sərgisində 10 qurumu ilə iştirak edib. İnnovasiyalar Agentliyi, Məlumat Hesablama Mərkəzi, “Aztelekom” MMC, “AzInTelecom” MMC, “Bakı Telefon Rabitəsi” MMC (Baktelecom), “Bakı Taksi Xidməti” MMC, “Azərpoçt” MMC, “Azərmarka” MMC, Dövlət Radiotezliklər İdarəsi, Yüksək Texnologiyalar üzrə Tədqiqatlar Mərkəzi əsas yeniliklərini nümayiş etdirib. Qeyd edək ki, “Caspian Event Organisers” şirkəti tərəfindən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Bakutel 2019”da “Ən çox ziyarət olunan stend” sertifikatına layiq görülüb.

Sərgi iştirakçılarının böyük maraq göstərdiyi pavilyonlardan biri nazirliyin dəstəyi ilə ən müasir robot modelləri və mütərəqqi texnologiyaların nümayiş olunduğu “Robopark” zonası olub. İyirmidən çox interaktiv və əyləncə zonasında, “VR Zone”, “Game Zone” və İnnovasiyalar Agentliyində keçirilən STEM üzrə kurslar yer alıb və kiçik ziyarətçilər robotiks, proqramlaşdırma və dronlar üzrə biliklər əldə ediblər. STEM üzrə kurslar İnnovasiyalar Agentliyi, eləcə də tərəfdaşları olan “AREA”, “Mars Academy”, “Engineering for kids”, “B & B Dynamics”, Hədəf Məktəbi, SUMAKS, İKT LAB, “3D Production Group”, “Wriendly”, “AzDimension” şirkətləri tərəfindən reallaşdırılıb.

“Robopark” zonasında Fransadan gətirilən, dünyanın ən təhsilli, əyləncəli və akademik robotu “Pepper humanoid”, robot balıqlar, “Robot arm Kuka” əsasında hazırlanmış, dünyada cəmi 2 nüsxəsi olan Almaniya istehsalı məşhur robot rəssam, “Spider” taktiki hərbi kəşfiyyat robotu, müxtəlif sumo, güləş və dron yarışları, kosmo zonası, 6 metrlik uçan astronavt, İtaliyadan gətirilən pianoçu robot “Teotronico” nümayiş etdirilib.

Qeyd edək ki, bu il ziyarətçilərin dəqiq sayı məhz “Robopark” zonasında quraşdırılmış “SDK Fight Corp.USA” əsasında eksperimental “Madmedia” texnologiyası vasitəsilə müəyyən olunub. Bu texnologiya hər bir iştirakçını cinsinə, yaşına, əhval-ruhiyyəsinə və sifətinə görə identifikasiya edərək onları məlumat bazasına yerləşdirməyə imkan verir.

“Bakutel 2019” sərgisində xüsusi əhəmiyyətli mövzulardan biri “Əşyalar interneti” olub. Təsadüfi deyil ki, sərgi çərçivəsində təşkil olunan 2-ci Xəzər İnnovasiya Konfransı “Əşyalar interneti: müasir cəmiyyətin təməli” mövzusuna həsr edilib. Sərgidə “Internet of Things (IoT) Projects” adlı xüsusi stend fəaliyyət göstərib. Stenddə “Əşyalar interneti” üzrə müxtəlif maraqlı layihələr nümayiş etdirilib. Burada həm yeni layihələr, həm də artıq tətbiq edilən peşəkar IoT məhsullar olub.

Stenddə yeni layihələrə xüsusi yer ayrılıb. Burada İKT LAB Tətbiq və Tədris Mərkəzinin və “Microsoft Azərbaycan” şirkətinin “IoT Laboratoriya”sının ilk təcrübə proqramının layihələri təqdim edilib. “Air quality monitor”, “Smart Home”, “Ağıllı suvarma sistemi”, “Cleaner drone”, “Parking observer”, “Ağıllı turniket”, “Fleet management system IoT” həlləri və “IoT Maker” təlim proqramı kimi layihələr yer alıb. İzləyicilər stenddə müxtəlif şirkətlərin hazır məhsulları ilə tanış olublar. “Smart Home” şirkəti “Ağıllı bina və ev” evlərin idarə edilməsinin avtomatlaşdırılması üçün nəzərdə tutulmuş sistemi, “Spektra” şirkəti kənd təsərrüfatı üçün nəzərdə tutulmuş "Agro-Monitor" sistemini və “Beta Dynamics” şirkəti “Beta Cloud - IoT” cihazların idarə edilməsi üçün bulud platformasını nümayiş etdirib.

Sərgidə Milli Aviasiya Akademiyasının Elmi Tədqiqat Nəqliyyat və Aviasiya Problemləri İnstitutu İşıqforların idarə olunması ilə bağlı layihəsi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti “GardenX” adlı elektron və proqram təminatı həlləri ilə birləşdirilmiş “Ağıllı dibçək” layihəsi ilə maraq doğurub.

“Bakutel 2019” çərçivəsində təqdim edilən yeniliklərdən biri də “Bakı Taksi Xidməti” MMC-nin yeni elektrik mühərriki ilə işləyən “Levc Tx5” modeli olub. Yeni taksilər elektrik enerjisi ilə işlədiyi üçün ətraf mühit üçün ekoloji cəhətdən zərərsizdir. Smart texnologiyaların geniş tətbiq edildiyi taksilər həm sürücü, həm də sərnişinlər üçün təhlükəsizdir. Belə ki, avtomobil özü yoldakı sürət həddi barədə sürücünü xəbərdar edir. Sürücü idarəetməni itirdikdə və ya yol trayektoriyasını dəyişdikdə xüsusi sensorlar sürücüyə müvafiq məlumatı ötürür. Qəza vəziyyəti zamanı avtomatik tormozlanma sistemi işə düşür. Hərəkətdə olarkən qapı açılarsa, avtomobil dərhal dayanır. Fiziki qüsurlu insanlar üçün xüsusi panduslar quraşdırılıb, oturacaq avtomobildən kənarda açılır. Gözdən əlillər üçün brayl əlifbası ilə sürücü ilə əlaqə saxlamaq imkanı yaradılıb. Avtomobillər həm ev şəraitində, həm də xüsusi quraşdırılmış məntəqələrdə cərəyanla təmin oluna bilər. Avtomobillərdə USB portlar, “Wi-Fi” və GPS quraşdırılıb.

“Startup Avenue” stendində İnnovasiyalar Agentliyində fəaliyyət göstərən 26 startap layihə təqdim edilib. Sərgi iştirakçıları agentliyin nəzdində fəaliyyət göstərən “Barama” Biznes İnkubasiya və Akselerasiya Mərkəzinin startapları haqqında məlumat ala biliblər. Bundan əlavə İnnovasiyalar Agentliyi və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin yardımı ilə şəhid ailələrinin övladları üçün təmənnasız təşkil edilən STEM üzrə kursların iştirakçıları əldə etdikləri nailiyyətləri sərgi ziyarətçiləri ilə bölüşüblər.

“I2B Village” stendində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, İnnovasiyalar Agentliyi, “Azercell” və “Microsoft” şirkətləri tərəfindən birgə reallaşdırılan “I2B - İdeyadan Biznesə” layihəsinin respublika finalının qalibləri və iştirakçıları öz interaktiv layihələrini nümayiş etdiriblər.

Məlumat Hesablama Mərkəzinin stendində “Elektron imza (Bulud əsaslı imza, Topluimza)”, “AzDoc” sənəd dövriyyəsi proqramı, “e-kadr”, “SmartCell” üz tanıma texnologiyası (Face ID), “Azcall” Çağrı mərkəzi, “SmartPay” ödəniş sistemi sahələrində həyata keçirilən yeni layihələr, maraqlı həllər təqdim edilib.

“Azərpoçt” MMC-nin stendində yeni “Postman” xidməti və “Postpay” elektron pul kisəsi təqdim olunub. Stenddə 200 illik qurumun qədimliyini və simvolunu əks etdirən poçtalyon maketi izləyicilərin böyük marağına səbəb olub. Eyni zamanda, stenddə izləyicilər üçün quraşdırılan monitorda “Azərpoçt” MMC-nin yeni layihələri ilə bağlı təqdim olunan informasiya xarakterli roliklərdə ziyarətçilər və media nümayəndələri ətraflı məlumat əldə edə biliblər.

“AzInTelecom” MMC-yə məxsus stenddə yeni məhsul və layihələr, o cümlədən “Hökumət buludu” layihəsi təqdim edilib. Bulud texnologiyaları üzrə ən son xidmətlərə dair “Azcloud MeetUp” adlı interaktiv sessiyalar təşkil olunub.

“Aztelekom” MMC-nin stendində məlumatın yüksək sürətlə ötürülməsini təmin edən müasir və səmərəli ayrılmış xətt xidməti, GPON və LTE texnologiyaları üzərindən göstərilən genişzolaqlı xidmətlər, IPTV və SAF internetdə olan məzmunun filtrasiya xidməti təqdim edilib.

“Baktelecom”a məxsus stenddə sərgi ziyarətçilərinə Bakı şəhərini əhatə edən “Evədək optika” layihəsi və paytaxtətrafı ərazilərdə tətbiq edilən “Simsiz rabitə” şəbəkəsinin növbəti mərhələsi haqqında məlumat verilib.

“Azərmarka” MMC öz stendində “Azərbaycan. Naxçıvan”, “Azərbaycan”, “Mənim Bakım” və “Azərbaycan 100 il. 1918-2018” markalı kitabları, 2019-cu il ərzində tədavülə buraxılan poçt markaları və Birinci gün zərflərini, “Naxçıvan”, “Bakı” və sair mövzularda maqnitlər, poçt açıqcaları, kəlağayılar, bloknotlar, əlfəcinlər, suvenirlər nümayiş etdirib.

Dövlət Radiotezliklər İdarəsinin stendində sensor əsaslı radio monitorinq şəbəkəsi, Vahid radiotezlik, Vahid radioelektron vasitələri reyestrləri barədə ətraflı məlumat əldə etmək mümkün olub.

Yüksək Texnologiyalar üzrə Tədqiqatlar Mərkəzinin stendində birdivarlı karbon nano borular yeni nəsil su texnologiyasında, birdivarlı karbon nano borularında suyun hərəkəti, LED işıqları üçün spektrin sarı-yaşıl və qırmızı sahəsini əhatə edən nano və mikroölçülü fosforlar nümayiş edilib.

“Bakutel 2019” sərgisi çərçivəsində ilk dəfə “Danışan məktub” bədii filminin tiflo və surdo şərhli versiyasının təqdimatı keçirilib. Filmin bu versiyası görmə və eşitmə qabiliyyəti məhdud olan şəxslər üçün bərabər imkanların yaradılmasına dəstək olmaq məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyi tərəfindən hazırlanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident: Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında danışıqlara start verilib

Türkiyə bu gündən genişmiqyaslı hərbi dəniz təlimlərinə başlayır

Faiq Qarayev: İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın

Prezident İlham Əliyev: Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır

Millinin voleybolçusu: Xorvatiyaya qarşı ilk matçda layiqli mübarizə aparmağa çalışacağıq

Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub

Baş nazirin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşüb

Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNİB

Anar Bağırov: Naxçıvanda insanlar onlara göstərilən hüquqi yardımdan tam razıdırlar

AMB: Bugünkü hərracda tələb 75 milyon dolları ötüb

Ötən ay Bakı hava limanında xidmət göstərilən sərnişinlərin sayı 50 faiz artıb

Media nümayəndələrinin iştirakı ilə autizm haqqında maarifləndirmə seminarı keçirilib

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb

FHN: Sahil qəsəbəsində daha bir qanunsuz tikili sökülüb VİDEO

Azərbaycan-Slovakiya sənədləri imzalanıb  YENİLƏNİB

Qərbin siyasi elitası Gürcüstanda hakimiyyət dəyişikliyi etmək niyyətindədir ŞƏRH

BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb

Çikaqodakı muzeydə ən qədim quşun fosili nümayiş etdirilir

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir

Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb

BP-nin birinci rübdə mənfəəti 45 faiz azalıb

Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb

“YAŞAT” Fondu daha bir müharibə əlilini müalicə məqsədilə Türkiyəyə göndərib

Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb

Şəkinin ipəkçilik laboratoriyasından reportaj

Hazırda ölkəmizdə yaşı 100 və 100-dən çox olan 280 pensiyaçı var

Azərbaycanda həyata keçirilən 40 layihə BMT-nin DİM layihəsinə uyğunlaşdırılıb

Yanvar-aprel aylarında 15,1 min şəxsə əlillik təyin olunub

Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb

“Supermen” filmindən ilk kadr yayımlanıb

“Təhsil haqqında” Qanuna dəyişikliklər edilib

CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

Rusiya Prezidentinin inauqurasiyası olacaq

Milli Məclis bəzi qanunlara dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsi təsdiqləndi

® Rəşad İbrahimov: Məqsədimiz Azərbaycan istehlakçısını keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir

Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib

“Real Madrid” tarixinin ən yaxşı futbolçuları açıqlanıb

Regional direktor: Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində qadınların iştirak payının artırılmasına töhfələr verib

Xırdalanda yaşayış kompleksində keçirilən şərti yanğın təlimində nöqsanlar aşkarlanıb

Dronlara qarşı qeyri-effektiv mübarizə sistemi Olimpiadada terror aktı riskini artırır

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB

Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib VİDEO

“Gəncə” voleybol klubu baş məşqçi ilə bağlı qərarını açıqlayıb

“Formula 1” üzrə Azərbaycan Qran-Prisi üçün marşalların təliminə start verilib

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

Parlamentdə Heydər Əliyev Fondunun azad olunmuş ərazilərimizdə gördüyü işlər barədə məlumat verilib

BMT: Azərbaycan qadınların cəmiyyətə inteqrasiyası üzrə indiyədək mühüm işlər həyata keçirib

Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıblar

“Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqresin açılış mərasimi keçirilib

Avropa İttifaqının Gürcüstana sırıdığı Qərb “dəyərləri” - TƏHLİL

Nazir müavini: Qadın sahibkarların 800 layihəsinə 50 milyon manatdan çox kredit verilib

Ümummilli Liderin 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib

Tərtərdə mübahisədən sonra vəfat edən məktəbli ilə əlaqədar istintaq aparılır

Soltan Məmmədov: Heydər Əliyev Fondunun fəaliyyətini bir neçə aspektdən qiymətləndirmək mümkündür

Bahar Muradova: Azərbaycanda qadın sahibkarların sayında artım müşahidə olunur

Sahibə Qafarova: Ulu Öndərin adını daşıyan Fond öz missiyasını layiqincə yerinə yetirir

Alzheimer xəstəliyinin müalicə üsulları dəyişə bilər

Bu gün Xalq artisti Arif Quliyevin anım günüdür

BDU-da görkəmli mətnşünas və biblioqraf Salman Mümtaza həsr olunmuş elmi seminar

Komitə sədri: Qadın sahibkarlar vergi və gömrük prosedurlarının bizneslərinə böyük yük olduğunu bildirirlər

Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü aşkar olunub VİDEO

“Heydər Əliyev və Qərbi Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib

Kitabxanada “Cabbarlının ədəbi irsi – varlığında bir dünya çırpınırdı” adlı dəyirmi masa təşkil edilib

Braziliyada daşqın qurbanlarının sayı 85 nəfərə çatıb

DİM Azərbaycan dili imtahanı verəcək şagirdlərə müraciət edib

Radanın deputatı: Ukraynaya ilk F-16 qırıcıları iyulda veriləcək

Baş nazirin müavini: Azərbaycanın təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir

Milli Məclisdə 18 məsələ müzakirə olunur

Azərbaycan millisinin futbolçusu: “Qalatasaray”da çempionluq yaşamaq gözəl hissdir

Avtomobildən mobil telefon və pulqabı götürməkdə şübhəli bilinən şəxs saxlanılıb

BMT: Şərqi Afrikada daşqınlar nəticəsində 236 nəfər həyatını itirib

Avtomobili səkidə idarə edən sürücü həbs olunub

Xınalığa qar yağır VİDEO

Bu gün Xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa- “Neytral zona”

“Azercell” bu il günəş enerji panelləri ilə təchiz olunmuş 40-dək radiostansiya işə salmağı planlaşdırır

BMT Baş Assambleyası kosmosda nüvə silahlanmasına qarşıdır

AFFA Türkiyə millisinin sabiq baş məşqçisinə təklif göndərib

BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb

AZƏRTAC-ın fotomüxbirinin fotoşəkilləri iki beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb

Çin yeni daşıyıcı raketi ilə orbitə 4 peyk çıxarıb VİDEO

DİN: Mayın 6-da könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib

AÇG-nin builki gəlirləri 1,8 milyard dollara yaxın olub

Cari ildə Dövlət Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb

AQTA əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlimlər təşkil edilir

Mayın 7-si Ümumdünya Astma ilə Mübarizə Günüdür

Bakıda “IV Könüllü Milli Hesabata dair məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda tədbir keçirilir

“Mystery Ensemble” Bakıda Lüdoviko Eynaudinin “Underwater” albomunu təqdim edib

Mikayıl Cabbarov: Azərbaycan ilə Slovakiya arasında biznes mühiti daha da yaxşılaşacaq VİDEO

Azərbaycan Basketbol Liqası: Son çempion “Xırdalan”a qarşı

Konya şəhərində "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir VİDEO

Çempionlar Liqası: İlk finalçı bu gün Parisdə bəlli olacaq

Azərbaycan ilə Slovakiya arasında sənədlər imzalanıb

Dünya birjalarında neft bahalaşıb