BALIQLAR İTLƏRDƏN DAHA AĞILLI OLA BİLƏRLƏR
Tədqiqatçılar Meksikada dağ mağaralarında yaşayan kor balıq üzərində təcrübə aparmışlar. Balıq alimlərin onun alışdığı həyat tərzində etdiyi dəyişiklikləri artıq bir neçə saatdan sonra səhvsiz müəyyənləşdirə bilmiş, hətta bir neçə ay keçsə belə, həmin dəyişikliklər onun yaddaşından silinməmişdir.
Tədqiqatçı Tereza Burt de Perera demişdir: ”Cəmiyyətdə belə bir yanlış fikir mövcuddur ki, balıqlar hər şeyi yalnız bir neçə saniyə yadda saxlaya bilən küt varlıqdır. Biz isə aydınlaşdırmışıq ki, onlar öyrənməyə qadirdir və bir çox insanları təəccübləndirəcək qədər ağıllıdır. Balıqlar sahibini tanıya bilir və başqası onu yemləyəndə ruhi sıxıntı keçirir”.