İQTİSADİYYAT
“Bank BTB”dən ədliyyə işçiləri üçün güzəştli kredit kampaniyası
Bakı, 22 noyabr, AZƏRTAC
“Bank BTB” Ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə güzəştli kredit kampaniyasına başlayıb.
Bankdan AZƏRTAC-a bildiriblər ki, noyabrın 22-dən dekabrın 11-dək ədliyyə sahəsində çalışan əməkdaşlar "Nağd pul" krediti məhsulunu sərfəli şərtlərlə alacaqlar. Kampaniya müddətində “Nağd pul” istehlak krediti məhsulu çərçivəsində zaminsiz 3 min manatadək kreditlər, 0 faiz komissiya ilə 3 il müddətədək veriləcək. Kreditin maksimal məbləği 5 min manatdır. Güzəştli və zaminsiz “Nağd pul” kreditini “Bank BTB”nin baş ofisindən və bütün filiallarından almaq olar.
Bank xidmətləri haqqında ətraflı məlumatı Məlumat Mərkəzinin (012) 946 qısa nömrəsindən, rəsmi saytdan (www.btb.az) və ya bankın www.facebook.com/bankbtb ünvanında olan facebook səhifəsindən almaq mümkündür.