REGİONLAR
Baramaçılığın inkişafı məqsədilə Xocavənd qəsəbəsində 22 min 500 ədəd tut tingi əkilib
Beyləqan, 14 dekabr, AZƏRTAC
Baramaçılığın inkişafı məqsədilə xocavəndli məcburi köçkünlərin məskunlaşdıqları Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində 7500 ədədi Çindən gətirilmiş, 15 min ədədi isə yerli olmaqla, 22 min 500 ədəd tut tingi əkilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ting əkinində fəal iştirak edən xocavəndli məcburi köçkünlər kənd təsərrüfatının gəlirli sahələrindən olan baramaçılığın inkişaf etdirilməsi ilə əhalinin rifahının daha da yaxşılaşacağına, əlavə iş yerlərinin yaranacağına əminliklərini ifadə ediblər.
Qeyd edək ki, ötən ilin payızında xocavəndli məcburi köçkünlər tərəfindən Beyləqan rayonu ərazisində 15 min 500 ədəd tut tingi əkilib. Uzun illərdən sonra ilk dəfə olaraq ipəkqurdu bəsləyən xocavəndli məcburi köçkünlər 1 ton 47 kiloqram barama tədarük ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]