İDMAN
“Batmen” komandası ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Futbol Liqası-2013” turnirinin qalibi olmuşdur
Bakı, 13 may (AZƏRTAC). AFFA-nın dəstəyi ilə İctimai Futbol Təşkilatları İctimai Birliyinin təşkil etdiyi ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Futbol Liqası-2013” turniri yekunlaşmışdır.
AZƏRTAC xəbər verir ki, AFFA-nın Futbol Akademiyasının stadionunda yarışın sonuncu turunun oyunları keçirilmişdir. Həlledici qarşılaşmada “Finca Azerbaijan” şirkətinin birləşmiş komandasını 5:4 hesabı ilə məğlub edən “Batmen” komandası yarışın qalibi adını qazanmışdır. “Akkord” çempionatı ikinci, “Axa Mbask” isə üçüncü pillədə başa vurmuşdur.
Turnirin son oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilmişdir. Mükafatları İctimai Futbol Təşkilatları İctimai Birliyinin prezidenti Elxan Tağızadə, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İskəndər Cavadov, Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev, veteran futbolçu Asim Xudiyev, Azərbaycan milli komandasının və “Bakı” klubunun üzvü Elvin Məmmədov təqdim etmişlər.