Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Baytarlıq laboratoriyası rəhbərlərinin forumu keçirilib

Bakı, 19 iyul, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) inzibati binasında baytarlıq laboratoriyası rəhbərlərinin forumu keçirilib.

DBNX-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, forumu Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini icra edən Azər Süleymanov açıb. Bildirib ki, tədbir 2016-cı il və 2017-ci ilin altı ayı ərzində görülmüş işlərin yekununa və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunub.

ABŞ-ın Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyinin (DİTRA) dəstəyi ilə laboratoriyalarda xeyli iş görüldüyünü qeyd edən A.Süleymanov Azərbaycan Respublikasında laboratoriyaların inkişaf etdirilməsi, onların maddi-texniki bazasının möhkəmləndirilməsi, mütəxəssislərin hazırlanması, laboratoriyalarda standart əməliyyat prosedurlarının həyata keçirilməsi, biotəhlükəsizlik, biomühafizə üzrə təlimlərin təşkili, ümumiyyətlə, laboratoriya sisteminin tamamilə yenidən qurulması və mütəxəssis hazırlanması istiqamətində bir çox tədbirlərin görüldüyünü deyib. Diqqətə çatdırıb ki, görülmüş işlər nəticəsində Kənd Təsərrüfatı Nazirliyinin 12 zona baytarlıq laboratoriyasından beşi İkinci Bioloji Təhlükəsizlik Səviyyəsində (BTS-2) tamamilə yenidən qurulub, müasir laboratoriya avadanlıqları ilə təmin edilib. Həmçinin Respublika Baytarlıq Laboratoriyasının virusologiya şöbəsi DİTRA-nın həyata keçirdiyi proqram çərçivəsində həm avadanlıqlarla təmin edilib, həm də mütəxəssislərin hazırlanması işləri həyata keçirilib.

Son illər ərzində görülən işlərdən biri də mərkəzi referens laboratoriyasının, yəni Üçüncü Bioloji Təhlükəsizlik Səviyyəsində (BTS-3) laboratoriyanın qurulması işlərinin aparıldığını deyən A.Süleymanov bildirib ki, bu işlər həm Səhiyyə Nazirliyinin, həm də Amerika hökumətinin dəstəyi ilə həyata keçirilir. Hazırda BTS-3 səviyyəli laboratoriyanın mütəxəssislərinə təlimlərin keçirilməsi, avadanlıqların karbürasiyası və digər işlər aparılır. Bu ilin sonunadək BTS-3 səviyyəli laboratoriyanın tikintisinin və tamamlama işlərinin başa çatdırılması və fəaliyyətə başlaması nəzərdə tutulur.

Azər Süleymanov, həmçinin qeyd edib ki, son dövrlərdə Azərbaycan Respublikasında hər bir sahədə olduğu kimi, kənd təsərrüfatı üzrə də bir çox nailiyyətlər əldə olunub və tədbirlər həyata keçirilib. Görülmüş işlərdən biri də “Baytarlıq şəhərciyi”nin salınmasıdır. “Baytarlıq şəhərciyi”ndə üç inzibati və köməkçi binalar tikilib, isitmə-soyutma və havalandırma sistemləri, yeməkxana və s. quraşdırılıb.

“Baytarlıq şəhərci”yində olan Dövlət Baytarlıq Nəzarəti Xidmətinin və Respublika Baytarlıq Laboratoriyasının inzibatı binaları tamamilə yenidən qurularaq istifadəyə verilib. Respublika Baytarlıq Laboratoriyası müasir avadanlıqlarla təmin olunub və BTS-2 səviyyəsində bütün lazımi şərait yaradılıb. Həmçinin heyvan xəstəlikləri və qida təhlükəsizliyi ilə əlaqədar şöbələr yaradılıb, həmin şöbələr lazımi laboratoriya avadanlıqları ilə təmin edilib. Baytarlıq Elmi-Tədqiqat İnstitutunun binası isə yenidən tikilib və müasir iş şəraiti yaradılıb.

A.Süleymanov respublikanın bütün rayonlarında baytarlıq idarələri və diaqnostik kabinetlər üçün binaların tikildiyini və bu binalarda yerləşən diaqnostik kabinetlərin müasir laboratoriya avadanlıqları ilə təmin olunduğunu bildirib. Həmçinin qeyd edib ki, baytarlıq idarələrində də müasir iş şəraiti yaradılıb. Bundan başqa respublikada mövcud olan 111 baytarlıq-sanitariya ekspertiza laboratoriyasının hamısı 27 adda laboratoriya avadanlıqları ilə təmin olunub.

Diqqətə çatdırılıb ki, hazırda 7 zona baytarlıq laboratoriyasının tikintisi gedir və bu ilin sonuna kimi həmin laboratoriyalardan 6-nın tikintisinin başa çatdırılması və avadanlıqlarla təmin edilməsi nəzərdə tutulub. Beyləqan zona Baytarlıq Laboratoriyasının isə 2018-ci ildə tikinti-quraşdırma işlərinin aparılması və avadanlıqlarla təmin edilməsi planlaşdırılır.

A.Süleymanov baytarlıq xidmətinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində dövlətimiz tərəfindən bütün tədbirlərin həyata keçirildiyini və bunun nəticəsi olaraq son illər respublikada epizootik vəziyyətin sabit olmasını qeyd edərək bildirib ki, əvvəlki illərdə regiondakı qonşu ölkələrdə dabaq, nodulyar dermatit, “quş qripi” və digər xəstəliklər baş verdiyi halda, respublikamızda bu xəstəliklər qeydə alınmayıb. Bu isə ölkəmizdə aparılan qoruyucu kompleks baytarlıq-sanitariya, profilaktik tədbirlər nəticəsində mümkün olub və Azərbaycanda epizootik vəziyyət sabit qalıb.

Laboratoriya direktorlarının forumunun ildə bir dəfə keçirildiyini vurğulayan A.Süleymanov qeyd edib ki, bu tədbirdə 5 zona baytarlıq laboratoriyasının hər biri gördükləri işlər haqqında qısaca da olsa hesabat verirlər. Bu ənənəni davam etdirdiklərini bildirən A.Süleymanov vurğulayıb ki, bu il əlavə olaraq digər zona baytarlıq laboratoriyalarının direktorları da foruma dəvət olunublar. Bu ona görə edilib ki, ilin sonuna kimi həmin laboratoriyalar da BTS-2 səviyyəsində yenidən qurulacaq, laboratoriya avadanlıqları ilə təmin ediləcək.

Forumda Respublika Baytarlıq Laboratoriyasının direktoru F.Quliyev, Bərdə zona Baytarlıq Laboratoriyasının direktoru Ə.Yahyayev, Göygöl zona Baytarlıq Laboratoriyasının direktoru M.Ələkbərova, Quba zona Baytarlıq Laboratoriyasının direktoru Ə.Məmmədov, Qax zona Baytarlıq Laboratoriyasının direktoru N.İmanov, Sabirabad zona Baytarlıq Laboratoriyasının direktor əvəzi R.Mirzəxanov çıxış edərək, 2016-cı il və 2017-ci ilin altı ayı ərzində görülən işlərdən danışaraq hesabat veriblər.

ABŞ-ın DİTRA-nın Bakı ofisinin rəhbəri Aleksandr Şiller 5 zona baytarlıq laboratoriyasının yenidən qurulmasından, laboratoriyaların müasir avadanlıqlarla təmin edilməsindən, Amerika hökumətinin dəstəyindən danışıb, laboratoriyalarda işlərin standartlara uyğun aparılmasını qeyd edib.

Baytarlıq laboratoriyalarında menitorluğu həyata keçirən “Blak and Viç” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Bondar 5 zona baytarlıq laboratoriyasında təhlükəsizlik sistemində nəzarət və mövcud çatışmazlıqlarla tanış olduqlarını və tezliklə yeni sistem quraraq problemin aradan qaldırılacağını bildirib.

Forumun sonunda Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini icra edən Azər Süleymanov DİTRA təşkilatının və “Blak and Viç” şirkətinin rəhbərliyinə təşəkkür edərək, laboratoriya direktorlarına lazımi tapşırıq və tövsiyələrini verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır

Burkina Faso hökuməti: “Human Rights Watch” öz hesabatı ilə ölkənin imicini ləkələmək istəyir

Azərbaycanın həvəskar xokkey komandası Rusiya təmsilçisinə qalib gəlib

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib

“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib

İrpendə “Azərbaycan Günü” keçirilib

Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib

AZƏRTAC-ın xüsusi müxbiri Gürcüstanın internet televiziyasında çıxış edib

Çində tornado baş verib, ölənlər var

Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində 2 nəfər həlak olub

Şirvanda kəsici-deşici alətlərin satıldığı obyektlər müəyyən edilib

Tailandın xarici işlər naziri hökumətdəki dəyişikliklərdən sonra istefa verib

Şahdilidə ekoturizm yarışması

Gürcüstan Parlamentinin sədri ABŞ senatorlarını sərt tənqid edib

Bu gün ali təhsil müəssisələrinin magistraturalarına II cəhd qəbul imtahanı keçirilib

On doqquzuncu İstanbul yarımmarafonunun qalibləri müəyyənləşib

“Şərq-Qərb” avtomagistralının Gürcüstandan keçən Şorapani-Arqveta hissəsi istifadəyə verilib

Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü inşa ediləcək

Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Abşeron rayonunda vətəndaş ona hədiyyə edilən sənədləri olmayan ov tüfəngini könüllü polisə təhvil verib

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb

Nijni Novqorodda Azərbaycan məhsullarının təqdimatı keçirilib VİDEO

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir

Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

ADPU-da “Təhsildə psixoloji xidmətin aktual problemləri” mövzusunda birinci Respublika Forumu keçirilib

Laçın və İrpen şəhərləri qardaşlaşacaq

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!

“Avroviziya 2024" mahnı müsabiqəsində səslənəcək “Özünlə apar” mahnısına çəkilmiş klip təqdim edilib VİDEO

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi mərhələsi yekunlaşır

Böyük Britaniyanın Azərbaycandakı səfiri Naxçıvanla bağlı paylaşım edib

Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb

Zəngilanda silah-sursat aşkar edilib

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib VİDEO

Yevlaxda avtoxuliqanlıq edən şəxs saxlanılıb

“Bulaq” verilişinin əvəzsiz aparıcısı

Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib VİDEO

Rusiyada zəlzələ baş verib

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV