ELM VƏ TƏHSİL
BDU ilə Koreya Hankuk Xarici Dillər Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanıb
AZƏRTAC xəbər verir ki, IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən görüşdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov rəhbərlik etdiyi ali məktəbin beynəlxalq əlaqələrindən danışıb.
Müasir dünyada elmin, təhsilin mühüm rolunu diqqətə çatdıran rektor BDU ilə Koreya Respublikasının universitetləri, o cümlədən Koreya Hankuk Xarici Dillər Universiteti arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Görüşdən məmnun qaldığını söyləyən Kim İn Chul universitetlər arasında əlaqələrin genişləndirilməsinin zəruriliyini bildirib.
Sonra əməkdaşlığa dair müqavilə imzalanıb.
Sənəddə professor-müəllim, tələbə və tədqiqatçıların mübadiləsi, birgə seminar və konfransların keçirilməsi, layihələr üzrə araşdırmaların aparılması və s. nəzərdə tutulub.
Eyni zamanda, Bakı Dövlət Universitetində Vyetnamın sabiq elm və texnologiya nazirinin müavini, BDU-nun məzunu Ngihem Vu Khai ilə keçirilən görüşdə əməkdaşlıq məsələləri müzakirə edilib.