BƏHMƏNLİ KƏNDİNDƏ DƏ KARANTİN GÖTÜRÜLDÜ
Dövlət Baytarlıq Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, Füzuli rayonunun Böyük Bəhmənli kəndində quş qripi xəstəliyinə qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq edilmiş karantin götürülmüşdür. Hazırda karantin yalnız Ağdam rayonunun Bənövşələr qəsəbəsində saxlanılır. Burada Səhiyyə Nazirliyinin mütəxəssisləri ilə birlikdə lazımi baytarlıq-sanitariya işləri görülür.
Ölkədə quş qripi xəstəliyinə qarşı kompleks mübarizə tədbirləri davam edir. Dövlət Baytarlıq Xidməti bir daha xəbərdarlıq edir ki, ev quşlarını qapalı şəraitdə saxlamaq, çöl quşları ilə təmasdan çəkinmək, sanitariya-gigiyena qaydalarına ciddi əməl etmək lazımdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]