BELARUS: ÖZGƏ DƏRDİ OLMUR...
Minsk, 20 yanvar (AZƏRTAC). Azərbaycanın Belarusdakı səfirliyində 20 Yanvar hadisələrinə həsr olunmuş bir sıra tədbirlər keçirilmişdir.
Səfirliyin qarşısında diplomatlarımızın hazırladığı 1990-cı il Yanvar hadisələrindən bəhs edən informasiya stendləri qoyulmuşdur. O günlərin dəhşətli reallıqlarını əks etdirən fotoşəkillər Belarus ictimaiyyətinin diqqətini cəlb etmişdir. Azərbaycanlı tələbələr və diasporumuzun nümayəndələri səfirliyin qarşısına güllər gətirmiş, Qara Yanvar qurbanlarının xatirəsini anmışlar.
Səfirliyin əməkdaşlarının, diasporumuzun nümayəndələrinin, azərbaycanlı tələbələrin, Belarus jurnalistlərinin iştirak etdiyi rəsmi hissəni səfir Əli Nağıyev açaraq Azərbaycan xalqının müstəqillik və azadlıq yolunda çəkdiyi məşəqqətlərdən danışmış, Vətənin azadlığı yolunda canlarını qurban vermiş insanların xatirəsinə ehtiramını bildirmişdir.
O günlərin reallıqlarını obyektiv əks etdirən sənədli film nümayiş etdirilmişdir. “20 Yanvar ümumxalq hüzn günüdür” fotosərgisi 1990-cı ilin qışında baş vermiş hadisələri bir daha yaddaşlarda canlandırmışdır.
Sonda Azərbaycanın şəhid oğul və qızlarının ruhuna dualar oxunmuş, ehsan verilmişdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk
######
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]
Qanlı gecədən başlanan və müstəqilliyə gətirib çıxaran yol
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]

