Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

B.Ə.Nəbiyevin xatirəsinin əbədiləşdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycanın görkəmli ədəbiyyatşünası, akademik Bəkir Əhməd oğlu Nəbiyevin xatirəsini əbədiləşdirmək məqsədilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Ağdaş Rayon İcra Hakimiyyəti Ağdaş şəhərində küçələrdən birinə Bəkir Nəbiyevin adının verilməsini təmin etsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Ağdaş şəhərinin ümumi təhsil müəssisələrindən birinə Bəkir Nəbiyevin adının verilməsini təmin etsin;

2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 aprel 2013-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin