Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun plenar sessiyasında gənclərin ekstremizmə qarşı mübarizədə rolu məsələsi müzakirə olunub
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva plenar sessiyada iştirak edib VİDEO

Bakı, 3 may, AZƏRTAC

Mayın 3-də V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Gənclər sülh naminə: şiddətli ekstremizmə qarşı əks qüvvənin formalaşdırılması” mövzusunda ikinci plenar sessiya keçirilib. AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sessiyada iştirak edib.

BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Anxel Moratinosun moderatorluğu ilə keçirilən sessiyada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva çıxış etdi.

Xanım Leyla Əliyevanın
çıxışı

-Əziz dostlar.

Həmkarlar.

Xanımlar və cənablar.

İlk növbədə, mən sizin hamınızı gözəl Bakı şəhərində keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda salamlamaqdan məmnun olduğumu bildirirəm. Bu platforma sülh şəraitində yaşamanı daim təbliğ etmişdir. Dünyamızı daha yaxşı etmək üçün bir çox ölkələrdən insanları burada bir arada görmək olduqca xoşdur. Bu gün bizim hamımızın burada bir araya gəlməyimizin səbəbi zəngin fərqliliklər, mədəni müxtəlifliklər, bəşəri dəyərlər və anlaşmadır.

Mən sülhün və müxtəlifliyin təbliğində məhz gənclərin rolunu xüsusi qeyd etmək istərdim. Gənclərin çoxsaylı şəbəkələr yaratmaq, özü də bütün mümkün sərhədləri keçmək kimi gözəl qabiliyyətləri var. Sülh və harmoniya uğrunda mübarizədə gənclərə əksər hallarda ümidsiz romantiklər kimi baxırlar. Amma deyərdim ki, bu, qeyri-səmimi yanaşmadır. Əminəm ki, gənclərin dialoqa açıqlığı sülhə və rifaha gətirib çıxaracaq.

Əziz dostlar, təhsil yalnız bilik və peşəkar inkişaf bacarıqlarının qazanılması deyil. Həmçinin mənəvi təhsil də bunlar qədər vacibdir. Bu baxımdan ailələr və məktəblər iki mühüm təsisatdır. Əməkdaşlıq, anlaşma və bütün bəşəriyyətə rəğbət və hörmət dəyərləri aşılayan ailə uşaqları sülhpərvər dünyaya hazırlamaqda mühüm rol oynayır. Bunlar olmayanda boşluğu nifrət və dözümsüzlük doldurur. Eyni zamanda, gənclərə doğru-düzgün təhsil vermək onların tam potensialının reallaşması üçün çox vacib bir amildir. Çünki gənclərin tez öyrənmək, eləcə də prosesləri izləmək, çoxsaylı məlumatları əldə etmək kimi bacarıqları var. Həmçinin onlar ətraf mühitin mühafizə olunması və təbiətin bizə bəxş etdiyi nemətlər barədə çox məlumatlıdırlar.

Bununla belə gənclərə həddindən artıq təzyiq göstərilməməlidir. Bəzən ən intellektli gənclər belə tam xoşbəxt olmurlar. Ona görə də biz gənclərə dəstək göstərərək bundan da yaxşı bir dünya yaratmağa nail olmalıyıq ki, onlar gözəl planetdə və harmoniya içərisində yaşamaqdan daha çox zövq alsınlar. Yüksək texnologiyanın inkişafı sayəsində biz fikirlərimizi daha sürətlə ifadə edirik. Bizim fikirlərimiz ən güclü enerjilərdəndir, hətta işıq sürətindən də sürətlidir. Dünya bu potensiala investisiya yatırmalı və əmin olmalıdır ki, gənc nəslin inkişaf üçün bütün zəruri imkanları var. Bu gün dünyada gənclərin sayı daha çoxdur. İdeyalar və yüksəlişlər bütün planetin gələcəyini dəyişə bilər. Amma əfsuslar olsun ki, 617 milyona yaxın gənc hələ də riyazi və ədəbi biliklərdən məhrumdur. Bu, o deməkdir ki, biz çox dəyərli bir potensialı itiririk. Məhz gənclər tərəqqinin təcəssümüdür. Hər bir yeni nəsil əvvəlkindən daha mütərəqqi, humanist, həssas, tolerant və açıqfikirlidir. Bu isə tarixin təbii təkamülüdür. Gəlin gənclərə öz enerjilərini qlobal problemlərin həllinə yönəltməkdə kömək edək, gəlin hamılıqla onlara dəstək olaq. Vaxt həyatımızın ən mühüm resursudur. Gəlin onu israf etməyək. Sözlər daim əməllə müşayiət olunmalıdır. Hər bir bəşər övladına verilmiş müqəddəs hədiyyə olan intuisiyamızı unutmamalıyıq. Xalqların sülhsevər və dayanıqlı cəmiyyət formalaşdırmasında hər bir kəs fərqlilik yarada bilər. Beləliklə də onlar özlərini dəyişməklə bəşəriyyətə olan baxışlarını müsbət mənada dəyişə bilərlər.

Əziz dostlar, İsa peyğəmbərin dediyi kimi, gəlin uşaqlardan öyrənək. Uşaqlar sözü birbaşa deməyə və yaxşı işlər görməyə can atırlar. Maddiyyat heç də uğur, müvəffəqiyyət demək deyil. Həyatda ən vacib olan sevgidir, sağlamlıqdır, xoşbəxtlikdir, birlikdir, anlaşmaqdır və bir-birini təmənnasız şəkildə dəstəkləməkdir. Bütün bunları hamımıza diləyirəm. Çox sağ olun.

X X X

BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Anxel Moratinos dedi ki, bu plenar sessiyada müzakirəyə çıxarılan məsələlərə yeni baxışla yanaşılacaq. Sessiyanı mənfi düşüncələri dəyişmək üçün gözəl fürsət adlandıran BMT təmsilçisi gəncləri ekstremizm, nifrət kimi amillərdən qorumağın vacibliyini vurğuladı.

Sessiyadakı müzakirələr cəmiyyətdə gənclərin rolu, təhsil, sülh quruculuğu və dinlərarası dialoq mövzularını əhatə etdi. Somali Stabilləşmə Təşəbbüsünün biliyin idarə olunması və strateji kommunikasiyalar üzrə rəsmisi Nacma Əhməd-Hüseyn ölkəsində müxtəlif etnik qrupların bir araya gəlməsi üçün həyata keçirilən layihələrdən danışdı. Sənədli filmlər rejissoru Roda Siad reallaşdırdığı layihələr vasitəsilə miqrasiya böhranı, qaçqınların və digər ölkələrdə sığınacaq axtaranların taleyi, onların qarşılaşdığı çətinlikləri barədə cəmiyyətə məlumatların verilməsinin əhəmiyyətinə toxundu. Erbildə “Malteser İnternational”un ictimai əlaqələr üzrə məsləhətçisi Sara Markieviç İraqdakı icmalar arasında qeyri-sabit vəziyyət barədə məlumat verərək bu istiqamətdə dinlərarası dialoqun roluna nəzər saldı. Zorakı ekstremizmin qarşısının alınması üzrə mütəxəssis Selim Çerkau terrorizmə görə məhkum edilmiş məhbuslar arasında maarifləndirmə işlərinin aparılması, onların cəmiyyətə adaptasiyası və baxışlarının dəyişməsi istiqamətlərində həyata keçirilən layihələrdən bəhs etdi. Pakistan Gənclər Alyansının “Peace Rickshaws” layihəsinin təsisçisi Syed Ali Abbas Zaidi zorakı ekstremizmə qarşı layihə və onun nəticələri ilə bağlı fikirlərini çatdırdı, bu layihənin 15 min insanı əhatə etdiyini söylədi. “Efemerides”in təsisçisi Fatoumata Kebe gənclərə imkanlar yaradılması, problemlərin həllində onlara səlahiyyət verilməsi istiqamətində həyata keçirilən layihəsindən danışdı. Qeyd etdi ki, Malidə yalnız 30 faiz qızların məktəbə getmək imkanı var və onun rəhbərlik etdiyi təşkilat belə ölkələrdə müxtəlif fənlər üzrə dərslər təşkil edir. Mərkəzi Avropa Universitetinin beynəlxalq münasibətlər üzrə magistr namizədi Corc Antonio Şavez Mazuelos, “Sri Lanka Unites” Gənclər Hərəkatının milli direktoru Liyanaaraççig Neluni Tillekeratne, “Emkan Education”nın məktəb və məzmun üzrə direktoru və həmtəsisçisi Sara Zaini, BMT-nin Gənclər Siyasəti üzrə mütəxəssisi Ansa Qliqa, Dinlərarası Mediasiya Mərkəzinin həmicraçı direktoru İmam Muhammad Nurayn Aşafa, Dinlərarası Mediasiya Mərkəzinin həmicraçı direktoru Pastor Ceyms Movel Vuye, “Burson, Cohn and Wolf”un idman hesabları üzrə baş icraçısı Nevena Vukasinovic, Lvov şəhərinin merinin dini məsələlər üzrə müşaviri Taras Dzyubanski gənclərin fəallığı üçün proqramların əhəmiyyətini, zorakılığa, terrorizmə məruz qalan gənclərin təhsil almasında təqaüd proqramlarının faydasını qeyd etdilər.

Sonda sessiya iştirakçılarının sualları cavablandırıldı.

Beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun plenar sessiyasında gənclərin ekstremizmə qarşı mübarizədə rolu məsələsi müzakirə olunub  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva plenar sessiyada iştirak edib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNİB

“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir

Kakaonun qiymətinin kəskin azalmasının səbəbi məlum olub

Prokurorluq Zaqatalada zəhərlənmə faktı ilə bağlı araşdırma aparır

Komitə sədri BMT-nin Qadınlar təşkilatının regional direktoru ilə görüşüb

Macarıstan XİN rəhbəri ölkəsinin Mərkəzi Asiya ilə əməkdaşlığa görə tənqidlərlə üzləşdiyini deyib

Mahnı Teatrında Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert keçirilib

“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib

Azərbaycan Basketbol Liqası: Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar